İbrahim Həbibov
34
YORULMAZ TƏDQİQATÇI, YÜKSƏK SƏVİYYƏLİ PEDAQOQ
Məmmədova Məleykə Ağamoğlan qızı
Qarşımda olan «Mədəni irs» qəzetini
vərəqləyərkən gözümə «Qızıl medallı məzun»
yazısı sataşdı. Bu məqalədə kafedramızda uzun
müddət dosent vəzifəsində çalışan, tələbə və
müəllim heyəti arasında xüsusi hörmət və ehtiram
sahibi olan Məleykə xanım Məmmədova haqda
böyük bir yazı verilmişdi. Məqalədəki xoş sözləri
oxuduqca fikirləşdim ki, — görən 20 ildən
artıq bir müddətdə bərabər çalışdığım, hər gün gördüyüm, salamlaşdığım
həmkarım haqda nələri və necə yazardım, onun hansı xarakterik keyfiyyətlərini,
fərqləndirici xüsusiyyətlərini açıqlayardım. Məqalənin müəllifi Xəlilov Mübariz
müəllim bizim yoldaşımız haqda o dərəcədə isti, mehriban və səmimi sözlər
yazmışdı ki, mən onları təkrarlamaqdan çəkinərək bir müddət öz fikrimdən
daşındım. Digər tərəfdən texniki sahənin mütəxəssisi olduğumdan yazımda söz
kasadlığının olacağından, düşündüklərimin bədii izahatının zəif və solğun
alınacağından ehtiyat edirdim. Bütün bunlara baxmayaraq sonda yazmağı qərara
aldım.
Məleykə xanımın tərcümeyi-halı mənə yaxşı bəlli olduğundan, onun həyatda
qazandığı uğurların, yaşadığı problem və çətinliklərin xronologiyasını yaxşı
bilirəm.
Məmmədova Məleykə Ağamoğlan qızı 17 oktyabr 1944-cü ildə Hacıqabul
rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası Məmmədov Ağamoğlan
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, uzun müddət
hakim vəzifəsində calışmış, ömrünün son illərində isə vəkillik fəaliyyəti ilə məşğul
olmuşdur. Anası Böyükxanım evdar qadın olub. Ailənin yükü də onun çiyinlərində
idi. Uşaqlarının təlim və tərbiyəsi, onların sağlam və qayğısız böyüməsi üçün
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
35
bütün çətinliklər bu zərif xanımın gündəlik yaşayış tərzinə çevrilmişdi. Hər iki
valideynin ən böyük arzusu övladlarını ali təhsilli görmək idi.
Söhbətlərimizin birində Məleykə xanım uşaqlıq illərini xatırlayaraq atasının
- Böyüyəndə sən kim olacaqsan? - sualına, «Ata, mən professor olacağam!» cavab
verdiyini və atasının bu cavabdan qürurlanaraq güldüyünü söylədi.
«Niyyətin hara, mənzilin də ora» deyib atalarımız. Elmlər namizədi
dissertasiya işini müdafiə etdikdən sonra, akademik Azad Mirzəcanzadə ona
alimlik diplomu təqdim edərək: - Sən bu yüksək ada layiqsən — deyəndə, Məleykə
xanım qələbə sevincindən çox atasına verdiyi sözü yerinə yetirdiyindən rahatlıq
taparaq gözlərinin qarşısında Ağamoğlan müəllimin çöhrəsini gördüyünü xatırladı.
Məleykə xanım 1962-ci ildə Hacıqabul rayonundakı 5 saylı orta məktəbi
qızıl medalla bitirmişdir. Məktəb həyatından çox epizodları xatırlayan Məleykə
xanım səmimiyyətlə onlara riyaziyyat fənnindən dərs deyən Fətixan müəllimdən,
onun yeni mövzuları yüksək peşəkarlıqla izah etdiyindən, sonradan evdə bir daha
təkrar öyrənməyə ehtiyac qalmadığından danışdı. Dəqiq elmlərə onda yaranan
məhəbbətə görə Fətixan müəllimə minnətdarlıq bildirərək, bu gün tələbələrinə
mühazirələr oxuduqda və ya məşğələ dərsləri apardığı zaman doğma müəllimi
kimi olmağa çalışır.
Məmmədova Məleykə IV sinifdə oxuyarkən müəllim və şagirdlərlə birlikdə
İbrahim Həbibov
36
Məleykə xanım da öz müəllimi kimi öyrətdiklərinin tələbələri tərəfindən
mənimsənildiyini görəndə sevincini gizlədə bilmir. Dəfələrlə söhbətlərimiz
əsnasında onun məktəb müəllimlərinin ruhuna Allahdan rəhmət diləməklə
minnətdarlıq etdiyinin şahidi olmuşam.
Məktəbdəki rəfiqələri ilə
Məktəbdə buraxılış imtahanlarını müvəffəqiyyətlə başa vurduqdan sonra
Məleykə xanım sənədlərini M.Əzizbəyov adına Neft və Kimya institutuna verdi
və arzusunda olduğu ixtisasa sahib olmaq şansını əldə etdi.
Tələbəlik illərinin təəsüratları ilə bölüşmək təklifimə həvəslə qoşulan
Məleykə xanım, o illərin xoş xatirələrini yada salaraq qrup yoldaşlarından, böyük
ehtiram bəslədiyi professor Fuad Vəliyev, professor İsa Abdullayev, dosent Babali
İbişov, dosent Vaqif Abbasov və Eldar Abdinov haqqında xoş təəssüratlarla
danışdı. Qruplarındakı tələbələrin ikisi qız, digərləri oğlan idi. Məleykə xanım
qrupun nümayəndəsi idi. Tələbə dostları arasında yaşanan mehribançılıq və
qarşılıqlı hörmət uzun illərdən sonra da davam edir. Bu gün də onların çoxu
arasında ailəvi dostluq əlaqələri vardır.
Məleykə xanım 1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
institutunun «Qazneftmədən» fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
37
ildə Moskvada keçirilən Beynəlxalq konfransda dünya şöhrətli akademik Azad
Mirzəcanzadənin rəhbərliyi ilə hazırladığı «Neft yataqlarının neftvermə əmsalının
artırılmasında polimerlərin istifadəsi» adlı diplom işinin nəticələri haqqında
məruzə edən yeganə azərbaycanlı qız bu möhtəbər müsabiqənin qalibi olur.
1988-ci ildə ADNA-nı bitirmələrinin 20 illiyi münasibəti ilə keçirilən görüş
Onun çıxışı və tədqiqatlarının nəticələri yüksək qiymətləndirilir və «Ən
yaxşı elmi işə görə» medalı ilə təltif olunur. Doğma institutunda bu uğur
qiymətləndirilməyə bilməzdi. Məleykə xanıma institutda müəllim işləmək təklif
olunur. O, bu təklifi böyük minnətdarlıqla qəbul edərək, əmək fəaliyyətinə
başlayır.
Tələbəlik skamyasından yenicə ayrılıb, müəllim kimi auditoriyaya daxil
olmağın nə dərəcədə məsuliyyətli olduğunu dərk edən Məleykə xanım tələbə —
müəllim münasibətlərində əxlaq, qarşılıqlı hörmət kateqoriyalarını daim yüksəkdə
saxlamağa çalışmışdır. İlk rəhbəri olan dosent Qasım müəllim Bağırzadə haqda
mənimlə danışanda, bir müəllim, pedaqoq kimi yetişməyində onun böyük rolu
olduğunu xatırladı. Qasım müəllimin ilk günlər onu sakitləşdirməyindən,
Dostları ilə paylaş: |