MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
109
Sevil xanım kafedrada işlədiyi müddətdə öz tələbkarlığı, ciddiliyi, tələbə-
müəllim münasibətlərini yüksək səiyyədə qoruyub saxlamağı bacaran
müəllimlərdən olmuşdur. Tələbələri həmişə ona böyük hörmət və məhəbbət
bəsləmişdirlər. O, bir sıra elmi-metodiki işlərin müəllifidir.
İbrahim Həbibov
110
TƏCRÜBƏLİ İNŞAATÇI, PEŞƏKAR MÜƏLLİM, SEVİMLİ ANA
Sultanova Bikə-Bacı Hüseynbala qızı
Kafedranın 80 illik yubileyi ilə əlaqədar
vaxtı ikən burada çalışan, sonradan təqaüdə çıxan
və ya dünyasını dəyişən əməkdaşlar haqda
məlumat toplayarkən Fəridə xanımın qohum-
larından birinin — Xədicə xanımın bizim
akademiyada işlədiyini müəyyənləşdirdim. Mən
ondan xahiş etdim ki, bizim keçmiş əməkdaşımız
haqda mənə materiallar versin. Bir neçə gündən
sonra o mənə Fəridə xanım haqda kiçicik bir yazı gətirdi. Yazını oxuduqda çox
təəcübləndim. Səbəb-burada Fəridə xanım yox, Sultanova Bikə-Bacı haqqında
məlumat yazılmış idi. Səbəbini soruşduqda mənə belə bir izahat verdilər ki, onun
əsl adı Bikə-Bacı olmuşdur, lakin anası, sonradan isə bütün qohumlar uşaq
yaşlarından ona Fəridə deyə müraciət ediblər. Fikirləşdim, görəsən nə üçün insana
qoyulan ad ilə deyil, başqa birisi ilə müraciət edirlər? Görən bu dəyişiklik onun
həyat yoluna, yaşadığı ömrə təsir edibmi? Belə hadisələrin tədqiqatı aparılıbmı?
Mən onu Fəridə xanım kimi tanımağıma baxmayaraq yazımda ona Bikə-
Bacı deyə müraciət etməyə qərar verdim.
Sultanova Bikə-Bacı Hüseynbala qızı 4 oktyabr 1928-ci ildə Dərbənd
şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun atası Hüseynbala
Nəbiyev, anası Böyük-Bikə zatən Dərbəndlidirlər.
Bikə-Bacı 1949-cu ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi fərqlənmə
diplomu (gümüş medalla) ilə bitirərək Azərbaycan Sənaye institutuna qəbul
olmuşdur. Qurmaq və yaratmaq həvəsində olan Bikə-Bacı xanım bu ali məktəbdə
“İnşaat” fakültəsini seçir. 1954-cü ildə institutu bitirərək doğma şəhərlərinə —
Dərbəndə qayıdır və şəhər sovetində layihə-smeta bürosuna rəhbərlik etməyə
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
111
başlayır. Şəhər rəhbərliyi onda yüksək mühəndis xüsusiyyətlərini müəyyən edərək,
kənd təsərrüfatı texnikumuna müəllim vəzifəsinə dəvət edirlər.
Artıq Bikə-Bacı xanım öz həmyerlisi Sultanov Səftər Əlyar oğlu ilə ailə
qurmuşdu. Səftər müəllim də inşaatçı idi. O, ilkin olaraq Bakı kommunal tikinti
texnikumunu, sonra isə Novoçerkassk Politexnik institutunun “İnşaat” fakültəsini
bitirmişdi. Səftər müəllim əfsanəvi bir həyat yaşamışdır, 2-ci Dünya
müharibəsinin iştirakçısı olan Səftər müəllimin igidliyi 4 orden və 16 döyüş medalı
ilə qiymətləndirilmişdir.
Səftər və Bikə-Bacı xanımın yaş fərqi böyük olmağına baxmayaraq bu ailədə
mehribançılıq və qarşılıqlı hörmət olub. Onların bir oğlü və iki qızı vardır.
1951-ci ildə Bikə-Bacı xanım və Səftər müəllimin ilk övladı dünyaya göz
açır. Onun adını Zərifə qoyurlar. Zərifə ixtisasca iqtisadçıdır, Azərbaycan Neft və
Kimya institutunu bitirmişdir. Zərifə xanımın bir qızı vardır. Oğlu Əlyar müəllim
1974-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir, tibb elimləri namizədidir,
bir övladı var. Bikə-Bacı xanımın ikinci qızı Bahar xanım isə həkimdir, onun iki
övladı var. Bahar xanımın oğlu, Bikə-Bacı xanımın nəvəsi Fərid ADNA-nı
bitirmişdir.
Sultanova B.H. 1959-cu ildə Bakı
şəhərinə köçür və onu Tikinti Sənayesi
nazirliyində baş mütəxəssis qismində işə qəbul
edirlər. Lakin müəllim olmaq, tələbələrə dərs
demək, öyrətmək istəyi Bikə-Bacı xanımı
Azərbaycan Neft və Kimya institutuna gətirir.
O, əvvəlcə elmi-tədqiqat sektorunda kiçik elmi
işçi, 1961-cı ildən isə «Mühəndis qrafikası»
kafedrasında əvvəlcə assistent, sonradan isə
baş müəllim vəzifəsində çalışmışdır.
Bikə-Bacı xanımla az bir müddətdə
işlədiyimə baxmayaraq o, mənim xatirimdə xoş
təəsüratlarla qalmışdır. Onun valehedici
İbrahim Həbibov
112
təbəssümü vardı. Səsinin ahəngi, danışıq tərzi söhbət əsnasında yarana biləcək
bütün gərginlikləri yox edir və insanı yormurdu. Kafedranın müəllimləri və
tələbələr arasında böyük hörməti və nüfuzu vardı. İstənilən məsələnin həllində sülh
tərəfdarı kimi çıxış edərdi. Kafedraya gələn gənc müəllimlərə köməkliyini
əsirgəmirdi. Dəfələrlə ona etdiyim müraciətlərə təmkinlə və hörmətlə cavab
verərdi.
Sultanova Bikə-Bacı təqaüdə çıxandan sonra asudə vaxtını, sevgi və
məhəbbətini nəvələrinə yönəldərək, onların tərbiyəsi və sağlamlığı ilə məşğul
olurdu. Arabir kafedraya gələrək, iş yoldaşları ilə söhbətlər edər, mütləq mənimlə
görüşərdi. Həmişə mənə təskinlik verərək deyərdi: “Bu kafedra çox mürəkkəb
kafedradır, lakin burada gözəl insanlar toplaşıblar. Onlarla işləməyə dəyər.”
Allah Bikə-Bacı xanıma qəni-qəni rəhmət eyləsin.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
113
BAKILI BALASIYAM, BAKIDA QALASIYAM
Babayev Ədalət Əliməmməd oğlu
«Mühəndis qrafikası» kafedrasında çalışan
müəllimləri profesionallıq göstəricilərinə görə iki qrupa
bölmək olar: nəzəriyyəçilər və metodistlər. Ədalət
Əliməmməd oğlu Babayev kafedranın aparıcı
metodistlərindən biri idi. O, 1934-cü il sentyabrın 12-də
Bakıda fəhlə ailəsində anadan olmuşdur. Atası
Əliməmməd Əli oğlu Babayev 1899-cu ildə Bakı
şəhərində dünyaya gəlmişdir. Əliməmməd kişi qısa
ömrünü fəhləliklə keçirmişdir. O, dünyasnı dəyişəndə 37 yaşındaydı və balaca
Ədalətin iki yaşı vardı. Atasını lap kiçik yaşlarında itirən Ədalət müəllim həmişə
ata nəvazişi görmədiyini böyük ürək ağrısı ilə danışırdı. Anası Aliyə Kamil qızı
Babayeva 1902-ci ildə dünyaya gəlmiş, evdar qadın olmuşdur. Cavan yaşında
kimsəsiz qalan bu cəfakeş qadın bütün həyatını balalarının böyüməsinə sərf
etmişdi. 1970-ci ildə vəfatından əvvəl övladlarına son vəsiyyətində demişdi:
“Kasıbçılıq qəbahət deyil, ailədə əsas mehribançılıqdır.”
Ədalət müəllim 1944-cü ildə Bakının «Sovetski» deyilən küçəsində yerləşən
17 saylı məktəbin 1-ci sinfinə getmişdir. O, 1951-ci ildə həmin məktəbin yeddinci
sinfini bitirərək Bakı Neft texnikumuna daxil olub 1955-ci ildə oranı fərqlənmə
diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Neft və Kimya institutunun “Qaz-
neftmədən” fakültəsinə daxil olur. Onun institut həyatı çox rəngarəng və maraqlı
olub. Onunla eyni qrupda dərs apardığım zaman Ədalət müəllim tələbələrdəki
süstlüyü, tənbəlliyi görəndə çox əsəbləşərdi və öz gənclik illərindən danışardı.
Eyni zamanda rəqs, dram dərnəklərində iştirakından, idman məşğuliyyətindən və
bunların dərslərə paralelliyindən, seçdiyi ixtisasa hörmətdən söhbət açardı.
Ə.Ə.Babayev 1960-cı ildə institutu bitirib istehsalata işləməyə göndərilir.
İlkin olaraq Leninneft NQÇİ-də qaz təsərrüfatı sexində işləməyə başlayır, sonradan
Dostları ilə paylaş: |