İbrahim Həbibov
114
onu tədqiqat və layihə institutuna konstruktor şöbəsinə keçirirlər. Burada böyük
təcrübə toplayan Ədalət müəllim 1965-1966-cı illərdə Azkommunalayihə
institutunda qazlaşdırma şöbəsində mühəndis vəzifəsində çalışır və sonra
Azərbaycan Neft Maşınqayırma elmi-tədqiqat və layihələndirmə institutunda
(AzİNMAŞ) baş mühəndis vəzifəsinə köçürülür.
Ədalət müəllim Azərbaycan Neft və
Kimya institutunda 1972-ci ilin 22
noyabrından işləməyə başlamışdır. O,
müsabiqə yolu ilə “Rəsmxət” kafedrasına
assistent vəzifəsinə qəbul olunur və beş
ildən sonra (1977-ci ilin 19 dekabrından)
baş müəllim kimi çalışmağa başlayır.
Ədalət müəllim professional metodist müəllim idi. O dərslərini elə yüksək
səviyyədə aparırdı ki, mühəndislik ixtisasını ürəkdən sevməyərək instituta daxil
olan tələbələr belə onun dərslərindən sonra öz peşələrinə tamamilə başqa müna-
sibət bəsləməyə başlayırdılar. O, tələbələrə rəsmxətin incəliklərini dərindən öyrədə
bilirdi.
Ədalət müəllim həmişə öz üzərində işləyib biliyini, təcrübəsini artıran,
məsuliyyətli, peşəkar müəllimlərdən idi. O, 20-dən çox elmi və elmi metodik
işlərin müəllifidir. Bu işlər öz aktuallığını saxlamaqdadırlar.
Ədalət müəllim gözəl ailə başçısı idi. Həyat yoldaşı Zemfira xanımla 1981-
ci ildə ailə qurmuşdular. Zemfira xanım da ixtisasca mühəndis idi, 1960-cı ildə
Azərbaycan Neft və Kimya institutunu bitirmişdi. Onların bir oğlu - Babayev
Azər, bir qızı - Babayeva Mətanət və dörd nəvələri var. Onlar Ədalət müəllimin
istinad yeri idilər.
Ədalət Babayev 26 yanvar 2003-cü ildə dünyasını dəyişmişdir. Onun
vəfatından bir az sonra Zemfira xanım əbədiyyətə qovuşmuşdur.
Ruhunuz şad olsun!
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
115
ÖMRÜNÜ ÖVLADLARINA HƏSR EDƏN ANA,
SƏDAQƏTLİ HƏYAT YOLDAŞI
Sadıqova Rəfiqə Camal qızı
Tələbəlik illərimi xatırlayarkən, zaman
ötdükcə hörmətini həmişə əziz tutduğum,
böyük məhəbbət və ehtiramla yad etdiyim
müəllimlər sırasında Ağa Sadıqov xüsusi
önəm kəsb edir. Sonuncu kursda Ağa müəllim
bizim qrupda «Əmək mühafizəsi və təhlükə-
sizlik texnikası» fənni üzrə dərs aparırdı. Mən
ilk gündən onun alicənablığı, mədəniyyəti və
davranışına heyran olmuşdum.
Qrupumuzun bütün tələbələri Ağa müəllimi XX əsrin ziyalısının
ümumiləşmiş obrazı kimi qəbul edirdilər.
1996-cı ilin yazında Ağa müəllim mənə yaxınlaşaraq özünə məxsus tərzdə,
sakit səslə və böyük ehtiramla həyat yoldaşı Rəfiqə xanımın bizim kafedraya işə
qəbul olunması təklifi ilə müraciət etdi. Mən ona söylədim ki, xanımınızın bizdə
işləməsi hamımız üçün şərəfdir, lakin akademiyanın rəhbərliyinə müraciət etmək
lazımdır. Ağa müəllim bu sözün əvəzində söylədi ki, sizin razılığınız olmasa mən
heç vaxt, heç kəsə müraciət etmərəm. Bu hərəkət, bu söhbət bir daha onun
böyüklüyünü göstərdi.
Sadıqova Rəfiqə Camal qızı Qarabağda geniş tanınan, məhşur bir ailənin
qızıdır. O, 1944-cü il may ayının 17-də Füzuli şəhərində Hacıyev Camal Alış
oğlunun ailəsində anadan olmuşdur. Hacıyev Camal Qarabağ bölgəsində yerləşən
bir çox rayonlarda müxtəlif səviyyəli dövlət qulluqlarında çalışmışdır. Öz
prinsipiallığı və qayğıkeşliyi ilə hamının hörmətini qazanmışdır. O torpağına,
xalqına çox bağlı bir insan idi. Camal müəllim 1970-ci ildə vəfat etmişdir.
İbrahim Həbibov
116
Qarabağın, ona doğma olan Cəbrayılın, Füzulinin dəhşətli günlərini görməsə də
belə, 100% əminliklə deyə bilərəm ki, onun ruhu bu yerlərin, işğal altında olan,
doğma ocaqlarının üzərində dövran edir. Ruhun şad olsun Camal müəllim!
Rəfiqə xanımın anası Rəna xanım evdar qadın olmuşdur. Ailədə böyüyən 9
uşağın (2 qız və 7 oğlan) tərbiyəsi, böyüyüb-başa çatması Rəna xanımın üzərinə
düşmüşdür. Hər iki valideyn uşaqların ali təhsilli, cəmiyyət üçün faydalı olmasında
böyük zəhmət çəkmişdi. Onların övladlrı Füzuli və Bakı şəhərində müxtəlif elmi,
pedaqoji, tibbi və dövlət qulluğu sahələrində məsul vəzifələrdə çalışmış və bu
gündə çalışmaqdadırlar.
Rəfiqə xanım 1951-ci ildə Füzuli şəhər orta məktəbin I sinfinə daxil olmuş
və oranı 1963-cü ildə əla qiymətlərlə bitirmişdir. Həmin il ali məktəbə qəbul olmuş
və 1968-ci ildə lifli materialların texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir.
Ağa müəllim və Rəfiqə xanım
Rəfiqə xanım 1968-ci ildə ADNA-nın aspirantı Ağa Sadıqovla ailə
qurmuşdur. Ağa Sadıqov aspiranturanı bitirib texnika elmlər namizədi alimlik
dərəcəsi aldıqdan sonra ADNA-da əmək fəaliyyətini davam etdirmişdir. Az sonra
bu gənc ailə SSRİ Təhsil Nazirliyinin inkişaf etməkdə olan ölkələrə yardım
məqsədilə qabaqcıl elmi-pedaqoji proqram çərçivəsində Əlcəzairə ezam edilir. Ağa
müəllim Əlcəzairin Bumerdes şəhərində yerləşən Milli Neft və Qaz institutunun
«Qazıma və istismar» kafedrasında ilkin olaraq müəllim, sonradan kafedra mudiri
vəzifəsində çalışır.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
117
Əlcəzairə birinci səfərlərində bu cənc ailənin iki övladı (Oqtay və Natiq)
dünyaya gəlir. Rəfiqə xanımın əsas vəzifəsi dünyalar qədər sevdiyi həyat yoldaşı
Ağa müəllimə və övladlarına qulluq etmək, onların sağlamlığının keşiyində
durmaq, uşaqların təhsili ilə məşğul olmaqdan ibarət olur. Həmin illərdə Bumerdes
şəhərində Sovetlər İttifaqı səfirliyinin təşkil etdiyi 8 illik orta məktəb var idi və bu
ölkədə çalışan bütün mütəxəssislərin övladları burada təhsil alırdılar.
1977-ci ildə Əlcəzairdə yaşayan zaman Rəfiqə xanımın üçüncü oğlu Samir
dünyaya gəlir. 1981-ci ildə 5 illik müqavilə bitdikdən sonra Rəfiqə xanım ailəsi ilə
birlikdə Bakıya qayıdır və Respublika Məişət Xidməti Nazirliyi sistemində olan
müəssisələrin birində mühəndis vəzifəsində çalışmağa başlayır.
1984-cü ildə Ağa müəllim yenidən ƏXDR-na ezam olunur. Əlcəzairdəki
məktəbin 8 illik oluğundan bu dəfə ailənin böyük oğlu Oqtay Bakıda qalır. Rəfiqə
xanım Natiq və Samirlə Bumerdesə gedirlər. Həmin il Samir I sinifdə, Natiq isə
VII sinifdə təhsil almağa başlayırlar.
1988-ci ildə növbəti ezamiyyət müddəti başa çatdığındın ailə Bakıya qayıdır.
Ağa müəllim ADNA, Rəfiqə xanım isə Məişət Xidməti Nazirliyində öz
fəaliyyətlərini bərpa edirlər.
Rəfiqə xanım 1994-cü ildə Ümumittifaq Təhlükəsizlik elmi-tədqiqat
institutunda mühəndis, 1995-ci illərdə isə ADNA-nın hazırlıq fakültəsində
metodist vəzifəsində çalışır.
Dostları ilə paylaş: |