İbrahim Həbibov
66
Zahiri baxışdan super ciddi, ağır xasiyyətli, hər şeyi bəyənməyən insan
təəsüratı bağışlayan bu xanım sədaqətli həyat yoldaşı, mehriban ana, gözəl əl
qabiliyyəti olması ilə seçilirdi. Onun hazırladığı şirniyyatlar və yeməklər o
dərəcədə dadlı və ləzzətli olurdu ki, hər bir yığıncağımızın sonunda, imkan olanda,
bir pay evə götürməyə çalışırdıq.
Raisə xanım olduqca səliqəli bir qadın idi. Evində həmişə təmizlik və
rahatlıq hökm sürürdü.
Kafedra əməkdaşları Raisə xanımın həyat yoldaşı ilə olan münasibətindən
danışarkən onların çox mehriban və dost olduqlarını qeyd edirlər. Düşünürəm ki,
bu başqa cürə ola bilməzdi, çünki Vladimir Filipoviç dövrünün ziyalısı, dövlət
tərəfindən dəyərləndirilən şəxsiyyət, çətin həyat yaşamış bir insan idi. Uzun
müddət kafedraya rəhbərlik etmiş bu insan heç kəsin qəlbinə toxunmamış və
incitməmişdir. Raisə xanım öz növbəsində imkanlı ailənin qızı olmuş, ailədə
yüksək tərbiyə görmüş, şairlər vətəni Qazaxda doğulmuş, musiqiyə, ədəbiyyata
xüsüsi marağı olan bir qadın idi.
Raisə xanım 1988-ci ildən sonra tez-tez kafedraya gələrək hamımızı
sevindirərdi. 1994-ci ildə onun 70 illik yubileyində Raisə xanımın hamıya müraciət
edərək dediyi sözlər indi də yadımdadır və mənim müəlliməm olmuş Raisə xanım
haqda yazımı onun bizlərə verdiyi qiymətlə bitirmək istəyirəm:
«Burada yığılan insanlar mənim yaxınlarım, qohumlarım və 32 il çalışdığım
kollektivin üzvləridirlər. Mən bu kollektivə, bu kafedraya borcluyam. Gəncliyim
burada, onlarla keçib. Həyat yoldaşımla burada tanış olub, ailə qurmuşum. Həmişə
hörmət və ehtiram görmüşəm. Bu xoşbəxtlikdir.»
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
67
GÜLƏRÜZLÜ XANİM, SEVİMLİ HƏYAT YOLDAŞI,
MEHRİBAN NƏNƏ
Balakişiyeva Mina Mustafa qızı
Hər bir kəs xarakterində, hərəkət-
lərində və davranışında olan müəyyən
xüsusiyyətlərlə yadda qalır. Həmin insan
haqda düşündükdə məhz onu digərlərindən
fərqləndirən bu xüsusiyyətlər gözlərimiz
qarşısında canlanır.
Mina xanim mənim yaddaşımda və xatirələrimdə gülərüz, həyata nikbin və
məhəbbət dolu nəzərlərlə baxan Azərbaycan qadını kimi qalmışdır. O, 1936-cı il
26 fevral tarixində Bakı şəhərində Mustafabəyov Mustafa Sadıx oğlu və
Amxaniçka Bronislava Lvovnanın ailəsində dünyaya göz açmışdır. Valideynlərinin
hər ikisi öz dövrlərinin aktiv gənclərindən olub, Bakı şəhərinin rayon komsomol
təşkilatlarında işləyirdilər.
Mina xanımın atası Mustafa Sadıx oğlu çox erkən yaşlarından yetim
qalmısdır və ona Nəriman Nərimanovun silahdaşı olan atasının əmisi oğlu Əli-
Heydər Mustafabəyov himayədarlıq etmişdir. Əli-Heydər Mustafabəyov XX əsrin
əfsanəvi inqilabçılarından biri idi. Onun inqilabçılar arasında gizlin ləqəbi
“Şirvani” olmuşdur. Mustafa müəllim uzun müddət onun yanında Moskvada
yaşamışdır. Bakıya qayıtdıqdan sonra onu “Qırmızı kadetlər” məktəbinə qəbul
etdilər. Daha sonra o Azərbaycan Dövlət Universitetinin (ADU) “Tarix”
fakültəsinə qəbul olmuşdur. O, bütün həyatını xalqına, onun maariflənməsinə,
gənclərin düzgün əqidədə böyüməsinə həsr etmişdir.
Mustafa müəllimin 2 övladı olmuşdur: oğlu Lətif və qızı Mina. Bası daim islə
qarışıq olmasına baxmayaraq övladlarının tərbiyəsi və tədrisini diqqətdə saxlayırdı.
Oğlu Lətif həkimdir. Mina xanım bu ailənin çox sevilən usaqlarından olmuşdur.
İbrahim Həbibov
68
Mina xanım gənclik illərində inşaatçı olmağa hazırlaşırdı, lakin respublikada
güclü kimya-istehsalat proseslərinin inkişafı onu bu fikirdən döndərərək
Azərbaycan Sənaye institutuna gətirir.
O, 1953-cü ildə 134 saylı rus qızlar orta məktəbini bitirərək, tərəddüd etmədən
sənədlərini AzSİ-nin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın texnologi-
yası” ixtisasına verir və müvəffəqiyyətlə ora daxil olur. 1958-ci ildə institutu bitirərək
təyinatı üzrə “Neftzavod” birliyində əmək fəaliyyətinə başlayır. Bir müddətdən sonra
o, Azneft birliyinin layihə institutuna mühəndis vəzifəsinə işə qəbul edilir.
Nadir müəllim, Mina xanım və ilk övladları Gülnarə
Mina xanimin 50 illik yubileyində
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
69
1959-cu ildə Mina xanım Balakişiyev Nadir Ağa Dayı oğlu ilə ailə həyatı
qurmuş, onunla 45 il xoşbəxt ömür sürmüşdir. Bir gün də olsa belə Nadir
müəllimin cismani yoxluğu bu ailədə hiss olunmamışdır. Nadir müəllim çox yaxşı
həyat yoldaşı, ata, baba və ulu baba olmaqla hamının xatirəsində əziz və doğma
İnsan kimi yaşayır.
Balakişiyevlər ailəsi öz başçısını itirəndə Nadir müəllimin 19 yaşı vardı.
Qardaşı Qabili və bacısı Böyükxanımı böyütmək, onların təhsil problemlərini həll
etmək, həyat yollarını istiqamətləndirmək bu gənc oğlanın çiyinlərinə düşmüşdü.
Böyük Yaradan Nadir müəllimə şərəfli bir yol açmışdı. İnstitutu bitirdikdən
az sonra Nadir Balakişiyev Azərbaycan Dövlət Nəzarət komitəsinin energetika
şöbəsində müdir müavini vəzifəsində çalışırdı. 1961-cı ildə çox cavan olmasına
baxmayaraq, Sumqayıt şəhər KP-nın I katibi vəzifəsinə təyin edilmişdir. Şəhər
aktivistləri və ağsaqqallarla görüşdə Azərbaycan KP MK-nın I katibi Vəli
Axundov onu təqdim edərək belə demişdir: “Cavan şəhərə - cavan katib! İsləmək,
yaratmaq üçün hər bir şərait vardır. Sizlərə uğurlar arzulayıram və xoş müjdələr
gözləyirəm!”
Həyat yoldaşının belə bir məsul vəzifəyə təyin olunması onun xanımından
və ailə üzvlərindən daha çox məsuliyyətli olmağı tələb edirdi. Eyni zamanda
ailədə artıq iki uşaq var idi. Bu səbəbdən Mina xanım ürək ağrısı ilə 1962-ci ildə
daxil olduğu aspiranturadan imtina etməli olur.
Balakişiyeva Mina xanım 1974-ci ildən təqaüdə çıxana qədər, indiki
“Mühəndis qrafikası” kafedrasında çalışmışdır. Mənimlə söhbətində isə çıxdığı ilk
günü böyük sevinclə yaşadığını xatırlayaraq demişdi: “Tələbə olarkən “Tərsimi
həndəsə” fənnini dahi Puzırevski Vladimir Filipoviç aparırdı və imtahanı ona
vermisəm. Bu insan mənim yaddaşımda xoş xatirələrlə qalmışdı. Həmişə belə bir
şəxsiyyətlə birlikdə işləməyi arzulayırdım və bu mənə nəsib oldu. Ümumiyyətlə bu
kafedra, onun kollektivi zaman keçsə belə mənə doğmadır.”
Mina xanım həmişə tələbələrin sevimlisi olmuşdur. Xüsusən qizlar ona
böyük bacı, ana məhəbbəti bəsləyirdilər. Çəkinmədən onunla məsləhətləşir və
fikirləri ilə bölüşürdülər. Kafedranın əməkdaşları da onunla həmsöhbət olmaqdan
Dostları ilə paylaş: |