MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
79
abidələri ilə tanış olmaq, adət və ənənələrini öyrənmək Oqtay müəllimə xüsusi
zövq verirdi.
Oqtay müəllim, Almaz xanım və Böyükağa Quliyev
C.İsmayılov, Ə.Babayev və O.Qurbanov
Son illərdə Oqtay müəllimin səhhətində problemlər yarandığından o işə gələ
bilmirdi. Mən ona səhhəti bərpa olana qədər evdə qalmağa icazə vermişdim və
onun dərslərini müəllimlər arasında bölmüşdüm.
Oqtay müəllim nəvələri Məryəm və Nurlanə ilə
birlikdə
2002-ci ilin sentyabrında
öz xahişi
ilə tutduğu vəzifədən azad edilməsi haqda
ərizə ilə müraciət etdi və həmin ilin
oktyabr ayında dünyasını dəyişdi.
Almaz xanımla görüşümüz zamanı
o mənə çoxlu sayda albomları göstərərək
dedi: - İstədiyiniz şəkli seçə bilərsiniz.
Mən oradan seçdiyim şəkillərin içərisində
Oqtay müəllimin son dəfə nəvələri ilə
birlikdə bəzədikləri şam ağacı yanında
çəkdirdikləri şəkli bu gözəl insan haqda
yazdığım yazıda verməyi qərara aldım.
Burada Oqtay müəllim yalnız
ona məxsus
olan və təkrar olunmaz təbəssümü ilə əks
olunmuşdur.
Allah rəhmət eləsin.
İbrahim Həbibov
80
TƏLƏBƏM, HƏMKARIM, DOSTUM
Məlikov Rauf Xəlil oğlu
1977-ci ildə M.Əzizbəyov adına Azərbaycan
Neft və Kimya institutunda əmək fəaliyyətimə
başlayarkən, ilk dərs apardığım
qruplar içərisində
tanıyıb, xoş münasibətlər qurduğum tələbələrdən
biri Rauf Xəlil oğlu Məlikov olmuşdur.
1979-cu ildə Macarıstana istehsalat
təcrübəsinə göndərilən tələbə dəstəsinə rəhbərlik
mənə həvalə edilmişdi. Bu dəstənin tərkibində
458 - cı qrupun tələbəsi Rauf da var idi. O, artıq 3-cü kursun imtahanlarını
yüksək qiymətlərlə verərək, 4-cü kursun tələbəsi olmuşdu.
Ümumiyyətlə, dəstənin
tərkibində 10 tələbə var idi, onlardan iki nəfəri qız və 8 nəfəri oğlan idi. Onların
hər biri mənə əziz olsalar da məndə Raufa qarşı xüsusi münasibət yaranmışdı. Bu,
onun sakit təbiətindən, qarşılıqlı münasibətləri yüksək səviyyədə qoruyub saxlama
qabliyyətindən, tərbiyəsindən və savadından irəli gəlirdi.
Bu səfər zamanı yaranan münasibətlərimiz sonradan dostluğa çevrilmişdi.
Məlikov Rauf Xəlil oğlu 1959-cu il aprelin 12-də Bakı şəhərində ziyalı ailəsində
anadan olmuşdur.
Mənim bu ailə ilə yaxınlığım, bizim Macarstan səfərindən sonra olmuşdur.
Raufun atası Macarstandan Bakıya gələn tələbə dəstəsinin bütün üzvlərini evlərinə
dəvət etmişdi. Gözəl bir gün yaşanmışdı onda.
Məlikov Xəlil ixtisasça mühəndis mexanik idi. Uzun müddət Bakıda
fəaliyyət göstərən bir sıra zavodlarda
yüksək vəzifələrdə işləmiş, sonradan Bakı
Energetika texnikumunda «Mexanika» kafedrasına rəhbərlik etmişdir. Onun həyat
yoldaşı Asiya xanım həkim — nevropatoloqdur. O görkəmli Azərbaycan yazıçısı və
folklorşunası Əbülqasım Hüseynzadənin ailəsində anadan olmuşdur. Xəlil müəllim
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
81
və Asiya xanımın Raufdan başqa bir oğlu - Hacı və bir qızı - Gülnarə vardır.
Övladlarının hamısı mühəndis sənətini seçmişlər.
Hacı ailənin böyük oğludur. Almaniyanın Drezden Texniki Universitetini
bitirmişdir, texniki elmlər namizədidir və hal-hazırda bizim akademiyanın dosentidir.
Gülnarə də Azərbaycan Neft və Kimya institutunu bitirmişdir. O institutda
oxuduğu müddətdə ali təqaüd - Lenin stipendiyası alırdı. Fakültəmizin ən savadlı
və bacarıqlı tələbəsi idi.
Sonradan o, qrup yoldaşı Kamil ilə ailə qurdular.
Rauf müəllim 1976-cı ildə Bakı şəhər Nərimanov rayonu 82 saylı orta
məktəbi bitirmişdir. Məktəb illərində bir neçə rayon, şəhər və respublika
olimpiadalarında iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.
O, 1976-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun
«Neft-mexanika» fakültəsinə daxil olmuş və «Maşınqayırma texnologiyası, metal
kəsən alətlər və dəzgahlar» ixtisasını öyrənməyə başlamışdır.
Rauf müəllim institutu 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
İnstitut müəllimlərini xatırlayaraq qeyd edir: «Mən ömrüm boyu mənə dərs deyən
professorlar
- Ramiz Qurbanov, Fuad Vəliyev, dosentlər - Rza Talıbzadə, Arif
Rəhimov və dekanımız Asif Cərrahov və başqalarına borcluyam
İnstitutda oxuyarkən Rauf müəllim tələbə elmi cəmiyyətinin aktiv
üzvlərindən biri idi. Onun hazırladığı məruzələr tələbə-elmi konfranslarında
diplomlarla mükafatlandırılırdı. Tədris müddətində Macarıstan, Moldova və
Estoniyanın maşınqayırma müəssisələrində təcrübə keçmişdir.
Ali məktəbi bitirdikdən sonra ona aspiranturada qalmaq təklif olunsa da
əmək fəaliyyətini istehsalatdan başlamağa qərar verdi.
Onu gənc mütəxəssis kimi
«Azərelektroterm» İstehsalat Birliyinə işləməyə göndərdilər və o 1988-ci ilədək bu
təşkilatda mühəndis vəzifəsində işləmişdir. Bu zavodda işləmək böyük təcrübəyə
yiyələnmək demək idi. İşlərin profilinə uyğun olaraq o, Bauman adına Ali texniki
məktəbdə, bir sıra elektrotexnika avadanlığı istehsalı ilə məşğul olan müəssisə və
elmi-tədqiqat institutlarında, Qorki şəhərindəki
avtomobil zavoduna və digər
yerlərə ezam olunaraq, texniki məsələlərin həllində iştirak etmişdir.
Lakin elmə bağlılıq 1988-ci ildə yenidən onu Azərbaycan Neft və Kimya
Neft institutuna qaytarır. O, Neft-qaz mədən fakultəsi üzrə aspiranturaya qəbul