İbrahim Həbibov
82
üçün elan olunmuş müsabiqədə iştirak edir və oraya daxil olur. Onun rəhbəri
dünya şöhrətli akademik Azad Mirzəcanzadə olub.
Rauf müəllim 1996-ci ildən «Mühəndis qrafikası» kafedrasında dosent
vəzifəsində çalışır. O, çoxlu sayda elm, elmi-metodiki işlərin müəllifidir.
Neft-mexanika fakültəsinin tələbələri ilə
Rauf müəllim 1988-ci ildə ailə həyatı qurmuşdur. Onun həyat yoldaşı Hicran
xanım ixtisasca həkimdir. Bu qadın gözəl bir peşənin sahibi olmaqla
yanaşı, ona Allahdan xoş xasiyyət, geniş ürək, xeyirxahlıq, səmimiyyət kimi insani
keyfiyyətlər verilmişdir. Məndən Rauf və onun ailəsi haqda soruşanda deyirəm:
Böyük yaradan hər kəsə layiqli qiymət verir və əgər Raufa nəyi isə verməyibsə,
onların əvəzinə Hicranı onun qismətinə nəcib edibdir. Hicran evin xanımı, həyat
yoldaşının dostu, övlvdlarının dayağı, qohumların kömək əlidir.
Bu ailədə bir oğlan və bir qız uşağı böyüyür. Fidan — ailənin ilk övladı -
2011-ci ildə Qərb universiteti bitrib, hal hazırda tanınmış bir firmada çalışır.
Hamımızın sevimlisi Xəlil isə (ona babasının adı verilmişdir) Türkiyənin Antalya
şəhərindəki akademiyada təhsil alır.
Mən tələbəmə, həmkarıma və dostuma həyatda uğurlar arzulayıram.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
83
SAKİT TƏBİƏTLİ, AÇIQLIĞI SEVƏN VƏ TƏVAZÖKAR İNSAN
Kərimov Zöhrab Hacıbala oğlu
Zöhrab müəllim ilə kafedrada işlədiyim vaxt
tanış olmuşdum. Onun haqda məlumatım çox olmasa
da, bilirdim ki, o ADNA-nın tanınmış professor-
larından biri Zahid Kərimovun qardaşıdır. Kafedranın
müəllimlər otağında mən onunla yanaşı stolda otu-
rurdum. Arabir söhbətimiz vaxtı onun özü haqqında
qısaca məlumatlarından aydın olurdu ki, Zöhrab
müəllim 15 iyul 1939-cu il tarixdə Lənkəran şəhərində
anadan olmuşdur. 1946-cı ildə Lənkərandakı 3 saylı
orta məktəbə daxil olub və 1956-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1956-cı ildə Azərbaycan Neft və Kimya institutunun “Energetika” fakültəsinə daxil
olmuşdur. Bu ixtisas onun öz seçimi olduğundan bütün fənlərə böyük maraq
göstərirmiş. 1961-ci ildə institutu bitirərək «elektrik mühəndisi» diplomunu alanda
sevincinin həddi-hüdudu olmadığını xatırlayan Zöhrab müəllim illər keçdikdən
sonra bu ali məktəbdə dərs deyəcəyinə heç cür inanmadığından danışardı.
O, əmək fəaliyyətinə 30.08.1961-ci ildə Bakı geofiziki cihazlar və
avadanlıqlar zavodunun texniki şöbəsində mühəndis vəzifəsində başlamışdır. Bu
müəssisədə Zöhrab müəllim 26.11.1963-cü ilə qədər çalışdıqdan sonra «Neft və
Kimya» institutunun «Texniki kibernetika» laboratoriyasına mühəndis vəzifəsinə
köçürülür. Özünün daxili potensialı və laboratoriyada hökm sürən ab-hava onu
elmi-tədqiqat işləri ilə ciddi məşğul olmağa sövq edir. 1972-ci ildə Zöhrab
müəllim namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmlər namizədi elmi
dərəcəsi almışdır.
1976-cı ildə Azərbaycan Neft və Kimya institutunun «Mühəndis qrafikası»
kafedrası üzrə assistent vəzifəsini tutmaq üçün müsabiqə elan olunduqda Zöhrab
müəllim zavoddakı uğurlarına və yüksək statusuna baxmayaraq orada iştirak edir
və doğma ali məktəbə işə qəbul olunur.
İbrahim Həbibov
84
Aktiv tədris prosesinə qoşulan Zöhrab müəllim tezliklə dosent elmi adına
layiq görulur. O, kafedrada işlədiyi müddətdə ardıcıl olaraq bir sıra metodiki işlər
hazırlayır, onların nəşrini həyata keçirərək tədris prosesində geniş tətbiqinə səbəb
olur.
Zöhrab müəllim sadəliyi, açıqlığı və təvazökarlığı ilə öz müəllim yoldaşları,
eləcə də institutun kollektivi arasında hörmət qazanmışdır.
O, maraqlı söhbətlər edərdi. Yığıncaqlar keçirmək, istirahət günlərində yaxın
yoldaşlıq etdiyi müəllimlərlə yığışmağı, birlikdə şənlənməyi çox sevərdi.
Uzaq məsafələrə səyahət etməyi xoşlayardı və hara getsə tək övladı olan
Aydını özü ilə aparardı. Aydın 1974-cü ildə anadan olmuşdur. O, Zöhrab
müəllimin həyatının mənası idi. Aydının uğurlarından danışmağı çox xoşlayırdı.
Onsuz heç bir yerə getməzdi. Öz müəllim yoldaşları ilə Qara dəniz sahillərinə
avtomobillə gəzintiyə çıxdıqda Aydını özü ilə götürmüşdü.
Zöhrab müəllim tələbələr arasında da böyük hörmət qazanmışdı. Öz
tələbələrinə diqqətlə yanaşmağı bacaran müəllim idi.
Allah ona rəhmət eləsin, ruhu şad olsun.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
85
PROFESSİONAL MÜHƏNDİS, TƏLƏBKAR MÜƏLLİM
Quliyev Böyükağa Rəhman oğlu
Hər dəfə mühazirə və məşğələ dərslərimdə tələbə-
müəllim münasibətlərindən danışarkən Azərbaycan Neft
və Kimya institutunda oxuduğum dövrdə özümlə
Böyükağa müəllim arasında yaşanan günlərdən, ondan
hansı çətinliklə məqbul almağımdan söhbət açıram.
Mən ikinci kursda oxuyanda məqbul işlərini
mərkəzləşmiş qaydada kafedra tərəfindən müəyyən
edilmiş komissiya qəbul edirdi.
Axşam saat 18-də başlanan məqbul işlərinin qəbulu saat 22-də başa çatırdı.
Kafedra üzrə bu işə Böyükağa müəllim rəhbərlik edirdi. O, qrupumuzda dərs
aparmadığı üçün bizləri yaxşı tanımırdı. Buna baxmayaraq hamımız ona cavab
verməliydik. Onun xasiyyətcə ağır, prinsipial bir insan olduğu, proteksionizmdən
uzaqlığı hamıya bəlli idi. Bunlarla bərabər Böyükağa müəllimi institutda obyektiv bir
müəllim kimi tanıyırdılar. Mənim hər dəfə ona məqbul vermək istəyim nəticəsiz
qalırdı. Elə düşünürdüm ki, ondan heç vaxt qiymət ala bilməyəcəyəm. Bütün günüm
institutun 5-ci mərtəbəsində keçirdi. «Rəsmxət» kafedrası orada yerləşirdi. Dərsdən
sonra tələbələrdən bəziləri boş otaqlarda toplaşaraq ev tapşırıqlarını yerinə yetirməkdə
bir-birilərinə köməklik edir, bəziləri isə müəllimlərin məsləhətlərinə qulaq asırdı.
Kafedranın detal parkında çoxlu sayda, müxtəlif quruluşlu və mürəkkəbliyi ilə bir-
birindən seçilən detallar vardı. Mən onları bir-bir götürüb, eskizlərini tərtib edirdim.
Lakin məqbul almağım müşgül bir işə çevrilmişdi. Hər dəfə komissiyaya gələndə
Böyükağa müəllim mənə elə detalların eskizini tərtib etməyi tapşırırdı ki, verilmiş
vaxt ərzində bunu etmək mümkün olmurdu. Nəhayət, 17-ci dəfə məqbul vermək
cəhdim baş tutdu. Dəqiqliklə yadımdadır o gün. Böyükağa müəllim bir neçə dəfə
mənə yaxınlaşaraq tərtib etdiyim eskizə baxdı. Bu dəfəki baxışlarda xeyirxahlıq və
səmimiyyət görürdüm. Daxilimdəki gərginlik yox olub itmişdi. Həqiqətən də insanın
Dostları ilə paylaş: |