Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

17 
 
Populyasiyanm  dinamikasmı  fərdlərin  sıxlığından  ya  asılı  və  ya  da 
asılı  olmadığını  qeyd  edirlər.  Sıxlıqdan  asılı  olmamaq  abiotik  faktorun 
nəticəsi  kimi  qəbul  edilir  (hava,  yem,  katastrof  və  s.).  Bu  faktorlar 
nəticəsində  populyasiya  həm  arta,  həm  də  azala  bilər.  Hətta  onların  sayı 
sıfıra  bərabər  ola  bilər.  Belə  faktorlar  «modifıkasiya  olma»  (lat. 
modifıkasiya-dəyişmə) adlanırılır. 
Populyasiyanın  dinamikasının  sıxlıqdan  asılılığı  «biotik  faktorun» 
nəticəsidir. Bunu «tənzimolunan» adlandırırlar. 
Populyasiya  və  populyasiyaya  oxşarlar  assosasiya  və  ya  birlik 
sistemaltlarını  yaradırlar.  Elə  buna  görə  də  ekoloji  elementləri  ekoloji 
populyasiya,  birlik  ekologiyası  və  biosenozların  ekologiyasına  ayırırlar. 
Buradan belə nəticəyə gəlmək olar ki, ekosistemin tam xüsusiyyətlərini başa 
düşmək üçün göstərilən elementlər arasında əlaqə və onların birgə fəaliyyə-
lini müəyyən etmək lazımdır. 
Hər bir ekosistem açıq ekosistem adlandırılır. Yəni o, enerji almaq və 
vermək qabiliyyətinə malik olmalıdır. 
2.2. Biosenoz 
 
Ekosistemə  yaxın  və  ya  onun  analoqu  olan  anlayış  biosenoz 
anlayışıdır.  Bununla  məşğul  olan  elm  biosenologiya  adlandırılır.  Yunanca 
bios-həyat,  koinos-ümumi  deməkdir.  Bu  termin  ilk  dəfə  alman  alimi 
K.Mebius tərəfmdən işlədilib. 
N.P.Naumova  görə biosenoz biosferdə tarixən toplanmış canlı əlaqəli 
qrupdur ki, onlar ümumi bir yerdə toplanıb və konkret təbii şərait yaradırlar. 
Ekosistem  dedikdə  biotik  və  abiotik  komponentlər  birgə  düşünülür. 
Biosenoz  dedikdə  isə  yalnız  canlı  məskunlar  nəzərdə  tutulur.  Biosenozda 
adətən komponentlərin müəyyən şərait və məkandakı fəaliyyətləri ilə yanaşı 


18 
 
onların  yerləşdiyi sahənin  məhdudluğu  göstərilir  ki,  buna da biotop  deyilir. 
Biosenoz  və  biotop  birlikdə  bioqeosenoz  adlanır.  V.N.Sukacevə  görə 
biogeosenoz  yer  üzərində  olan  eynicinsli  təbii  hadisələri  (atmosfer,  dağ 
suxurları,  bitki  aləmi,  canlılar,  mikroorqanizmlər,  torpaq  və  hidroqrafık 
şərait) təşkil edən, daima hərəkətdə olan ayrı-ayrı  komponentlərin qarşılıqlı 
'təsiri, onlar arasında olan enerji mübadiləsi prosesləri deməkdir. Bu təyinat 
ekosistem məvhumu ilə demək olar kı, eynidir. 
Canlı orqanizmlər doğulur, böyüyür və inkişaf edir. Bu zaman onların 
bioloji  kütləsi  artır.  Avtotraflar  vasitəsilə  yaradılan  kütlə  ilkin  məhsul 
adlandırılır.  Vahid  zamanda  yaranan  bioloji  kütlə  ekoloji  sistemin  bioloji 
məhsuldarlığı  adlandırılır.  Bitkilərdən  fərqli  olaraq  bakteriyalar,  göbələklər 
və  heyvanlar  öz  gövdələrini  sadə  kimyəvi  maddələrdən  qura  bilmirlər.  On-
lara daha yüksək enerjiyə malik maddələr lazımdır. Bunlar qida baxımından 
heterotrof  adlandırılır.  Bu  baxımdanda  onlan  ikinci  «produsent» 
adlandınrlar. Bunların əsas qida mənbəyi avtotraflardır. 
Avtotrof  və  heterotroflar  ikinci  trafıki  səviyyə  olan  «konsumetlər» 
adlandırılır.  Konsumentlər  müxtəlif  bioaktiv  maddələr  ifraz  edirlər.  Bu 
maddələr  digər  orqanizmlərin  məhvinə  və  ya  stimullaşmasına  səbəb  olur. 
Konsumentlər  qrupunu  üç  yerə  bölürlər.  Birinci  bölmə  «Fitofaq»lar 
adlandırılır.  Fitofaqlara  atmosfer  tərəfındən  yaradılan  ilkin  məhsulla 
qidalanan heyvanlar aid edilir. 
İkinci bölmə «zoofaqlar» adlandırılır. Bunlar əsasən fitofaq bölməsinə 
daxil olan heyvanlarla qidalanan yırtıcılardır. 
Üçüncü  bölməyə  ikinci  bölmə  konsumentlərlə  qidalanan  heyvanlar 
aid edilir. 
Ekosistemdə biosenozun fəaliyyətini təmin edən orqanizmlər, mineral 
maddələr halına qədər çatmış çürüntü və  məhv olmuş tullantılar redusentlər 


19 
 
adlandırılır.  Lakin  burada  mineralların  tərkibində  təkcə  redusentlər  yox 
konsumentlərində mövcudluğunu qeyd etmək lazımdır. 
Ölmüş  orqanizmlərin  cürümə  prosesində  iştirak  edən  birinci  qrup 
konsumentlər  Saprofaqlar  adlandırılır.  Bunlara  əsasən  onurğasızlar  aid 
edilir. 
Yerüstü ekoloji sistemlərdə orqanizmlərin çürümə prosesi maddələrin 
dövr etməsinə və onlarm enerjisinə böyük təsir edir. 
Produsentlər,  konsumentlər  və  redusentlər  qruplarının  görünüş 
tərkibi  müxtəlif  ola  bilər.  Bu  müxtəliflik  yalnız  ekosistemin  növündən 
(tipindən),  coğrafı  vəziyyətindən  yox  həmçinin  onların  qarşılıqlı  müna 
sibətlərindən də asılıdır. Görünüş tərkibə ilin fəsilləridə təsir edə bilir. 
Hər  bir  qrupun  ekosistemin  fəaliyyətində  xüsusi  rolu  olur.  Məsələn, 
maddələrin  su  hövzəsində  dövrünə  produsentlərin  və  redusentlərin  təsiri 
konsumentlərə nisbətən kifayət qədər azdır. 
Müxtəlif  qrup  orqanizmlər  məskən  etdikləri  mühitin  antropogen 
çirkləndirilməsinə  müxtəlif  münasibət  göstərirlər.  Məsələn,  redusentlər 
avtotraf  və  konsumentlərin  həyatı  üçün  lazım  olan  antropogen  maddələrin 
nəinki fiziki, hətta kimyəvi dəyişməsinə təsir edirlər. Lakin bu proses həmişə 
baş  verə  bilmir.  Əgər  antropogen  çöküntü  tərkibində  müxtəlif  toksik  kim-
yəvi maddələr mövcuddursa resudentlər onların təmizlənməsinə həmişə tam 
təsir  etmək  iqtidarında  olmurlar.  Bu  zaman  özözünü  təmizləmə  prosesi 
pozulur  ki,  bu  da  ekosistemin  dayanıqlığına  təsir edir və  onun  dəyişməsinə 
səbəb olur. 
Buradan belə bir nəticəyə gəlmək olar ki, ekosistemin dəyişməsinə tək 
insan  fəaliyyəti  yox,  həmçinin  orqanizmlərin  daxilində  gedən  proseslərdə 
böyük təsir göstərirlər. 
2.3. Ekosistemin strukturu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə