42
və məkan atmosferinin arasında olan rütubət mübadiləsinin
paylanmasına gətirib çıxarır.
Antropogen qarışıqların atmosferə bilavasitə
(birbaşa) təsirin mənbəyi sənayedir, istilik energetikasıdır, neft-
qazın yenidən işlənməsidir. (emalıdır) nəqliyyatdır və s.
Hər bir mənbələr yaxud istehsalat sahələri spesifik
qatışıqların tullantıları ilə xarakterizə edilir, sonuncuların
tərkibi on illərlə maddələrdən ibarətdir ki, onların aşkar
edilməsi və identifikasiyası çox çətin başa gəlir. Sənayenin
daha çox yayılmış tullatılarına aşağıdakılar aiddir. Kül sink
oksidi (turşusu), silikatlar, qurğuşun xloridi, kükürd dioksidi
və trioksidi, hidrogen sulfid, aldehidlər, karbohidratlar,
qatranlar, azot oksidi və dioksidi, ammiak ozon, karbon oksidi
və dioksidi, ftorhidrogen, xlorhidrogen, radioaktiv qazlar,
tozlar və aerozollar.
Hər il yanacağın yandırılması nəticəsində atmosferə
(təmizlənməni nəzərə almaqla) 20 mlrd. t-dan çox karbon
dioksidi və 700 mln t-dan çox buxar və qaza oxşar birləşmələr
atılır. Atmosferin karbon qazları ilə çirklənməsi misal üçün,
0,032% kükrd dioksidi ilə -0, 00003% ПДК təşkil edir (ildə
150 mln t daxil olunduqda), sənayecə inkişaf etmiş rayonlarda
bu göstəricilər daha yüksək ola bilər.
Hər il atmosferə 2 mlrd.t. toz daxil olur. Bunlardan
200...400mln.t. antropogen mənşəli tozlardır. Proqnozlara görə
2005 - ci il üçün bu tozların miqdarı 2 dəfə artacaqdır. Tozun
belə kütləsi birbaşa radiasiyanı buludsuz havada 6% aşağı sala
bilər, bu isə müvafiq olaraq ümumi radiasiyanı 1% aşağı salır.
Atmosfer havasına avtomobil nəqliyyatının daha çox neqativ
təsiri qeydə alınmışdır.
Kömür və mazut kimi yanacaq növləri kükürdə zəngin
olaraq, yandıqda havaya əsasən kükürd birləşmələri atılır (daxil
olur). Məsələn, elektroenerjialındıqda istifadə olunan kömürün
tərkibində kükürdün orta səviyyəsi 2,5% təşkil edir, buna görə
elektrostansiya odluqlarında 1 mln.t. kömür yandıqda 2,5 mln.t.
43
kükürd, əsasən qaz sulfidi (kükürd 4-oksidi) şəklində əmələ
gəlir.
Yanacaq kimi neft məhsullarından istifadə ətraf mühitin
yanacaq məhsulları ilə, kükürd birləşmələrini (SO
2
və SO
3
)
daxil etməklə, çirklənməsinə gətirib çıxarır.
Təkrar emal edildikdə, kerosin və benzin kimi
məhsullardan kükürd çıxarılır. Təbii qazın tərkibində neft və
kömürdən fərqli olaraq, kükürd praktiki olaraq yoxdur. Bu
mənada qaz ekoloji cəhətdən təmiz yanacaqdır. Yanacaq
yandırıldıqda əmələ gələn kükürd dioksidi tədricən hava
oksigeni tərəfindən oksidləşir, o da öz növbəsində kükürd
turşusunu əmələ gətirərək, su buxarı ilə reaksiyaya girir.
Havada olan su buxarı damalardan ibarətdir. Bu duman yüksək
korrodik xüsusiyyətə malikdir.
Kükürd dioksidi SO
2
bitkilərə zərərli təsir göstərir.
Yarpağın içinə daxil olaraq, o, toxumaların fəaliyyətinə təzyiq
göstərir ki, bu da yarpaqları qurudur. Dioksid və kükürdün
digər birləşmələri gözün selikli qişasını tənəffüs yollarını
qıcıqlandırır; uzunmüddətli SO
2
-nin az qatılığı olan təsiri
xroniki qastritlə, hepatopatiya, bronxit, laringit və s.
xəstliklərlə nəticələnir.
Atmosferdə SO
2
, SO
3
-dək oksidləşir, bu da metalların
izi, əsasən manqanın təsiri altında baş verir. Bundan başqa,
suda həll edilmiş qazabənzər SO
2
ozonla və ya hidrogen
peroksidi ilə oksidləşə bilər. Su ilə birləşərək SO
3
kükürd
turşusu əmələ gətirir ki, o da metallarla sulfat əmələ gətirir.
Kükürd dioksidi atmosferdə bir neçə saatdan bir neçə günədək
rütubətdən və atmosferin digər xüsusiyyətlərindən asılı olaraq
mövcuddur.
2.6. Atmosfer çirkləndiricilərinin ümumi xarakteristikası
Atmosfer təbii və antropogen mənbələrdən ayrılan
müəyyən komponentlərlə çirkləndirilir.
44
Təbii mənbələrə misal olaraq vulkan və kosmik mənşəli
tozlar, yer səthindən ayrılan tozları, dəniz duzlarının hissələri,
duman, meşə və səhralarda baş vermiş yanğınların tüstülərini,
vulakn mənşəli qazları, bitki, heyvanat aləmi və mikrobioloji
mənşəli maddələri göstərmək olar. Adətən, təbii mənbələrlə
atmosferin çirklənməsi fon səviyyəsi adlanır və zamandan asılı
olaraq az deyişir.
Antropogen mənbələr insanın həyat fəaliyyəti ilə
əlaqədardır
və
növlərinin,
mənbələrinin
çoxluğu
ilə
səciyyələnir. Məsələn, ağır və nadir metalların aerozolları,
sintetik birləşmələr, radioaktiv, konserogen, bakteroloji
maddələr və s. Sənayenin inkişafı ilə yanaşı belə mənbələrdən
ayrılan tullantılar artır. Xüsusi ilə sənaye istehsalının,
energetikanın və nəqliyyatın sürətlə inkişafı ilə əlaqədər olaraq
bu problem daha kəskin xarakter daşayır.
Ölkəmizdə atmosferin çirklənməsi əsasən aşağıdakı
sənaye sahələrini hesabına baş verir:
- istilik energetikası – 27%
- qara və əlvan metallurgiya – 24,3 və 10,5%
- neft və qaz çıxarılması və neft kimyası – 15,5%
- avtonəqliyyat – 13,5%
- tikinti materialları müəssisələri – 8,1%
- kimya sənayesi – 1,3%
Atmosferi ən çox çirkləndirən maddələr aşağıdakilərdir:
- karbon oksidi CO
- kükürd anhidridi SO
2
- azot oksidləri NO
x
(əsasən NO
2
)
- karbohidrogenlər C
n
H
m
- tozlar
Bunlardan
əlavə
əlektron
sənayəsində
zavodların
vensilyasiya tullantılarının tərkibində müxtəlif turşuları və
üzvü həlledicilərin buxarları olur (xlor, kükürd turşuları və
digər mineral turşular).
Dostları ilə paylaş: |