52
.Yalnız XVIII əsrin sonunda Avropa fizikləri əsərlərində
(P.Laplas, A.Lavueze və b) suyun yalnız iki elementin -
hidrogen və oksigenin birləşməsi olduğunu təsdiq edərək onun
digər maddələrə çevrilməsi haqqında çoxəsrlik nəzəriyyəyə son
qoydu . Bu, suyun tərkibi və xassələri haqqında müasir elmin
başlanğıcı oldu .
Su olduqca qiymətli sərvətdir. O , üzvi həyatı təşkil
edən maddələr mübadiləsi proseslərində çox mühüm rol
oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük
əhəmiyyəti vardır. Torpağın tərkibində də su vardır. Bütün
canlı orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil
olur. İnsan orqanizminin ümumi kütləsinin 2/3 -si, qanın 80 %
- i sudan təşkil olunmuşdur.Bir çox tərəvəz və meyvələrin
kütləsinin 90 – 95 % - i sudan ibarətdir. Su olmadıqda həyat da
dayanır, çatışmadıqda bitkinin məhsuldarlığı aşağı düşür. Bir
çox canlılar su mühitində yaşayır.
Su
təbiətdə
dövran
edərək
Yer
səthinin
formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi
maddələri dağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların
yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur.
Su ucuz elektrik enerjisinin mənbəyidir.Dənizlər və
çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur.
Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad
istehsal etmək üçün 120 m
3
, 1 ton kimyəvi lif istehsalında isə
2000m
3
su sərf edilir.
Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni
suvarılan 1 hektar topağa saniyədə orta hesabla bir l su gedir.
Bir ton buğda əldə etmək üçün 1500m
3
, 1 ton pambıq
becərmək üçün 10 000m
3
su tələb olunur .Vegetasiya dövründə
1 hektar qarğıdalı sahəsinə 3000 m
3
, 1 ha kələm sahəsinə 8000
m
3
, 1 ha çəltik sahəsinə isə 12000-20000 m
3
su sərf olunur.
Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün
ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif su mənbələri və
su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur.
53
Alman alimi Hansın fikrincə Planetimizdə içməli su
həyatın əsasını təşkil edir.
Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı
sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrüfatının
inkişafı üçün vasitədir. O, həm də mədəniyyətin həqiqi
göstəricisi, həyatsız yerə dirilik gətirən «canlı qandır».
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti
haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola bilməz. Su
da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır».
Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından
istifadə növü olduqca müxtəlifdir.Sudan ən çox kənd
təsərrüfatında istifadə olunur. Ədəbiyyat məlumatlarına görə
kənd təsərrüfatında hər il 3500-3600 km
3
su işlədilir, bunun 70
faizi suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə
olunan suyun miqdarı sənayedə olduğundan 3,4-4,0 dəfə
artıqdır.Hazırda dünyada 250 mln hektara yaxın kənd
təsərrüfatı bitkiləri və bağlar , plantasiyalar suvarılır. Hər
hektara təxminən 12-14 m
3
su verilərsə, suvarmaya 2800 –
3000 km
3
su sərf olunur. Dünyada suvarmaya sərf olunan
suyun miqdarı 9.1 saylı cədvəldə verilir. Cədvəldən göründüyü
kimi
suvarılan
torpaqların
sahəsi
ən
çox
Asiyada
yerləşir.Praktiki olaraq burada suvarma bütün ölkələrdə tətbiq
edilir.Suvarılan sahələrin əsas massivləri kontinentin cənub və
şərqində yerləşir , onun çox hissəsində çəltik becərilir.Bununla
belə Asiyanın bütün suvarılan torpaqlarının 2/3 – dən çoxu
yalnız üç ölkənin payına düşür (Çin , Hindistan və Pakistan )
və təxminən 1000km
3
su sərf olunur, bu dünyada
suqəbuledicilərdən suvarmaya işlədilən suyun yarısına qədərini
təşkil edir. Asiyanın bütün ölkələrində suvarmaya sərf olunan
suyun miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb keçir
və təxminən 82 % təşkil edir. Avropada bütövlükdə bu rəqəm
30 – u keçir.
Cədvəldən göründüyü kimi suvarma üçün şirin su
ehtiyatlarının xeyli hissəsindən istifadə olunur və onun 3/4 - ü
54
geri qaytarılmır. Tarlalardan drenaj şəbəkəsilə qayıdan sular
tarlalarda alaqlara və zərərverici həşəratlara qarşı işlədilən
müxtəlif maddələrlə (pestisidlər) və mineral gübrələrlə güclü
çirklənməyə məruz qalır.
Suyun
kommunal
-
məişətdə
istifadəsi.
Su
ehtiyatlarının sərfinin bu növündə şəhər və kənd əhalisinin
sudan istifadəsi nəzərdə tutular. Bu zaman suyun keyfiyyətinə
xüsusi tələbat sürülür. Hazırda əhali tərəfindən istifadə olunan
suyun ümumi həcmi ildə 250 km
3
- u keçmişdir. Lakin Yer
kürəsi əhalisinin 4 % - i sudan kifayət qədər, yəni adambaşına
sutkadakı 300 – 400 litr ( onda 10 % - i yaxşı keyfiyyətli içməli
sudur ) su işlədilir, Afrikada və Asiyada yerləşən əhalinin 2/3 –
i üçün sudan istifadə 10 dəfə azdır.
Beynəlxalq Rio – de – Janeyro (1920) konfransının
məlumatına əsasən inkişaf etməkdə olan ölkələrdə hər üç
nəfərdən biri içməli suyun çatışmazlığından əziyyət çəkir.
Xəstəliklərin 80 % - i, ölüm hadisələrinin 1/3 – i içməli sudan
istifadə ilə bağlıdır. Odur ki, səmərəli istifadə edilməsi
hesabına Planetin bütün əhalisinin yaxşı keyfiyyətli içməli su
ilə təmin olunması mühüm problem kimi qarşıda durur.
Səciyyəvi bir misal: Amerika ekspertlərinin məlumatlarına
görə ABŞ – da su kəmərindən sızaraq itən suyun miqdarı
sutkada adambaşına 120 litr təşkil edir, bu miqdar su Hindistan
və Çində adambaşına orta sutqalıq istifadə olunan suyun
miqdarına uyğun gəlir.
Suyun sənayedə və energetikada istifadəsi. Bu
məqsədlə sudan iş prosesində qızmış aqreqat , mexanizm ,
alətlər və s. – nin soyudulması , istehsal tullantılarının
kənarlaşdırılması, maşın detal və hissələrinin yuyulmasında
istifadə edilir. Sənayedə sudan həlledici kimi də istifadə olunur,
hazır məhsulun tərkibinə daxil olur. Bu sudan istifadə növündə
qayıtmayan suyun miqdarı az olur. Burada çirkab sularının çox
olması problem yaradır. Hazırda sənaye və energetikada 760
km3 su sərf olunur, bu yalnız suvarma suyuna nisbətən azlıq
Dostları ilə paylaş: |