60
Øÿêil 9.1. Ñóéóí äþâðàíû
Qlobal su dövranının ən böyük hissəsi okean su dövranı hesab
olunur. Qurudan buxarlanan su yenidən okeana düşür.O,
dəfələrlə quruya qayıdır və yenidən buxarlanır. Beləliklə,
Okeandan uzaqlarda Yerin səthi rütubətlənir və materiklər
daxili su mübadiləsi gedir.
İl ərzində dünya su dövranında hidrosferin ümumi
kütləsinin 0,025% - i iştirak edir.Suyun tam təzələnməsi
(dəyişməsi) hidrosferin müxtəlif hissələrində müxtəlif vaxt
ərzində baş verir.Belə ki, yeraltı suların təzələnməsi üçün yüz
min , hətta milyon illər (süyun yerləşmə dərinliyindən və su
dövranının
intensivliyindən
asılı
olaraq),
buzlaqların
təzələnməsi üçün isə 8 min il tələb olunur.Okeanın təzələnməsi
orta hesabla 3 min il,axar göllər - 10 illər , axmaz göllər – 200
– 300 il , torpaq suyu – orta hesabla 1 ilə , çaylardakı su - il
ərzində 30 dəfə ( hər 12 sutkadan bir ) , atmosferdə su ildə 10
dəfə ( hər 9 sutkadan bir ) dəyişilir ( təzələnir ).
Suyun qarışması prosesi, eyni zamanda , istiliyin bir
yerdə buxarlanmaya , digər yerdə isə kondensasiyaya sərf
61
olunmasıilə paylanması prosesidir. İl ərzində bu prosesdə Yer
səthinin aldığı Günəş istiliyinin dörddə birinin çoxu iştirak
edir.Qlobal dövranın əhəmiyyəti olduqca böyükdür.İstiliyin və
rütubətliyin yerini dəyişərək, bütün yer örtüyünü əlaqələndirir
və Yerin təbii örtüyünün vəhdətliyini (bütövlüyünü) və
planetimizdə həyatı qoruyub saxlamaqda xüsusi rol oynayır.
Yerin hidrosferinin , həmçinin onun istənilən hissəsinin
vəziyyəti su balansı ilə səciyyələnir.Yerin hidroloji vəziyyəti
dünyada suyun ümumi həcminin dəyişməsilə deyil, suyun
məkanca paylanması , xüsusilə okeanlarda və buzlaqlardakı su
ehtiyatının nisbətinin dəyişməsilə bağlıdır.Yerdə buzlaqların
geniş inkişafı zamanı hidrosferin suyu ən çox buzlaqlarda
(cəmlənir) toplanır və Dünya okeanının səviyyəsi aşağı düşür.
Əksinə , okeanın səviyyəsinin yüksək olması buzlaq örtüyünün
nisbətən az həcmli olmasına uyğun gəlir.Belə bir nisbətin
təzahürü hazırda da müşahidə olunur.Bu haqda iqlimin
dəyişməsinin nəticələrindən bəhs edərkən danışılmışdır.
Qlobal su balansının komponentlərinin bir illik ölçüləri
9.5 saylı cədvəldə verilir, cədvəldən göründüyü kimi
planetimizdə buxarlanan suyun cəmi 577 min km
3
təşkil edir.
Şübhəsiz onun əksəriyyət hissəsi okeanların payına düşür.
Qeyd edək ki, ildə 30 min km
2
yaxın bitkilərin
transpirasiyasına sərf olunur, bu quru səthində buxarlanmanın
cəminin 42 % - ni təşkil edir.
Cədvəl 9.5
Qlobal su balansının bir illik ölçüləri
62
Dünyanın su balansı komponentlərinə insan faliyyətinin
təsiri hələ dəqiq təyin olunmayıb. Lakin iqlimin sirkuliyasiyası
qlobal modeli göstərir ki, iqlimin antropogen dəyişilməsi
qlobal hidroloji sikldə su mübadiləsinin intensivliyini artıracaq.
Ayrı – ayrı regionlarda iqlimin dəyişməsinin hidroloji gedişi
(vəziyyəti) daha böyük miqyasda dəyişəcək.
Təbiətdə su, bir çox qarşılıqlı əlaqələrin, o cümlədən
digər geosferlərin mərkəzində dayanır.Cəmiyyətdə bir sıra
iqtisadi, ictimai və siyasi problemlərin böhranlı faktoru
sayılır.Ekoloji baxımdan, ümumi şəkildə demək olar ki,
qurunun suyu ekosferdə üç əsas mühüm funksiyası daşıyır:
1. Maddələrin qlobal tsiklində iştirakçı, çox vaxt aparıcı
və birləşdirici iştirakçı;
2. Ekosistemlərin , xüsusilə çay və göllərin indiqatoru;
3. Ən geniş istifadə edilən təbii sərvət.
Çox hallarda su əsas qlobal ekoloji problemlərin hakim
faktoru sayılır. Su karbon qazı, azot, kükürd, fosfor və b.
elementləri qlobal biokimyəvi tsikllərin və böyük geoloji
tsiklin ekzogen hissəsinin (eroziyasedimentasiya tsiklinin)
mühüm faktorudur. Qlobal hidroloji tsikl ekosferin əsas
həyattəminedici mexanizmidir.
Bir sıra gərgin ekoloji problemlər su problemlərilə
əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı sistemlərin
vəziyyətinin pisləşməsi, ya su rejiminin dəyişməsi nəticəsində
(çox vaxt insanın fəaliyyəti nəticəsində) baş verir, və ya əksinə,
sistemin
antropogen
dəyişməsi
torpağın
susaxlama
qabiliyyətinin, bitki tərəfindən suyun tutulub saxlanmasının,
torpağın susızdırma qabiliyyətinin və ona uyğun hidroloji
rejimin dəyişməsinə səbəb olur.
Su hövzədə gedən prosesləri birləşdirmək xüsusiyyətilə
fərqlənir.Bütövlüklə, demək olar ki, su təbiətdə bir çox
qarşılıqlı əlaqələrin mərkəzində duraraq bənzər landşaftlarda ,
insanın bədənində qanın oynadığı rola uyğun rol oynayır.Qanın
analizi xəstənin vəziyyətini göstərirsə, təbii suların kimyəvi və
63
fiziki xüsusiyyətləri hövzədə gedən bir çox proseslərin
obyektiv indiqatoru hesab olunur.
Zonal
təbii
proseslər
hidroloji
rejimin
əsas
göstəricilərində əks olunur.Məsələn , rütubətli tropik meşə
zonasında çaylar çox sulu olub axımın qalınlığı təxminən
1200mm təşkil edir, yeraltı axımın payı yüksək (50 % - ə
yaxın), suyun temperaturu da daim yüksək (25-270 C) olur. Bu
zonanın təbii suları ultra – şirin olub tərkibində həllolan
maddələrin miqdarı 100mq/l – dən az , hətta bəzi hallarda
10mq/l təşkil edir, hidrokarbonatlı – silisli sinfə daxildir, asılı
gətirmələr çox az qatılıqlı olub 50q/l – dən az təşkil edir.
Bozqır zonada axımın qalınlığı az olub il ərzində 50
mm təşkil edir.Mövsüm ərzində çox dəyişgən olur.Axım
əsasən ( 80 % ) sutoplayıcı hövzənin səthi ilə axan sularla
formalaşır.Suları şirindir , lakin tərkibində çoxlu duzlar
(1000mq/l – ə qədər ) olur , hidrokarbonatlı – kalsiumlu,
bulanıqlıq dərəcəsi yüksək olub 500mq/l –ə qədər təşkil edir.
Su ehtiyatları
Su ən geniş istifadə olunan təbii ehtiyat hesab olunur.
Dünyanın bütün mənbələrindən bir ildə götürülən suyun
miqdarı 4000 km
3
təşkil edir. Ən çox istifadə edilən neft və daş
kömür kimi təbii ehtiyatlardan istifadə olunması təxminən 3-4
dəfə azdır.
Dünyanın bərpa olunan su ehtiyatlarından quru səthinə
düşən yağıntıların ümumi cəmi təxminən ildə 120000 km
3
təşkil edir. Əgər bu suyun 10 % - i təsərrüfatda işlədilərək
qaytarılmazsa bu ekoloji təhlükə deməkdir. Dünyanın digər
real bərpa olunan ehtiyatı sayılan çay axınları təxminən ildə 40
000 km
3
təşkil edir, onun 12 000 m
3
həcmindən asan istifadə
etmək olur.
İçməli su ilə təmin olunma ayrı – ayrı ölkələr də kəsgin
fərqlənir: Qabonda adambaşına 328000m
3
su düşür, fars
körfəzi ölkələrində isə praktiki olaraq su ilə təmin olunma sıfra
bərabərdir.adambaşına 500m3 su və ondan aşağı olduqda aşağı
Dostları ilə paylaş: |