68
təsərrüfatı istehsalatı sahəsində isə onların yerüstü və yeraltı su
mənbələrinə təsirinin qiymətləndirilməsi xidmət edir.
Respublikada ərazinin eroziya və torpaqların suvarılması
ilə əlaqədar olaraq bir sıra ekoloji problemlər meydana çıxır ki,
onların inkişafı nəinki torpaqların qorunmasında və su
ehtiyatlarından səmərəli istifadə edilməsində, hətta ətraf mühit
üçün də təhlükə törədir.
Torpağın fiziki-kimyəvi xassələrinin, su, duz, hava və s.
rejimlərinin yaxşılaşması üçün meliorasiya tədbirlərinin
aparılması, eroziyadan qorunması və digər tədbirlərin hamısı
onun münbitliyinin artması və mühafizəsinə xidmət etməlidir.
Ölkəmizdə ekoloji şəraitdən doğan narahatçılıq, ekoloji
mühiti sağlamlaşdırmaq meyllərinin güclənməsi, bir sıra
problemlərin həlli ilə yanaşı qiymətli sərvət olan yeraltı su
ehtiyatının qorunub mühafizə edilməsi, onları hidroqrafik,
hidrokimyəvi, hidrobiolojivə genetik cəhətdən elmi əsaslarla
mükəmməl öyrənib keyfiyyət və kəmiyyət dəyişmələrini
törədən səbəbləri vaxtında aşkar edib qarşısının alınması kimi
təxirəsalınmaz məsələlərin ön plana çəkilməsini tələb edir.
Keçən əsrdə Azərbaycanda ekoloji problemlərə zaman və
məkan baxımından yanaşılmasında yol verilmiş ciddi
nöqsanlar, su mənbələrimizin ekoloji xüsusiyyətlərinin sırf
istehsalat məsələləri həll edən müvafiq nazirlik və idarələr
tərəfindən
unudulması
su
ehtiyatlarının
azalmasına,
çirklənməsinə, artezian və subartezian quyuların qurumasına
gətirib çıxarmışdır.
Yerüstü su mənbələrində yaranmış ekoloji gərginlik
bizdən yeraltı sulardan daha səmərəli istifadə etməyi tələb edir.
Azərbaycan Geologiya Birliyinin Geoloji Ekspedisiyası
respublikamızda içməli yeraltı suların 50 illik ehtiyatı
olduğunu müəyyənləşdirmişdir. Yaxın gələcəkdə Böyük
Qafqazın Samur-Qusar, Oğuz-Qəbələ zonalarında, Kiçik
Qafqazda Tərtərçay hövzəsində istismar əhəmiyyətli böyük
yeraltı
su ehtiyatlarından Bakı
və digər
iri şəhər,
69
qəsəbələrimizin su təchizatında istifadə olunmaqla əhalinin
fasiləsiz su ilə təmin etmək problemini qismən həll etmiş
olardı.
Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində Quba-
Xaçmaz ərazisinin yeraltı suları çox yüksək keyfiyyətli su kimi
qiymətləndirilmişdir.
XIX əsrin sonlarında Bakı şəhərinin su təchizatının
yaradılması ilə bağlı şəhər dumasına müxtəlif layihələr təklif
edilmişdir. Ancaq 1908-ci ildə duma mühəndis V.Lindleyn
apardığı geodezi-hidrogeoloji axtarış işlərinin nəticələri
əsasında tərtib etdiyi Şollar məntəqəsindəki yeraltı təzyiqli su
hövzəsindən su ilə təmin olunacaq Balı-Şollar su kəmərinin
layihəsini təsdiq etmişdir. Layihə 1909-cu ildə Tiflis şəhərində
keçirilən IX su təchizatı qurultayında təkrarən müzakirə
olunaraq tədiq edilmiş, 1911-ci ildən isə tikinti işlərinə
başlanmışdır.
Beləliklə, I Bakı Su Kəməri xətti 1917-ci ildə qismən,
1935-ci ildə isə tam istismara verilmişdir. Su təchizatı xətti
Xudat dəmiryolu stansiyasından qərbdə yerləşən Şollar kəndi
ərazisindən başlanğıcını götürərək sutkada 108 min m
3
su nəql
edir. Suyun codluğu, orta hesabla 5 mq.ekv/l, tərkibində
xloridin miqdarı 8-11,5 mq/l, sulfatın miqdarı 50,2-85,5 mq/l,
quru qalıq isə 300-427 mq/l təşkil etmiş, onda amminiak, nitrit
və nitrat ionları tapılmamışdır. Ftorun miqdarı 0,08-0,27
mq/l-dən artıq olmamışdır. Fiziki göstəricilərinə görə su şəffaf,
iysiz, sabit temperaturludur (orta hesabla 15C).
1942-ci ildə istismara verilmiş II Bakı Su Kəməri yeraltı
təzyiqli Şollar-Xaçmaz su hövzəsindən qidalanır. Bura
qərbdən-şərqə Xəzər dənizinə istiqamətlənmiş az meyilli, sakit
relyefli
ərazidən
ibarətdir.
Ərazidə
su
kəmərinin
qidalanmasında mühüm rol oynayan 250-dən çox bulaq vardır.
Respublikanın Səhiyyə Nazirliyinin Sanitar-Gigiyenik
Mərkəzinin və MEA Geologiya İnstitutunun son tədqiqatlarına
görə,
hazırda
bu
sular
keyfiyyət
baxımından
ciddi
70
dəyişikliklərə uğramamış onların kimyəvi tərkibi, minerallığı
və şəffaflığı içməli sular üçün müəyyən edilmiş normalara tam
cavab verir.
Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının
Quba-Xaçmaz zonasının yeraltı su ehtiyatlarının keyfiyyət
göstəricilərini, onun dəyişməsinə təsir edən amilləri araşdırmaq
və qorunub saxlanılması üçün görüləcək mühafizə tədbirlərini
düzgün qiymətləndirilməsinə şərh veriləcək.
Bölgələrdə artezian sularının minerallığı 290-700 mq/l
arasında dəyişir. Bununla belə sulfatlar 112 mq/l-dən çox deyil,
xloridlərin miqdarı isə 130 mq/l-ə çatır. Suyun ümumi codluğu
7 mq.ekv/l-dən artıq deyil. Suyun tərkibindəki mis (0,005-
0,07 mq/l), sink (0,001-0,035 mq/l), nitrit (0,16-1 mq/l) qəbul
olunmuş normadan aşağıdır. Sanitar-bakterioloji göstəricilər də
kafi qiymətləndirilir (kolit 100-300; mikrob 600).
Quba-Xaçmaz
zonasının
bulaq
suları
keyfiyyət
baxımından bir-birindən çox fərqlidir. Məsələn, Quba
rayonunda onların minerallığı 600 mq/l-dən çox olmadığı
halda, Xaçmazda 850 mq/l-ə çatır. Qusar və Şabran (Dəvəçi)
rayonlarının
bəzi
bulaqlarında
isə
suyun
minerallığı
1000 mq/l-dən artıqdır. Bölgədəki bulaq sularındakı
sulfatların, xloridlərin və ümumi codluğun göstəriciləri az
fərqlənirlər. Tərkibində ən az sulfat miqdarı olan Quba
(115 mq/l) və Xaçmaz (160 mq/l) rayonlarının bulaq sularıdır.
Qusar rayonundakı bulaq sularında olan sulfatın miqdarı
260 mq/l, Şabranda isə 280 mq/l-ə bərabərdir. Sularda
xloridlərin maksimal miqdarı Quba rayonunda 160 mq/l,
Şabranda 166, Xaçmazda isə 120 mq/l çatır. Qusar rayonunun
sularında isə xlor-ionun maksimum miqdarı 184 mq/l-ə
bərabərdir.
Bu ərazidə yeraltı suların ümumi codluq həddi 3,5-
13,5 mq.ekv/l təşkil edir. Quba-Xaçmaz rayonunda quyu suları
keyfiyyətcə buranın bulaq və artezian sularından fərqlənir.
Məsələn, burada ümumi minerallıq o biri yeraltı sularla
Dostları ilə paylaş: |