74
Sənaye çirkab suları su ehtiyatlarının əsas çirklənmə
mənbəyidir. Sənayenin sürətlə inkişaf etməsi çirkli suların
həcmini çoxaldar və bu da öz növbəsində su mənbələrinə atılır.
Sənaye müəssisələrindən selüloz-kağız sənayesini, kimya,
koks-kimya, meşə kimyası, metallurgiya, maşınqayırma,
elektrokimya, neft və qaz sənayesi müəssisələrini göstərmək
olar. Bundan başqa neft daşıyan tankerlərin qəzaya uğraması,
kommunal məişət çirkab sularını, kənd təsərrüfatında istifadə
olunan gübrələr, radioaktiv tullantılarda su ehtiyatlarının
çirklənməsinə əsas mənbələrdir.
Qeyd olunan çirklənmə mənbələri su ehtiyatları fiziki,
kimyəvi və digər xassələrinə pis mənada çox böyük təsir
göstərir.
Təbii su ehtiyatların çirklənmə mənbələrindən biri də
atmosferadır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən
olunmuşdur ki, elmi-tərəqqinin inkişafı nəticəsində ildə 600
milyon tona qədər kükürd və karbon oksidi, toz, kül, azot
oksidi və 300 min tona qədər qurğuşun buraxılır. Atmosferə
buraxılan maddələr havanın hərəkəti ilə quruya, su ehtiyatların
səthinə endirilir və onu çirkləndirir. Bu maddələr zərərli
olduğundan quru və suda olan flora və faunaya ciddi zərər
vurur.
Sənaye müəssisələrinin istilik, AES-lərin, avtonəqliyyatın
fəaliyyət göstərdiyi zaman bütün ekosistem üçün təhlükəli
maddələr ayrılır. Atmosfer havası həm yerli (lokal) mənbələr
və həm də transsərhəd daşınmalar hesabına çirklənir. Atmosfer
havası tərkibinin aynası atmosfer çöküntülərinin kimyəvi
tərkibidir. Çünki atmosferə qarışan bütün komponentlər
atmosfer çöküntüləri vasitəsilə yuyularaq torpaq və səth
sularına daxil olurlar.
Atmosfer havasına daxil olan zərərli qarışıqlardan kükürd
qazı, azot oksidləri, karbon oksidləri, freonlar, metan,
ekosistemə təhlükə törədən bir sıra qlobal problemlərin
meydana çıxmasına səbəb olurlar. Göstərilən (qlobal)
75
komponentlər ilə atmosferin qlobal çirklənməsi qlobal iqlim
dəyişmələrinə,
stratosfer
ozonunun
parçalanmasına
və
yağışların turşuluq xassəsi kəsb etməsinə gətirib çıxarırlar.
Müasir dövrün və yaxın gələcəyin ən kəskin qlobal
problemlərindən
biri
atmosfer
çöküntülərinin,
torpaq
örtüyünün, yerüstü və qrunt sularının getdikcə artan
turşulaşması problemidir.
İnsanın təsərrüfat, xüsusən də onun müasir sənayenin gur
inkişafı dövründən sonrakı fəaliyyəti kükürd, azot və karbon
oksidlərinin külli miqdarda amissiyası ilə müşayiət olunur.
Atmosferə daxil olaraq, bu oksidlər xeyli uzaq məsafələrə
aparılır, su ilə qarşılıqlı təsirdə olur və sulfid, sulfat, nitrit,
nitrat, karbon turşularının qarışıq məhsullarına çevrilir, “turş
yağışlar” şəklində quruya tökülür, bitki və sularla qarşılıqlı
təsirə girirlər.
Atmosferdə bu birləşmələrin əsas mənbələri sənayedə,
şəhər təsərrüfatında, nəqliyyatda, kənd təsərrüfatında, məişətdə
daş kömürün, neftin, qazın yandırılmasıdır. Əlbəttə, tamamilə
təbii mənşəli, lakin turş xassə daşıyan atmosfer çöküntüləri də
mövcuddur. Məsələn, alimlərin hesablamalarına görə, turş
xassə daşıyan atmosfer yağıntılarının əmələ gəlməsinə gətirib
çıxaran qazların təbii emissiyası ildə 270-290 mln ton təşkil
edir. Belə xassəli yağıntılar torpaqların üzvi turşuları ilə
birlikdə meşə və meşə sonrakı torpaqların təbii turşuluğunun
inkişafında mühüm rol oynayırlar. Lakin insanın təsərrüfat
fəaliyyəti kükürd, azot oksidlərinin, hidrogen sulfidinin
atmosferə daxil olmasını, demək olar ki, iki dəfədən çox,
karbon qazının isə atmosferə atılmasını ölçüyə-gəlməz
dərəcədə artırdı. Atmosferə daxil olan karbon qazının miqdarı
ildə təxminən 20-25 mlrd tona çatır. Təbii ki, bu atmosfer
çöküntülərinin turşuluğunun yüksəlməsində özünün göstərir.
Təbii turşu əmələ gətirən maddələrin tipik nümayəndəsi
kimi karbon dioksidi göstərmək olar. Onun suda həll olması
belə bir reaksiya tənliyi ilə ifadə olunur:
76
O
H
CO
O
H
CO
2
2
2
2
Bu, tarazlıq halında olan dönər reaksiyadır. Belə tarazlıq
halında olan sulu məhlulda 20C temperaturda hidrogen
ionlarının qatılığı 2,5∙10
-6
mol/L, pH isə 5,6-ya bərabər olur:
6
,
5
398
,
0
6
10
lg
5
,
2
lg
10
5
,
2
lg
lg
6
6
H
pH
Atmosfer çirklənmədiyi halda, atmosfer yağıntılarında
pH göstəricisi 5,6 olur. Odur ki, karbon qazının əmələ gətirdiyi
birləşmələr turşulu yağışların əmələ gəlməsində o qədər də rol
oynamırlar.
Turş xassəli atmosfer çöküntüləri yer səthinə düşən
zaman bitkilərlə, göllərin, çayların yerüstü sularıyla, həmçinin
torpaqlarla mürəkkəb qarşılıqlı təsirdə olurlar. Bu qarşılıqlı
təsir reaksiyaları ildən-ilə təkrarlanaraq qurunun və suların
ekoloji sistemlərində əlverişsiz dəyişikliklərə gətirib çıxarırlar.
Turş xassəli atmosfer çöküntülərinə “turşulu çöküntülər”,
“turşulu yağıntılar” deyirlər.
Mühitə sərbəst hidrogen ionları verən yağışları turşulu
yağışlar adlandırırlar. Bu və ya başqa mühitin (adətən sulu
məhlullar nəzərdə tutulur) turşuluğu sərbəst hidrogen ionlarının
(H
+
) mövcudluğu ilə şərtlənir. Sərbəst hidrogen ionlarının təsiri
özünü yalnız səth örtükləri-bitki, torpaq, səth suları,
konstruksiya materialları və s. ilə bilavasitə təmasda biruzə
verir.
Turşulu yağışların əmələ gəlməsində ən çox rol oynayan
kimyəvi birləşmələr antropogen mənşəli kükürd qazı və azot
dioksididir.
Kükürd və azot birləşmələrinin bulud və yağış damcıları
ilə atmosferdən yuyulması əvvəlcə onların hissəcik və
yaxud da molekulların damcıya düşməsi vasitəsilə baş verir.
Bu isə diffuziyaforez, broun diffuziyası, toqquşma və zəbtetmə,
Dostları ilə paylaş: |