98
FƏSİL 4.
LİTOSFERƏ ANTROPOGEN TƏSİR.
4.1. İnsanın Yer qabığına təsiri
Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi
(mərkəzi), mantiyası və Yerin qabığından ibarətdir. Daxili
nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%, kütləsinin
1,2%-ni təşkil edir. Onun bərk cisim olub ərimə vəziyyətinə
yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900-
5000 km dərinlikdə yerləşib bütün Yerin həcminin 15,2%,
kütləsinin 29,8%-ni tutur. Onun ərimiş-maye halında olması
güman edilir, Yer nüvəsinin temperaturu 50000-yə, sıxlığı 12,5
t/m3-a yaxındır.
Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı
təbəqədir, onun aşağı sərhədi təxminən 2900 km dərinlikdə
yerləşir, qalınlığı 2 min km-ə yaxındır, əsasən maqnezium və
dəmir, ağır metallardan ibarətdir. Yuxarı mantiyanı 60-250 km
dərinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km
dərinlikdə temperaturu 1500
0
, 2900 km dərinlikdə təzyiq
1,35milyon kq/sm
2
bərabərdir.
Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən
atmosfer və hidrosferlə, altdan seysmik məlumatlarla
müəyyənləşdirilmiş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç
səthi ilə) hüdudlanır. Yer qabığı materiklərdə və okeanların
altında müxtəlifdir. Materikdə yer qabığının qalınlığı adətən
35-45 km, dağlıq ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer
qabığının qalınlığı 5-10 km-dir (su qatı ilə birlikdə 9-12 km).
Yer qabığının orta sıxlığı 2,8 q/sm3-dir, onun kütləsi Yerin
bütün kütləsinin 0,8%-ni təşkil edir.
Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə,
qranit və bazalt qatları. (Şəkil 4.1.) Yuxarı qatda gillər, gil
şistləri, qumlucalar, karbonatlı və vulkanik suxurlar üstünlük
təşkil edir. Çökmə qatının qalınlığı çökəkliklərdə 20-25 km,
99
kristallik şistlərdə (qalxanlarda) isə praktiki olaraq sıfıra qədər
ola bilər. Yer qabığının orta qatı öz xassələrinə görə qranitə
Şəkil 4.1. Litosferin quruluş sxemi (Korobkin, Peredelski, 2001)
yaxındır (qranitlər, qneyslər, qranodioritlər, dioritlər, kristallik
şistlər, amfibolitlər). Bu qat okeanlarda olmur, kontinentlərdə
isə onun qalınlığı bir neçə on kilometrlərə çatır. Bazalt qatı
kristallik süxurlardan təşkil olunub qranit qatına nisbətən sıx
(bərk) olur. Okeanın altında onun qalınlığı 2-7 km,
kontinentlərin altında isə 15-40 km-ə çatır.
Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas
2 qabıq tipi ayrılır: kontinental və okean. Kontinental qabığın
tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km, sıxlığı 2,5 q/sm3
olan çökmə süxurlar yerləşir. Daha dərində orta dərinliyi 17
km, sıxlığı 2,6-2,8 q/sm3 olan qranit – metamorfik qatı
yerləşir, onun altında isə orta dərinliyi 15 km və sıxlığı 2,9-3,3
q/sm3 olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində
yumşaq çöküntülərin orta qalınlığı 0,7 km təşkil edir, bu qat
bilavasitə bazaltın üstündə yerləşir.
100
Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi
litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyət mənbəyi
litosferdə, əsasən yuxarı 30 km-də yerləşir.
Litosferin ən üst qatları digər geosferlərlə birlikdə və
qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində litosferin
üst qatında suyun, havanın və canlıların birgə məhsulu olan
aşınma qabığı yaranır. Aşınma qabığında torpaq inkişaf edir.
Aşınma qabığının qalınlığı və quruluşu bütövlüklə coğrafi
zonallıq qanununa tabedir. Nival və arid qurşaqlarda aşınma
qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən
sadə olur. Lakin ekvator qurşağında aşınma qabığı çox
mürəkkəb quruluşlu, inkişaf tarixi uzun müddətli, qalınlığı isə
60 m-i keçə bilər.
Litosferin üst horizontları adətən bilavasitə atmosfer və
hidrosferlə əlaqədə olur. Quruda litosfer torpaqla (pedosfer),
bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer)
örtülü olur. Yalnız səhrada litosfer bilavasitə (aşınma qabığı
ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma
qabığı ilə atmosfer və litosfer arasında aktiv qaz mübadiləsi
gedir. Litosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha
yüksək dərəcədə gedir, belə ki, yeraltı sular həm hidrosferin,
həm də litosferin bir hissəsidir.
Beləliklə, litosferin ən üst horizontları digər sferlərlə
aktiv surətdə qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə yer
səthində maksimum intensivliyə çatır, ondan yuxarı və aşağıda
isə azalır. Bu əlaqə insanın rolu artdıqca daha da güclənir.
Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişdir.
Arxeoloq və tarixçilərə məlumdur ki, hələ neolit dövründə
əcdadlarımız faydalı mineralları, dağ süxurlarını, külçələri yer
səthindən
yığmaqla kifayətlənməmiş, onları
yerin alt
qatlarından da çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində
yerin alt qatlarında silisium, mis, dəmir filizi və duz
çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı
yollar aşkar edilmişdir. İnsan nəsillərinin bütün bu fəaliyyətləri
Dostları ilə paylaş: |