101
yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən
sonra insanın yer qabığına təsiri qlobal miqyas almışdır.
Hazırda bəşəriyyət yerin dərinliklərindən səthinə 10
milyon kubmetrlərlə dağ süxurları çıxarır. İnsan Yer qabığının
həyatına aktiv qarışır, onun fəaliyyəti qlobal geoloji faktora
çevrilir. Yerin səthinə və təkinə ən çox dağ –mədən sənayesi,
xüsusən faydalı qazıntıların açıq üsulla çıxarılması təsir
göstərir.
Bu zaman yerin səthinin yatması müşahidə olunur,
çoxlu təsərrüfat sahələri sıradan çıxır, ətraf mühit müxtəlif
toksikantlarla çirklənir. Texnogen relyef formaları – çalalar,
çuxurlar, oyuqlar, təpələr, karxanalar, töküntülər, terrigenlər və
s. əmələ gəlir.
İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin
çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir. Orta Çeşirdə
yerin
altından
duzun
çıxarılmasına
eramızdan
əvvəl
başlanmışdır, XVII əsrin sonundan isə 70-110 m dərinlikdən
yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan
ərazidə səthin ilk dəfə çökməsi (batması) 1880, sonralar isə
1893 və 1912-ci ildə baş verdi. Bunun nəticəsində diametri 3
km-ə yaxın ərazidə yer deformasiyaya uğradı, oranı su basaraq
istifadə üçün yararsız hala düşdü. Burada torpağın üstündəki su
boruları parçalandı, kanallar və dəmiryolu kommunikasiyası
dağıldı, evlər zədələndi.
Uzun illər Parisdə evlər və kilsələrin tikilməsi üçün
şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII əsrin sonunda
şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı
şübhəsiz Paris şəhəri «batıb» dağılmışdı.
İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı
anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar və s.)
litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-tək
xüsusi dərin karxanalar, şaxtalar və quyular da mövcuddur.
Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da
Yuta ştatında Binqem Kenyondadır. Karxananın dərinliyi
102
774m, sahəsi 7,2 km2, karxanadan çıxarılan qruntun kütləsi 3,4
mlrd. ton təşkil edir. Rusiyada Uralda Korkin kəsiyində
karxananın dərinliyi 520 metrdir.
Ayrı-ayrı şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq
quyularının dərinliyi də bir neçə min metrə çatır, dünyada ən
dərin quyu (15km) Kola yarımadasında layihələşdirilmişdir.
Daş kömür, dəmir və digər metalların külçələri, tikinti
materialları və digər faydalı qazıntıların karxanaları bütün
kontinentlərdə yayılmışdır. Bütün dünyada litosferin üst
qatından il ərzində 1 000 milyard tondan çox mineral xammal
çıxarılır və emal olunur. Ağır sənayenin 90% -ə qədərini təmin
edən 400 növə yaxın faydalı qazıntılar çıxarılır.
Litosferdən çıxarılan materialların 98%-ə qədəri
yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə,
litosferin üst qatında materialların həddindən çox antropogen
qarışdırılması aparılır. Bu isə həm bütövlüklə ekosferə, həm də
onun ayrı-ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı
qazıntıların çıxarılması həmçinin Yer qabığının geokimyəvi
tərkibini dəyişdirir.
Yer səthinin antropogen dəyişilməsi həmçinin iri
hidrotexniki qurğuların tikilməsilə əlaqədardır, 1988-ci ilə
qədər bütün dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq
bəndlər tikilmişdir.
Bəndlərin
çəkisinin
təsiri,
həmçinin
süxurların
yuyulması prosesində bəndin bünövrəsinin çökməsi və çatların
əmələ gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-
in bəndinin bünövrəsində 20 m uzunluğunda çat qeydə alındı.
Bratski, Ust-İlimski SES-nın bəndlərinin bünövrəsinin yatması
(çökməsi) ildə 10 mm –dən çox təşkil edir. Kama su anbarının
(sahəsi 1915 km2, suyun həcmi 12,2 km3) suyu böyük güclə
yer qabığına təsir göstərdiyi üçün Perm vilayətinin çox
hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur.
103
Alimlər tərəfindən aşkar edilmişdir ki, su anbarında
suyun səviyyəsi 100 m-dən artıq olduqda zəlzələnin aktivliyi
artır.
Yer qabığının yatması bir çox iri şəhərlərin altında da
baş verir. Binaların və qurğuların altında qrunt bərkiyir və səthi
çökür. Müasir şəhərlərdə tikinti yükü o qədər böyükdür ki,
ayrı-ayrı binalar altında baş verən çökmələr bir-birilə birləşir.
Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil
edir. Yaponiyanın Tokio və Osaka şəhərləri son illərdə yeraltı
suların nasosla çəkilməsi və yumşaq süxurların sıxılması
nəticəsində 4 mm çökmüşdür.
Deməli,
insanın
təsərrüfat
fəaliyyəti
təbii
relyefəmələgəlmə və digər geoekoloji proseslərin gedişini
kökündən dəyişdirir, bu isə neqativ nəticələrə gətirib çıxarır.
Antropogen geoloji proseslər ilbəil getdikcə güclənir və bütün
bəşəriyyət üçün təhlükə yaradır.
4.2. Torpaq sferinin (pedosferin) qlobal funksiyaları
Dünya torpaqlarının məcmuunu çox vaxt ekosferin
xüsusi hissəsi kimi ayıraraq onu torpaq sferi və ya pedosfer
(yun. pedon- torpaq) adlandırırlar. B.A. Kovdaya görə
pedosfer-
özü
inkişaf
etmək,
özü-özünü
nizamlamaq
qabiliyyətinə malik olan, canlı orqanizmlərin mövcudluğunu və
yenidən bərpasını təmin edən ümumdünya bioenergetik və
biokimyəvi sistemdir. Pedosferin məhz bu xüsusiyyətləri təbii
və antropogen ekosistemlərin münbitliyinə səbəb olur.
Torpaq –çoxkomponentli, lakin bütöv təbii törəmədir.
O, yer səthində dörd geosferin (litosfer, hidrosfer, atmosfer və
biosfer) bir-birilə təmasda və qarşılıqlı təsiri olduğu yerdə
əmələ gəlir.
Torpaq hər bir landşaftda geosferin elementlərilə, yəni
bütövlükdə Yerlə sıxı bağlı olub maddələrin qlobal
biogeokimyəvi tsiklində aktiv rol oynayır.
Dostları ilə paylaş: |