92
geoekoloji şəraiti, mühitin dqradasiyasını yaradan mexanizmi
aradan qaldırmaq lazımdır. Tullantı sularının təmizlənməsi
üçün təmizləyici qurğular tikilməlidir. Eyni zamanda göllərə
axıdılan çirkab sularının həcmi minimuma endirilməlidir.
Göllərin səthindən neft məhsulları yığılmalı və çirkli dib
çöküntülərindən göllər təmizlənməlidir. Onların sahillərində
abadlıq işlərinin aparılması, quraqlığa və şorluluğa davamlı
ağac və kol bitkilərinin əkilməsi məqsədə müvafiq hesab edilir.
Abşeron
göllərini
ekoloji
cəhətdən
sağlamlaşdırmaq,
sabitləşdirmək, onların səviyyə rejimini nizamlamaq lazımdır.
Bunun üçün göllərin səviyyə rejimini, kimyəvi tərkibini,
balansını və hidrokimyəvi cəhətlərini öyrənmək üçün
mütəmadi olaraq geoekoloji monitorinq işlərinin aparılması
zəruridir.
3.8. Xəzər dənizinin yeraltı su ehtiyatları
rejiminə təsiri
Xəzər dənizində səviyyənin dəyişməsi ilə qrunt suları
arasındakı qarşılıqlı əlaqəni təhlil etmək üçün arxiv
sənədlərindən istifadə edilmişdir. Hal-hazırda 106 quyuda ölçü
işləri aparılır. Bu şəraitdə hər 15000 ha sahəyə bir quyu düşür.
Qrunt suları üzərində aparılan müşahidə işlərindən istifadə
etməklə
qrunt
sularının
yatma
dərinliyi
və
onların
minerallaşma dərəcələri əhatə edən sahələrin miqdarı müəyyən
edilmişdir. Qrunt sularının yatma dərinliyi 1 m-dən aşağı olan
sahələr bilavasitə dənizlə sərhədlənən yerlərdə mövcud olub və
ümumi sahənin 11-23%-ni təşkil edir. Bu sahələrin miqdarı
1980-2000-ci illər ərzində 12% artmışdır. Bunun əksinə olaraq
3-5 m dərinlikləri sahələrinin miqdarı 22%, 5 m-dən yuxarı
sahələr isə 12% artmışdır.
Qrunt suların dərinliyi 5m-dən yuxarı sahələr əsas etibarı
ilə şosse və dəmir yolu boyu yayılmışdır. Ümumiyyətlə, bütün
sahə üzrə qrunt sularının səviyyəsi 3,44 m-dən 2,32 m-ə qədər,
yəni 1,12 m qalxmışdır. Bu isə ilkin dərinliyin 32%-ni təşkil
edir.
93
Bilavasitə Abşeron yarımadasına gəldikdə isə qrunt
sularının səviyyəsi axırıncı 20 il ərzində 1-16 m arasında
qalxmışdır. Məsələn, Saray qəsəbəsində 15-16 m, Sumqayıt
şəhərinin cənub-şərqində 3 m. Xırdalanda 7 m, Fatmai kəndi
yaxınlığında keçmiş 2 saylı sovxozun ərazisində 14 m-ə qədər
qalxmışdır. Fond materiallarının analizi və təhlili göstərir ki,
dəniz səviyyəsi qalxana qədər yarımada ərazisinin 80%-dən
çoxunda qrunt sularının dərinliyi səthdən 10 m-dən çox
olmuşdur. Son 20 il ərzində Abşeron yarımadasında qrunt
sularının səviyyəsi qalxma intensivliyi kəskin artmışdır. Qrunt
sularının
yatma dərinliyinin
azalması
yerüstü suların
infiltirasiya və qrunt suyu səthindən buxarlanma proseslərinin
sürətlə getməsinə və minerallaşma dərəcəsinin artmasına
gətirib çıxarmışdır. Bütün sahə üzrə minerallaşma dərəcəsi
7,49 q/l-dən 9,04 q/l-ə qalxmaqla 1,55 q/l artmışdır. Bu isə
ilkin qiymətin 21%-ni təşkil edir.
Minerallaşma dərəcəsi 1 q/l-dən kiçik olan sahələr əsas
etibarı ilə Astara-Viləşçay, Qudyalçay-Samur çayları arasında
ən çox olan sahələr 6% artmışdır. Qrunt sularının yatma
dərinliyi onların minerallaşma dərəcəsi arasında korrelyativ
əlaqə mövcuddur və bu əmsalın qiyməti 0,65-ə bərabər
olmuşdur. Qrunt suları rejiminin dəyişməsi torpaqlarda gedən
duzlaşma proseslərinin sürətlənməsinə səbəb olmuşdur. Yeraltı
suların əmələ gəlmə, hərəkət, paylaşma, müqavimət və
boşalma zonaları var. Xəzərdə su səviyyəsinin qalxması
bilavasitə və ya dolayı yolla hidrogeoloji zonaların geometrik
göstəricilərini kökündən dəyişməsinə səbəb olmuşdur. Bu təsir
Astara-Samur çayları arası ərazilərin geometreoloji quruluşunu
və hidroloji şəraitini nəzərə alaraq 9 zonaya ayırmağı məqsədə-
uyğun hesab edilir. Bu zonalarda 1980-2000-ci illərdəki qrunt
sularının səviyyəsi ilə dənizin səviyyəsini tutuşdurduqda onlar
arasında korrelyasiya asılılığı müşahidə edilir. Bu zonalarda
qrunt sularının səviyyəsinin və minerallaşma dərəcələrinin
94
1980, 1990 və 2000-ci illər üzrə dəyişməsi aşağıdakı cədvəldə
verilmişdir.
Xəzərdə su səviyyəsinin yuxarı qalxması nəticəsində
qrunt sularının yatma dərinliyi azalmışdır, ən çox azalma
Qusar-Samur çayları arası zonada 1,19 m, ən çox qalxma
Astara-Viləşçay arası zonada olub, 1,75 m-ə bərabərdir.
Astara-Samur çayları arası sahədə qrunt sularının səviyyəsi
1980-ci ildə 3,44 m, 1990-cı ildə isə 2,84 m, 2000-ci ildə
2,33 m olmuşdur, yəni 1,11 m qalxmışdır. Korrelyasiya əmsalı
çox olan Viləşçay-Kür çayları arası zonada (0,92 m) su
səviyyəsinin qalxma sürəti 8,3 sm/il-dir, yəni axırıncı zonada
birinci zonaya nisbətən qalxma sürəti 1,4 dəfə azdır.
Qrunt suları səviyyəsinin qalxması nəticəsində onların
minerallaşma dərəcəsi orta hesabla 1,55 q/l artmışdır ki, bu da
163 mq/il-ə bərabərdir. Qrunt sularının minerallaşma dərəcəsi
ən çox artan zonalar Viləşçay-Pirsaatçay çayları arası olub,
3,52-4,27 q/l-ə bərabərdir. Minerallaşma dərəcəsi ən az artan
zona Qudyalçay-Samur çayları arası zonalar 1,06-1,54 q/l.
Bunun səbəbi qrunt suları səviyyəsinin dərində olmasıdır
(4,56-6,47 m).
Qrunt suları səviyyəsinin və minerallaşma dərəcələrinin
dəyişkənliyi
Qrunt sularının
yatma dərinliyi,
m
Qrunt sularının
minerallaşma
dərəcəsi q/l
№
Zonaların
coğrafi
adları
Korrel
-yasiya
əmsalı
1980
1990
2000
1980
1990
2000
1
Astara-
Viləşçay
0,98
2,83
1,54
1,08
8,15
8,66
9,49
2
Viləşçay-Kür
0,92
2,81
1,68
1,06
25,52
26,15
29,79
3
Kür-Pirsaatçay
0,84
2,92
1,98
1,27
30,64
32,06
34,16
4
Pirsaatçay-
Ceyrankeçməz
çayı
0,81
3,16
2,21
1,51
20,25
20,66
23,49
5
Ceyrankeçməz
- Sumqayıtçay
0,78
3,09
2,98
2,66
16,12
16,45
18,66
6
Sumqayıtçay-
Ataçay
0,71
4,43
3,79
3,18
13,28
13,66
16,37
Dostları ilə paylaş: |