ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə27/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

 
92 
geoekoloji  şəraiti,  mühitin  dqradasiyasını  yaradan  mexanizmi 
aradan  qaldırmaq  lazımdır.  Tullantı  sularının  təmizlənməsi 
üçün  təmizləyici  qurğular  tikilməlidir.  Eyni  zamanda  göllərə 
axıdılan  çirkab  sularının  həcmi  minimuma  endirilməlidir. 
Göllərin  səthindən  neft  məhsulları  yığılmalı  və  çirkli  dib 
çöküntülərindən  göllər  təmizlənməlidir.  Onların  sahillərində 
abadlıq  işlərinin  aparılması,  quraqlığa  və  şorluluğa  davamlı 
ağac və kol bitkilərinin əkilməsi məqsədə müvafiq hesab edilir. 
Abşeron 
göllərini 
ekoloji 
cəhətdən 
sağlamlaşdırmaq, 
sabitləşdirmək,  onların  səviyyə  rejimini  nizamlamaq  lazımdır. 
Bunun  üçün  göllərin  səviyyə  rejimini,  kimyəvi  tərkibini, 
balansını  və  hidrokimyəvi  cəhətlərini  öyrənmək  üçün 
mütəmadi  olaraq  geoekoloji  monitorinq  işlərinin  aparılması 
zəruridir.   
3.8. Xəzər dənizinin yeraltı su ehtiyatları 
     rejiminə  təsiri 
Xəzər  dənizində  səviyyənin  dəyişməsi  ilə  qrunt  suları 
arasındakı  qarşılıqlı  əlaqəni  təhlil  etmək  üçün  arxiv 
sənədlərindən istifadə edilmişdir. Hal-hazırda 106 quyuda ölçü 
işləri aparılır. Bu şəraitdə hər 15000 ha sahəyə bir quyu düşür. 
Qrunt  suları  üzərində  aparılan  müşahidə  işlərindən  istifadə 
etməklə 
qrunt 
sularının 
yatma 
dərinliyi 
və 
onların 
minerallaşma dərəcələri əhatə edən sahələrin miqdarı müəyyən 
edilmişdir. Qrunt sularının  yatma dərinliyi 1  m-dən aşağı olan 
sahələr bilavasitə dənizlə sərhədlənən yerlərdə mövcud olub və 
ümumi  sahənin  11-23%-ni  təşkil  edir.  Bu  sahələrin  miqdarı 
1980-2000-ci illər ərzində 12% artmışdır. Bunun əksinə olaraq 
3-5  m  dərinlikləri  sahələrinin  miqdarı  22%,  5  m-dən  yuxarı 
sahələr isə 12% artmışdır. 
Qrunt suların dərinliyi 5m-dən yuxarı sahələr əsas etibarı 
ilə şosse və dəmir yolu boyu yayılmışdır. Ümumiyyətlə, bütün 
sahə üzrə qrunt sularının səviyyəsi 3,44 m-dən 2,32 m-ə qədər, 
yəni  1,12  m  qalxmışdır.  Bu  isə  ilkin  dərinliyin  32%-ni  təşkil 
edir. 


 
93 
Bilavasitə  Abşeron  yarımadasına  gəldikdə  isə  qrunt 
sularının  səviyyəsi  axırıncı  20  il  ərzində  1-16  m  arasında 
qalxmışdır.  Məsələn,  Saray  qəsəbəsində  15-16  m,  Sumqayıt 
şəhərinin  cənub-şərqində  3  m.  Xırdalanda  7  m,  Fatmai  kəndi 
yaxınlığında keçmiş 2 saylı sovxozun ərazisində 14 m-ə qədər 
qalxmışdır.  Fond  materiallarının  analizi  və  təhlili  göstərir  ki, 
dəniz  səviyyəsi  qalxana  qədər  yarımada  ərazisinin  80%-dən 
çoxunda  qrunt  sularının  dərinliyi  səthdən  10  m-dən  çox 
olmuşdur.  Son  20  il  ərzində  Abşeron  yarımadasında  qrunt 
sularının səviyyəsi qalxma  intensivliyi kəskin artmışdır. Qrunt 
sularının 
yatma  dərinliyinin 
azalması 
yerüstü  suların 
infiltirasiya  və  qrunt  suyu  səthindən  buxarlanma  proseslərinin 
sürətlə  getməsinə  və  minerallaşma  dərəcəsinin  artmasına 
gətirib  çıxarmışdır.  Bütün  sahə  üzrə  minerallaşma  dərəcəsi 
7,49  q/l-dən  9,04  q/l-ə  qalxmaqla  1,55  q/l  artmışdır.  Bu  isə 
ilkin qiymətin 21%-ni təşkil edir. 
Minerallaşma  dərəcəsi  1  q/l-dən  kiçik  olan  sahələr  əsas 
etibarı  ilə  Astara-Viləşçay,  Qudyalçay-Samur  çayları  arasında 
ən  çox  olan  sahələr  6%  artmışdır.  Qrunt  sularının  yatma 
dərinliyi  onların  minerallaşma  dərəcəsi  arasında  korrelyativ 
əlaqə  mövcuddur  və  bu  əmsalın  qiyməti  0,65-ə  bərabər 
olmuşdur.  Qrunt  suları  rejiminin  dəyişməsi  torpaqlarda  gedən 
duzlaşma proseslərinin sürətlənməsinə səbəb olmuşdur. Yeraltı 
suların  əmələ  gəlmə,  hərəkət,  paylaşma,  müqavimət  və 
boşalma  zonaları  var.  Xəzərdə  su  səviyyəsinin  qalxması 
bilavasitə  və  ya  dolayı  yolla  hidrogeoloji  zonaların  geometrik 
göstəricilərini kökündən dəyişməsinə səbəb olmuşdur. Bu təsir 
Astara-Samur çayları arası ərazilərin geometreoloji quruluşunu 
və hidroloji şəraitini nəzərə alaraq 9 zonaya ayırmağı məqsədə- 
uyğun  hesab  edilir.  Bu  zonalarda  1980-2000-ci  illərdəki  qrunt 
sularının  səviyyəsi  ilə dənizin  səviyyəsini tutuşdurduqda onlar 
arasında  korrelyasiya  asılılığı  müşahidə  edilir.  Bu  zonalarda 
qrunt  sularının  səviyyəsinin  və  minerallaşma  dərəcələrinin 


 
94 
1980, 1990 və 2000-ci illər üzrə dəyişməsi aşağıdakı cədvəldə 
verilmişdir. 
Xəzərdə  su  səviyyəsinin  yuxarı  qalxması  nəticəsində 
qrunt  sularının  yatma  dərinliyi  azalmışdır,  ən  çox  azalma 
Qusar-Samur  çayları  arası  zonada  1,19  m,  ən  çox  qalxma 
Astara-Viləşçay  arası  zonada  olub,  1,75  m-ə  bərabərdir. 
Astara-Samur  çayları  arası  sahədə  qrunt  sularının  səviyyəsi 
1980-ci  ildə  3,44  m,  1990-cı  ildə  isə  2,84  m,  2000-ci  ildə    
2,33 m olmuşdur, yəni 1,11 m qalxmışdır. Korrelyasiya əmsalı 
çox  olan  Viləşçay-Kür  çayları  arası  zonada  (0,92  m)  su 
səviyyəsinin  qalxma  sürəti  8,3  sm/il-dir,  yəni  axırıncı  zonada 
birinci zonaya nisbətən qalxma sürəti 1,4 dəfə azdır. 
Qrunt  suları  səviyyəsinin  qalxması  nəticəsində  onların 
minerallaşma dərəcəsi orta hesabla 1,55 q/l artmışdır ki, bu da 
163  mq/il-ə  bərabərdir.  Qrunt  sularının  minerallaşma  dərəcəsi 
ən  çox  artan  zonalar  Viləşçay-Pirsaatçay  çayları  arası  olub, 
3,52-4,27  q/l-ə  bərabərdir.  Minerallaşma  dərəcəsi  ən  az  artan 
zona  Qudyalçay-Samur  çayları  arası  zonalar  1,06-1,54  q/l. 
Bunun  səbəbi  qrunt  suları  səviyyəsinin  dərində  olmasıdır  
(4,56-6,47 m). 
Qrunt suları səviyyəsinin və minerallaşma dərəcələrinin 
dəyişkənliyi 
Qrunt sularının 
yatma dərinliyi, 
m 
Qrunt sularının 
minerallaşma 
dərəcəsi q/l 
№ 
Zonaların 
coğrafi 
adları 
Korrel
-yasiya 
əmsalı 
1980 
1990 
2000 
1980 
1990 
2000 

Astara-
Viləşçay 
0,98 
2,83 
1,54 
1,08 
8,15 
8,66 
9,49 

Viləşçay-Kür 
0,92 
2,81 
1,68 
1,06 
25,52 
26,15 
29,79 

Kür-Pirsaatçay 
0,84 
2,92 
1,98 
1,27 
30,64 
32,06 
34,16 

Pirsaatçay-
Ceyrankeçməz 
çayı 
0,81 
3,16 
2,21 
1,51 
20,25 
20,66 
23,49 

Ceyrankeçməz
- Sumqayıtçay 
0,78 
3,09 
2,98 
2,66 
16,12 
16,45 
18,66 

Sumqayıtçay-
Ataçay 
0,71 
4,43 
3,79 
3,18 
13,28 
13,66 
16,37 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə