ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə23/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

 
80 
onlar  öz  kökləri  ilə  müxtəlif  duzlarla  qidalanaraq  suyun 
təmizlənmə prosesinə köməklik göstərir. 
Su  ehtiyatlarının  təmizlənməsi  prosesinə  çaylar  üzərində 
tikilən  su  anbarları  böyük  köməklik  göstərir.  Su  vasitəsilə  su 
anbarlarına  daxil  olan  çirkləndiricilərin  miqdarı  və  bioloji 
proseslər  nəticəsində tədricən azalır. Su anbarlarına daxil olan 
bütün çirkləndiricilər anbarlardakı su ilə qarışaraq onun qatılıq 
dərəcəsini  azaldır.  Bunu  nəzərə  alaraq  çirkli  su  qəbul  edən  su 
anbarlarına  təbii  təmizlənmə  məntəqəsi  kimidə  baxırlar.  Əgər 
çirkli su tərkibindəki çirkləndirici maddələr su anbarı vasitəsilə 
təmizləmək  mümkün  deyilsə  onda  həmin  su  əvvəlcədən 
təmizlənərək  su anbarına  buraxılır. Deməli çirkli  suyun  lazımi 
təmizlənmə dərəcəsini təyin etmək üçün su anbarının öz-özünə 
təmizləmə  qabiliyyətini  düzgün  qiymətləndirmək  olar.  Bu 
qayda  ilə təmizləyici qurğunun tikinti  və  istismarını  minimum 
xərc çəkməklə su anbarının təmizliyinə və sanitar saflığına nail 
olmaq olar. 
Təbii  su  ehtiyatlarının  təmiz  saxlanması  istifadədən 
çıxmaması  məqsədilə  sənaye  və  kommunal  çirkab  suları 
təmizləməli,  dövrü  su  təchizatını  təmin  etməli,  az  sulu,  susuz 
və  tullantısız  istehsal  texnologiyası  tətbiq  olunmalı,  kənd 
təsərrüfatında  gübrələrdən  səmərəli  istifadə  etməli,  havanı 
çirklənmədən qorumalı kimi tədbirlər həyata keçirilməlidir. 
Çirkab  sularının  təmizlənməsində  mexaniki,  kimyəvi, 
fiziki-kimyəvi və biokimyəvi üsullardan istifadə edilir. 
Mexaniki  təmizlənmə  üsulunda  mexaniki  qarışıqlar 
sudan  təmizlənir.  Bu  da  durulducular  və  ya  qızdırma  yolu  ilə 
yerinə  yetirilir.  Durulducularla  daha  kiçik  hissəciklər 
çökdürülür. Yüngül hissəciklər isə suyun üzərinə çıxır və suyu 
ondan təmizləmək üçün xüsusi yağtutan, nefttutan qurğulardan 
istifadə edilir. 
Suyun  süzdürülməsi  vasitəsilə  suda  olan  iri  mexaniki 
tərkibli 
qarışıqdan 
azad 
olunmasından 
sonra 
xüsusi 


 
81 
qumtutanlar vasitəsilə ölçüsü 0,25 mm-dən çox olan hissəciklər 
çökdürülür. 
Kimyəvi  təmizləmə  üsulu  ilə  sudakı  çirkləndirici 
maddələri tam təmizləmək  mümkün deyil. Ona görə də fiziki-
kimyəvi  təmizləmə  üsulundan  istifadə  edilir.  Suyun  fiziki-
kimyəvi  təmizlənməsində  sorbsiya,  ekstaksiya,  flotasiya, 
kristallaşma,  deminerallaşma,  elektroliz,  ion  və  yandırma 
üsulundan istifadə olunur. 
Biokimyəvi  təmizləmə  üsulunun  əsası  mikroorqanizmlər 
tərəfindən  çirkab  suların  tərkibindəki  kolloid  maddələrin  öz 
inkişafı  üçün  şərait  yaradılır.  Çirkab  suların  biokimyəvi 
təmizlənməsi  təbii  və  süni  şəraitdə  aparılır.  Təbii  şəraitdə 
çirkab suların təmizlənməsi suvarma sahələri, sızma sahələri və 
bioloji  hovuzlarda  aparılır.  Süni  şəraitdə  isə  çirkab  suların 
təmizlənməsi və bioloji süzgəclərdə yerinə yetirilir. 
Təbii  su  ehtiyatları  atmosfer  çirklənməsindən  də 
mühafizə  olunmalıdır.  Suyun  çirklənmədən  mühafizəsi  özü 
təmiz  saxlanmalıdır.  Bunun  üçün  atmosferin  çirklənmədən 
qorunması üçün aşağıdakı tədbirlər görülməlidir: 
-
  Sənaye  tullantılarının  havaya  buraxılmasından  əvvəl 
təmizlənməsi; 
-
  İstehsalatda tullantısız texnologiya sisteminin tətbiqi; 
-
  Daxili yanacaq mühərriklərinin daimi təkmilləşdirilməsi; 
-
  Benzindən  toksikliyi  az  olan  qaz  yanacağına  və  ya 
elektrik avtomobillərinin tətbiqinə keçirilsin. 
Qeyd  olunanlar  yerinə  yetirilərsə,  atmosfer  və  su 
ehtiyatları  çirklənmədən  xeyli  mühafizə  olunar  və  təmiz  hava 
və təmiz su problemləri qismən də həll oluna bilər. 
 
 3.5. Suyun keyfiyyətinə olan tələblər 
 
Su  ehtiyatının  keyfiyyət  dərəcəsi  tələbatçılardan  asılı 
olaraq müxtəlifdir. Suyun keyfiyyəti 6 balla müəyyən edilir. Su 
ehtiyatının 
çirkləndirici 
obyekt 
ərazisində 
müxtəlif 


 
82 
məntəqələrdən su nümunələri götürülür, onların analizi aparılır 
və  sonra  suyun  keyfiyyət  göstəricisi  müəyyən  edilir.  Suyun 
keyfiyyət 
göstəricilərindən 
temperatur 
və 
orqonoleptik 
tuşuluğu,  mineral  qalığı,  oksigenin  miqdarı,  xəstəlik  törədən 
bakteriyalar,  üzən  maddələrin  konsentrasiyası  kimi  xassələrini 
göstərmək olar. 
Suyun  qeyd  olunan  xassələri  0-6  intervallı  balla 
qiymətləndirilir. Məsələn, su 0 balla qiymətlənərsə o, ən təmiz 
su  hesab  olunur  və  ondan  heç  bir  iy  gəlmir,  5  balla 
qiymətləndirildikdə isə ondan güclü iy gəlir ki, onu içmək belə 
mümkün olmur. 
Su  tələbatçılar  tərəfindən  suyun  keyfiyyətinə  tələbat 
müxtəlif olur. Bunlar aşağıdakı kimidir: 
-
  Sənayedə  istifadə  olunan  su,  istehsal  olunan  məhsulun 
keyfiyyətinə  təsir  göstərməməli,  sənaye  qurğusunda  istifadə 
olunan 
metal 
konstruksiyanı 
korroziyaya 
uğratmamalı, 
qurğularda  duz  çöküntüləri  əmələ  gətirməməli,  sənayedə 
çalışan işçilərin səhhətinə mənfi təsir göstərməməlidir; 
-
  Kənd  təsərrüfatında  istifadə  olunan  su  kənd  təsərrüfatı 
məhsullarının  keyfiyyətinə  təsir  göstərməməli,  bitki  üçün 
zərərsiz 
olmalı 
və 
torpaqların 
şorlaşmasına 
şərait 
yaratmamalıdır; 
-
  Mədəni-məişətdə  istifadə  olunan  suyun  keyfiyyəti  ən 
yüksək olmalıdır  və ona olan tələbat qəbul olunmuş  norma  və 
qaydalara  uyğun  olmalıdır.  İçməli  suyun  keyfiyyəti  aşağıdakı 
tələblərə cavab verməlidir: 
-
  1)  çirkab  suları  su  ehtiyatlarına  atılarkən  suyun 
temperaturu  yay  mövsümündəki  temperaturdan  3-dən  çox 
olmamalıdır; 
-
  2)  sudan  gələn  iy  və  dadın  şiddətliyi  2  baldan  artıq 
olmamalıdır; 
-
  3) suyun turturşuluğu pH=6,58,5 intervalında olmalıdır: 
-
  4)  çirkab  suları  ilə  su  mənbəyi  qidalanarsa,  onda  olan 
oksigenin miqdarı 46 mq/l həddində olmalıdır; 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə