ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə24/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

 
83 
-
  5)  zərərli  maddələrin  konsentrasiyası  əhalinin  səhhəti 
üçün tam zərərsiz olmalıdır; 
-
  6)  suyun  hər  litrində  1000-dən  artıq  xəstəlik  törədən 
bakteriya olmamalıdır; 
-
  7)  çirkab  suları  su  ehtiyatlarına  ötürülərkən  orada  üzən 
mineral  və üzvi  maddələrin konsentrasiyası 0,25 mq/l-dən çox 
olmamalıdır. 
Su  ehtiyatlarına  axıdılan  çirkab  sularının  tərkibində 
radioaktiv  maddələr  və  qanunla  tənzimlənən  çirkab  suyunun 
tərkibində  1∙10
-8 
  3∙10
-11
  küri/l-dən  çox  olan  kobalt  və 
stronsium  olarsa,  belə  suların  su  ehtiyatlarına  ötürülməsi  qəti 
qadağandır. 
  
3.6. Su ehtiyatlarının tükənməsi və tükənmədən 
mühafizəsi 
 
Məlumdur  ki,  iri  çaylardakı  suyun  miqdarı  onu 
qidalandırıcı kiçik çaylar  hesabına olur. Yer kürəsində  insanın  
əməli  fəaliyyətində  çayların  xüsusilə  də  kiçik  çayların  rolu 
böyükdür. Müşahidələr göstərir ki, son zamanlar kiçik çayların 
əksəriyyəti  quruma  təhlükəsindədir.  Bilirik  ki,  çaylar  havanın, 
torpağın  temperatur  və  nəmliyi,  mikroiqlimi  tənzimləyir. 
Çaylardan  su  nəqliyyatı,  meşə  materiallarının  axıdılmasında, 
balıqçılıq  təsərrüfatının  inkişafında,  meliorasiya  işlərinin 
görülməsində  geniş  istifadə  olunur  və  bunların  təyin 
olunmasında kiçik çayların rolu böyükdür. Həmçinin şəhərlərin 
və  yaşayış  məntəqələrinin  içməli  suya  tələbatını  ödəmək 
üçündə istifadə edilir. 
Qeyd  edilənləri  nəzərə  alaraq  çayların  mühafizəsi  ön 
plana 
çəkilməlidir. 
Kiçik 
çayların 
qurumasına 
səbəb 
regionlarda  meşə  və  kolluqların  qırılması,  çay  sahilinin 
şumlanması, torpaqların su və külək eroziyasına uğraması və s. 
amillərin nəticəsində baş verir. Qeyd olunan səbəblər hesabına 
yeraltı  qrunt  sularının  qidalanması  azalır,  su  yığım  hövzənin 


 
84 
strukturu  pozulur,  çaylara  çoxlu  miqdarda  mexaniki  qarışıqlar 
daxil olur ki, bu da çayların qurumasına səbəb olur. 
Göstərilənlərə 
əsasən 
kiçik 
çayların 
tükənmədən 
mühafizəsi  üçün  tədbirlər  görülməlidir,  bu  da  iri  çayların 
mühafizəsinin qorunmasına şərait yaradılmasını təmin edir.  
Çay  axımının  nizamlanması  üçün  su  anbarları  tikilir  və 
kiçik  çaylarda  belə  tədbirin  görülməsi  baha  başa  gəlir.  Buna 
görə  də  kiçik  çaylarda  suyun  tükənməsinin  qarşısını  almaq  və 
çirklənmədən qorumaq üçün ucuz başa gələn xüsusi tədbirlərin 
görülməsi daha məqsədəuyğun hesab olunur. Belə tədbirlərdən 
meşə meliorativ, aqrotexniki, hidrotexniki və s. göstərmək olar. 
I.  Meşə  meliorativ  tədbirlərdə  məqsəd  çayın  yerüstü  su 
yığımının  yeraltı  axmaya  çevirməkdir.  Bu  məqsədlə  çayın  su 
yığım  hövzəsində  meşə  salınır.  Nəticədə  küləyin  sürəti 
buxarlanma,  torpağın  donma  dərinliyində  yerüstü  sel  suları, 
torpağın  eroziyası  xeyli  azdır,  qrunt  suyunun  səviyyəsi  və 
havanın  nəmliyi  isə  çoxalır.  Su  ehtiyatlarının  tükənmədən  və 
çirklənmədən  mühafizəsində  meşə  meliorativ  tədbirlərin 
görülməsi getdikcə daha da genişlənir; 
II.  Aqrotexniki  tədbirlərdə  məqsəd  torpağın  eroziyaya 
uğramasının  qarşısını  almaqdır.  Burada  torpağın  şumlanması, 
yamaclarda  eninə  aparılması,  qar  saxlama  və  su  saxlama 
sızımlar yaradılması və həmin ərazidə bitkilərin düzgün seçilib 
əkilməsi nəzərdə tutulur. Həmçinin çoxillik otların əkilməsində 
torpağın eroziyaya uğramasının qarşısını xeyli azaldır. 
III. Hidrotexniki  tədbirlərin  tətbiqində  yerüstü  axma 
çevrilməsinə  xidmət  edir.  Bu  məqsədlə  torpaq  dambalar 
yaradılır,  sızmalar  çəkilir,  terraslar  düzəldilir.  Bu  tədbirlər 
vasitəsilə  su  ya torpağa hopdurulur  və  ya  meşəçilik  sahələrinə 
ötürülür. 
Son 
zamanlar 
respublikamızda 
meşə 
meliorativ 
tədbirlərin  aparılmasına  xüsusi  fikir  verilir.  Su  rejiminin  sərt 
dəyişməsi 
və 
tükənmədən 
mühafizəsi 
məqsədilə 
su 
ehtiyatlarından  istifadə  xüsusi  planla  həyata  keçirilir  və  onun 


 
85 
istifadə  həcmi  isə  məhdudlaşdırılmalıdır.  Qeyd  olunanların 
hamısı təbii ekoloji tarazlığın saxlanmasına xidmət edir. 
3.7. Abşeron yarımadası göllərinin ekoloji vəziyyəti 
XX  əsrin  ikinci  yarısından  başlayaraq  insan  və  ətraf 
mühit, təbiət və cəmiyyət arasında yaranan ekoloji gərginliklər 
ekologiya  terminini  daha  geniş  anlamda  gündəmə  gətirmişdi. 
Alimlərin  hesablamalarına  görə  insan  cəmiyyəti  təşəkkül 
tapandan  bəri  meşələrin  üçdə  ikisi  qırılmış,  minlərlə  bitki  və 
heyvan  növləri  məhv  edilmiş,  10  milyard  ton  oksigen  ehtiyatı 
azalmış,  200  milyon  hektardan  çox  əkin  sahəsi  yararsız  hala 
düşmüş,  yerüstü  və  yeraltı  su  ehtiyatları  çirklənmə  prosesinə 
məruz qalmışdır. 
XXI  əsrə  qədəm  qoyduğumuz  bir  vaxtda  hər  gün  44  ha 
torpağın  münbitliyi,  bir  heyvan  və  bitki  növü  itir,  28  ha  meşə 
məhv  olur.  Ətraf  mühitin  çirkləndirilməsi  insan  sağlamlığı 
üçün  önəmli  yer  tutan  su,  hava  və  torpağın  tərkibinin 
dəyişməsinə səbəb olur. 
Bütün  təbii  sular  bir-birilə  sıx  surətdə  əlaqəli  olmaqla 
yerin  vahid  su  örtüyünü-hidrosferi  əmələ  gətirir.  Sənayenin 
sürətlə  inkişafı  və  əhalinin  artması  ilə  əlaqədar  olaraq  hal-
hazırda  dünyada  içməli  su  problemi  və  onun  çirklənmədən 
mühafizəsi  məsələsi  kəskin  şəkil  almışdır.  BMT-nin  Baş 
Asambleyasının  XXXV  qurultayında  elan  olunmuşdur  ki,  hal-
hazırda  planetin  1  milyarddan  çox  əhalisi  keyfiyyətli  su 
qıtlığından əziyyət çəkir. 
Yerüstü  və  yeraltı  su  ehtiyatlarının  çirklənməsi 
Azərbaycan  Respublikasının  Abşeron  yarımadası  üçün  də 
olduqca  xarakterikdir.  Sənaye  sahələrinin  (xüsusilə  də  neft 
sənayesinin)  sürətli  inkişafı,  məişət  və  kommunal  mənşəli 
tullantıların mütəmadi olaraq artması yarımada ərazisində təbii 
və  süni  şəraitlərdə  formalaşmış  sututarların  ekoloji  və 
hidrogeoloji-ekoloji  şəraitinin  olduqca  mürəkkəbləşməsinə 
gətirib çıxarmışdır. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə