ŞAHİN ƏHMƏdov


Torpağın  qaz-atmosfer  funksiyası  –



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə32/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

 
107 
 
Torpağın  qaz-atmosfer  funksiyası  –mürəkkəb  və  bir-
birinə  zidd  xarakter  daşıyır.  Üzvi  maddələrin  parçalanması 
zamanı bioloji dövran prosesində torpaq atmosferə karbon qazı 
(CO2)  ayırır.  O,  bitkilər  tərəfindən  fotosintez  üçün  sitifadə 
edilir. 
 
Əgər atmosfer və torpaq arasında daim hava mübadiləsi 
getməsəydi,  torpaqda  oksigenin  ehtiyatı  cəmi  12-48  saata,  ən 
zəngin  torpaqlarda  isə  maksimum  100  saata  çatardı.  Belə 
yüksək  sürətli  qarşılıqlı  mübadiləyə  baxmayaraq,  torpağın 
havası  bir  sıra  göstəricilərinə  görə  atmosfer  havasından 
fərqlənib,  tərkibində  10-100  dəfə  çox  karbon  qazı  və  xeyli  az 
miqdarda oksigen saxlayır. 
 
Torpağın 
bioloji 
funksiyası 

onun 
canlı 
orqanizmlərinin, 
mezo 
və 
mikrofaunasının 
kəmiyyətcə 
xarakteristikası 
ilə 
səciyyələnir. 
Mikroorqanizmlər 
aktinomisetlər 
(şüalı 
göbələklər), 
bakteriyalar, 
azot 
bakteriyaları  və  mezofauna  (o  cümlədən  torpaq  soxulcanı) 
miqdarına  görə  müxtəlif  torpaq  tipləri  bin-birindən  kəskin 
ayrılır.  Bütün  bu  canlı  orqanizmlər  torpaqəmələgəlmə 
proseslərində, torpağın münbitliyində böyük rol oynayır. 
 
Biogeokimyəvi  funksiya  -torpağın  üst  qatlarında  biofil 
elementlər,  o  cümlədən  mikroelementlərin  toplanmasına  şərait 
yaradır,  torpağın  akkumulyasiya  rolu  olmasaydı,  onların  çoxu 
yer qabığında və hidrosferdə «səpələnər » və biologi dövrandan 
çıxardı.  Bu  fikri  dəfələrlə  Vernadski  (1967)  irəli  sürmüşdür. 
Torpaqda üzvi karbon humus formasında konsentrasiya olunur. 
Biofil  element  olan  azotun  miqdarı  (ümumi  azot)  humus  kimi 
torpağın  aşağı  qatlarına  doğru  azalır.  Fosfor  mühüm  və  çox 
defisit  biofil  və  aqrofil  element  hesab  olunur.  O,  canlı 
orqanizmələr  –bitki,  heyvan,  insan  tərəfindən  çox  istifadə 
edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır. 
 
Torpağın  informasiya  funksiyası.  Torağın  profilində 
həm  müasir,  həm  də  qədim  torpaq  proseslərinin  «dəlillərini» 
(izlərini)  görmək  olar.  Müasir  proseslərə  torpağın  islanma 


 
108 
dərinliyi,  rütubətliyi,  strukturu,  biogenliyi  və  s.,  qədim 
proseslərə isə torpağın qalınlığı, humusun ehtiyatı, karbonatlar, 
gömülmüş  horizontlar  və  s.aiddir.  Qədim  «dəlillərə»  əsasən 
torpağın  tarixini,  onun  keçdiyi  mərhələləri,  hazırda  şumlanan 
torpaqların  vaxtilə  meşə  altında  olmasını  bərpa  etmək,  yəni, 
ərazinin 
qədim 
landşaftının 
qanunauyğun 
paleocoğrafi 
rekonstruksiyasını keçirmək olar. 
 
4.3. Yer qabığının mineralları və süxurları 
 
Yer  qabığı  olduqca  mürəkkəb  kimyəvi  tərkibə  malik 
olub  təbiətdə  rast  gəlinən  bütün  kimyəvi  elementlərə  təsadüf 
etmək olar.Amerika alimi  Klark Yer qabığında geniş  yayılmış 
50 kimyəvi elementin orta miqdarını göstərmişdir.Litosferdə ən 
geniş yayılan kimyəvi elementlər aşağıdakılardır.(% - lə). 
 
Oksigen- 49,42                   Hidrogen- 0,01 
Silisium- 33,0                     Titan- 0,61  
Alüminium- 7,13                Karbon- 2,0  
Dəmir-3,80                         Xlor- 0,02  
Kalsium- 1,37                     Fosfor- 0,08 
Natrium- 0,60                     Kükürd- 0,08  
Kalium – 1,36                     Azot- 0,01 
 
 
Yer qabığı kütləsinin 99,95% - ni 25 element, 0,05 % - 
ni  isə  qalan  elementlər  təşkil  edir.Bu  kimyəvi  elementlərdən 
Yer qabığını yaradan aşağıdakı minerallar əmələ gəlmişdir. 
Minerallar. 
Yer 
qabığı 
müxtəlif 
süxurlardan 
təşkil 
olunmuşdur.  Hər  süxur  isə  özü  mineraldan  ibarətdir.  Bəsit 
süxurun  tərkibinə  yalnız  hər  hansı  bir  mineral  daxil  olur. 
Mürəkkəb süxur isə bir neçə müxtəlif mineraldan ibarətdir. 
 
Kimyəvi  cəhətdən  eyni  olub  tərkibi  dəyişməyən  və 
müəyyən  fiziki  xüsusiyyətlərə  malik  olan  cisimlərə  mineral 
deyilir.Mənşəyinə görə minerallar 3 qrupa bölünür: maqmatik, 
çöküntü və metomorfik. 


 
109 
 
Maqmatik 
(ilk) 
minerallar 
maqmada 
yüksək 
temperatur və təzyiq şəraitində əmələ gəlir. 
 
Çöküntü  süxurların  mineralları  (törəmə)  aşınma 
nəticəsində yaranır. 
 
Metamorfik  süxurların  mineralları  süxurda  yüksək 
temperatur  və  təzyiq  şəraitində  baş  verən  fiziki–kimyəvi 
proseslər nəticəsində əmələ gəlir. 
 
Minerallar əsasən siniflərə, siniflər isə qruplara bölünür. 
 
I  sinif  -  Saf  elementlər,  bura  təbii  halda  olan  bütün 
bəsit minerallar daxildir: qızıl, gümüş, platin , metalloidlərdən: 
kükürd, qrafit, almaz. 
 
II sinif - Sulfidlər: pirit və ya dəmir, kükürd kolçedanı, 
halqopirit və ya kolçedanı 
 
III sinif - halloidlər: halloid turşuların duzları: kalit və 
ya daş duz,karnallit, kainit. 
 
IV  sinif  -  Oksidlər  və  hidroksidlər:  kvars,  çaxmaq 
daşı, boksit, qematit və ya qırmızı dəmir filizi, maqnetit 
 
V  sinif  -  Oksigen  turşularının  duzları:  sulfatlar  - 
mirabilit,  gips,  karbonatlar  –  soda,  maqnezium,  kaloit,  dololit, 
sidert  və  ya  dəmir  şpatı;  fosfatlar-  ftorapatiat,  fosforitlər  – 
vivianit;  silikatlar  –  olivin,  çöl  şpatları:  ortoqlaz,  albit,  inortit, 
gil mineralları – törəmə minerallar montmorillonit, kaolinit. 
 
VI sinif - üzvi birləşmələr:  neft, dağ yağı, dağ mumu, 
asvalt, yantar və s. 
 
Dağ  süxurları  (ana  süxurlar).  Yer  üzərində  müəyyən 
massiv  qaya  və  ya  təbəqə  şəkilində  minerallar  birləşmiş  halda 
süxurları  yaradır.Dağ  süxurları  torpaqəmələgətirən  süxurlar 
üçün 
əsas 
sayılır, 
onların 
üst 
qatlarından 
torpaq 
yaranır.Süxurların  xüsusiyyətləri  torpağın  kimyəvi  və  fiziki 
xassələrinə müəyyən qədər təsir göstərir.Qranit üzərində əsasən 
az  münbit  torpaqlar  əmələ  gəlir.Bazalt  süxurlar  isə  münbit 
torpağın 
yaranması 
üçün 
qiymətli 
material 
hesab 
olunur.Landşaftın, 
hidroqrafiyanın 
və 
bitki 
örtüyünün 
xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə