ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə34/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

 
114 
 
Süxurda  üfüqi  və  şaquli  çatların  sayı  get-gedə  artır  və 
nəticədə  yumşaq  süxur  əmələ  gəlir,  yəni  süxurun  müxtəlif  
ölçülü qırıntıları və xırda hissələri yaranır. 
 
Müxtəlif 
mineralların 
genişlənməsi 
əmsalı 
eyni 
olmadığı  üçün  mürəkkəb  süxurlar,  bəsit  (sadə)  süxurlara 
nisbətən  sürətlə  aşınır.  Fiziki  aşınma  prosesində  xırdalanan 
hissələrin ölçüsü yəqin ki, 0,001 mm-dən kiçik olmur. 
 
Torpaqəmələgəlmə  prosesində  fiziki  aşınma  böyük 
əhəmiyyətə  malikdir, o, kimyəvi  və  bioloji  aşınmanın  intensiv 
getməsinə  şərait  yaradır.  Bu  onunla  aydınlaşdırılır  ki,  hissələr 
xırdalandıqca  onun  xüsusi  səthi  böyüyür  və  bununla  da 
aşınmanın  kimyəvi  və  bioloji  amilləri  ilə  daha  asan  əlaqə 
yaranır. 
 
Kimyəvi aşınma  –  Kimyəvi aşınma zamanı  minerallar 
parçalanmaya  və  sintezə  məruz  qalır.  Bunun  nəticəsində  ilkin 
süxurda  olmayan  yeni  minerallar  yaranır.  Kimyəvi  aşınmanın 
əsas amilləri – su, oksigen, karbon qazı və temperaturdur. 
 
Qranitin tərkibinə kvars, çöl şpatı, avqit, slyuda və digər 
minerallar daxildir. Kvars (SiO2) yer səthində çox 
davamlı  mineral  olduğu  üçün  planetimizdə  olduqca  çox 
toplanmışdır. Çöl şpatı kimyəvi təsirə qarşı az davamlıdır. 
 
Kimyəvi  aşınma  prosesinin  intensivliyinə  görə  iki  əsas 
tip  ayrılır:  sialit  və  allit.  Sialit  aşınma  tipi  mülayim  iqlimi  və 
orta 
miqdarda 
atmosfer 
yağıntıları 
olan 
ərazi 
üçün 
xarakterikdir. Bu zaman aşınma zamanı  əsasən alümosilikatlar 
və ferrisilikatlar yaranır. 
 
Allit tipli aşınma rütubətli və isti iqlimi olan ərazi üçün 
xarakterikdir.  Belə  şəraitdə  süxurda  intensiv  hidroliz  gedərək 
alüminium, dəmir və silisium hidroksidləri əmələ gəlir. 
 
Bioloji  aşınma.  –  Minerallara  bitkinin  kökləri, 
həmçinin mikrobların, bitkinin və heyvanat aləminin fəaliyyəti 
nəticəsində  ayrılan  və  onların  çürüməsindən  alınan  məhsullar 
təsir göstərir. 


 
115 
 
Orqanizmlər  davamlı  məhsulların  aşınmasına  böyük 
təsir  göstərir.  Akademik  V.İ.Vernadski  canlı  orqanizmlərin 
aşınma prosesində böyük əhəmiyyətini qeyd edərək, belə hesab 
edir  ki,  kaolin  abiotik  şəraitdə  davamlıdır.  Lakin  o, 
orqanizmlərin  bilavasitə  iştirakilə,  yəni  bioloji  olaraq 
parçalanır.  Bəzi  yosunlar  silisium  turşuları  ayıraraq  kaolini 
parçalayır.  Belə  parçalanma  yosunlar  tərəfindən  ayrılan  və 
tərkibində pektin maddələri olan seliyin təsirilə gedir. 
 
Yağlı-turşu  və  nitrifikasiya  mikroorqanizmləri  ayırdığı 
maddələrlə  apatit  və  silikatları  sürətlə  parçalayır.  Süxurların 
səthinə  göy-yaşıl  yosunlar  da  böyük  təsir  göstərir.  Belə 
yosunlar  və  nitrifikasiya  bakteriyaları  qranitə  böyük  təsir 
göstərir. 
 
Çöküntü  süxurların  aşınması.-  Yer  səthində  çöküntü 
süxurları  daha  geniş  yayılmışdır.  Bu  süxurlar  müxtəlif 
torpaqların formalaşmasında çox iştirak edir. 
 
Çöküntü süxurlar törəmə (təkrar) süxurlar hesab olunur. 
Bu  süxurların  tərkibində  həm  ilkin  minerallar,  həm  də  massiv 
kristallik və metamorfik süxurların aşınması nəticəsində əmələ 
gələn  davamlı  minerallar  vardır.  Çöküntü  süxurların  aşınması 
xüsusiyyəti  onun  quruluşundan  və  kimyəvi  tərkibindən  asılı 
olaraq  gedir.  Məsələn,  konqlomerat  və  brekçiya  əsasən  ilkin 
süxurlardan  təşkil  olunub,  ancaq  sementləşmiş  maddəsində 
aşınma prosesində yaranan törəmə minerallar iştirak edir. Belə 
halda  çöküntü  və  ilkin  süxurların  aşınması  prosesində  az  fərq 
ola  bilər.  Əhəng  daşları  və  gil  şistlərinin  aşınması  isə  başqa 
cürdür. Bu süxurlar  ilkin  süxurların aşınmasından əmələ gələn 
minerallardan ibarət olub, həmin termik şəraitdə özünü davamlı 
göstərir. 
 
Aşınma  nəticəsində  belə  süxurlar  az-çox  dəyişkənliyə 
uğraya bilən mineralların hesabına gedərək fiziki  xırdalanır və 
kimyəvi tərkibi dəyişir. 
 
Əhəng  daşı  aşınma  prosesində  aşağıdakı  dəyişikliyə 
düçar  olur.  Onun  tərkibinə  karbon  qazı,  kaolin,  krem  silisium 


 
116 
turşusu, kvars, dəmir hidratı, alüminium, marqans, az miqdarda 
fosfat,  xlorid,  sulfat  və  digər  birləşmələr  daxil  olur.  Bu 
mineralların  çoxu  kimyəvi  dəyişkənliyə  uğramır.  Belə  ki, 
xloridlər,  sulfatlar  və  qismən  fosfatlar  suda  həll  olaraq 
dəyişkənliyə uğramayaraq ayrılırlar. Kaolin  – davamlı  mineral 
olub  qismən  mikroorqanizmlər  tərəfindən  parçalanır.  Odur  ki, 
süxur  bu  mineralla  zənginləşir.  Onun  tərkibindəki  kalsitin 
karbon  qazının  miqdarı  kəskin  dəyişəcək.  Bu  duz  havadakı 
karbon qazı və su ilə asan reaksiyaya uğrayır. 
 
Bu  zaman  suda  həll  olan  iki  kalsium-karbonat  əmələ 
gəlir.  Aydındır  ki,  belə  reaksiya  nəticəsində  əhəng  daşı  kalsiti 
itirəcək, eyni zamanda  həll olmayan davamlı  minerallarla (gil, 
silikat  turşusu,  dəmir  və  alüminium  oksidi)  nisbətən 
zənginləşəcəkdir.  Əhəng  daşı  ağımtıl  boz  rəngdən  qırmızımtıl 
və qonur rəngə çevriləcəkdir. Onun aşınma məhsulu çox xırda 
hissəciklərdən  ibarət  olur.  Məhz  buna  görə  də  əhəng  daşları 
üzərində aşınma zamanı gilli torpaqlar yaranır. 
 
Aşınma  nəticəsində  əhəng  daşlarının  yerində  mergellər 
–  karbonatlı  gillər  və  hətta  təmiz,  yəni  karbonatsız  gillər 
yaranır. Sonralar onların üzərində gilli torpaqlar əmələ gəlir. 
 
Gilli şistlər də göstərildiyi kimi aşınmaya məruz qalır. 
  
4.5. Torpaqəmələgətirən amillər 
  
Hələ  1875-76-ci  illərdə  Həsənbəy  Zərdabi  ilk  dəfə 
olaraq  öz  əsərlərində  əsas  4  faktorun  torpaqəmələgəlmə 
prosesində  rolunu  göstərmişdir:  ana  süxur,  bitki  və  canlı 
orqanizmlər,  iqlim  və  insanın  təsərrüfat  fəaliyyəti.  Ondan  8  il 
sonra  V.V.Dokuçayev  5  amili  (torpaqəmələgətirən  süxurlar, 
bitki  və  heyvan  orqanizmləri,  iqlim,  relyef  və  ərazinin 
(ölkənin)  geoloji  yaşı)  torpağın  əmələgəlməsində  rolunu  daha 
geniş  izah  etmişdir.  Sonralar  V.R.Vilyams  torpaqəmələgətirən 
amillərə insan fəaliyyətini də daxil etmişdir. İndiki torpaqşünas 
tədqiqatçılar  torpaqəmələgəlmə  prosesində  qrunt  sularının  da 
böyük rol oynadığını göstərirlər. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə