ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə36/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

 
120 
 
Bakteriyalar  torpaqda  olan  mikrocanlıların  ən  çoxunu 
təşkil  edir.  Bakteriyasız  torpaq  yoxdur.  Onun  çox  miqdarı 
torpağın üst, əsasən şum qatında yerləşir. 
 
Oksigenə  tələbinə  görə  bakteriyalar  aerob,  anaerob,  və 
fakültətiv  bakteriyalara  bölünür.  Aerob  bakteriyalar  yalnız 
havanın  oksigeni  şəraitdə,  anaerob  bakteriyalar  havasız 
şəraitdə, fakültətiv bakteriyalar isə həm havalı, həm də havasız 
şəraitdə fəaliyyət göstərir. 
 
Çöpşəkilli 
bakteriyalar 
batsilla
kürəşəkilli 
bakteriyalar-kokki
bükülmüş 
bakteriyalar-spiril
çox 
bükülmüş  bakteriyalar  isə  spiroxetlər  adlanır.  Bakteriyalar 
bitki aləminə daxil olanda hüceyrələrində xlorofil olmur. 
 
Hərəkətli  və  hərəkətsiz  bakteriyalar  mövcuddur. 
Qidalanmasına  görə  bakteriyalar  avtotrof  və  heterotrof 
bakteriyalara  bölünürlər.  Avtotrof  bakteriyalar  karbon  qazını 
mənimsəyərək  və  karbondan  istifadə  edərək  üzvi  maddələr 
yaratmaq  qabiliyyətinə  malikdir.  Heterotrof  bakteriyalar  isə 
karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir. 
 
Energiyadan istifadəsinə görə bakteriyalar fotoavtotrof
hemoavtotrof və heterotrof bakteriyalara bölünür. 
 
Fotoavtotroflar  günəş  işığından,  hemoavtoqraflar-
mineral 
birləşmələrin 
oksidləşməsi 
zamanı 
ayrılan 
energiyadan,  heteroqraf  bakteriyalar  isə  üzvi  birləşmələrin 
oksidləşmələrindən alınan energiyadan istifadə edirlər. 
 
Torpaqda  hemotraf  bakteriyalar  geniş  yayılmışdır. 
Bunlardan  dəmir  bakteriyaları  böyük  maraq  doğurur.  Onlar 
dəmirin  aşağı  oksidli  birləşməsini  dəmir  oksid  formasına 
çevirir: 
 
2FeCO3+3H2O+O=2Fe(OH)3+2CO2+121.2 coul 
 
Təbiətdə  azotun  dövranında  bilavasitə  iştirak  edən 
bakteriyalar  xüsusi  yer  tutur.  Bunlar  torpaqda  nitrifikasiya 
prosesi apararaq ammoniumu azot turşusuna çevirir: 
 


 
121 
2NH3+3O2=2HNO2+2H2O+718.9 coul 
 
belə  oksidləşmə  reaksiyası  Nitronomonos  tipli  bakteriyaların 
köməyilə gedir. 
 
Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir: 
 
2HNO2+O2=2HNO3+108.7 coul 
 
 
Bu reaksiyada nitrobacterlər iştirak edir. 
 
Nitrifikasiya 
prosesindən 
başqa 
torpaqda 
mikroorqanizmlərin  təsirilə  başqa  bir  proses  denitrifikasiya  və 
ya  nitratların  sərbəst  azota  qədər  reduksiya  prosesi  gedir.  Bu 
proses  iki  mərhələdə  keçir:  əvvəlcə  nitratlar  nitritlərə  qədər, 
sonra  isə  nitritlər  –  sərbəst  azota  qədər  bərpa  (reduksiya) 
olunur. 
 
C6H12O6+4NO3=6CO2+6H2O+2N2 
 
və ya 
 
3C+4KNO2+H2O=2KHCO3+K2CO3+2N2 
 
 
Denitrifikasiya  prosesi  denitrifikator  bakteriyaların 
təsirilə baş verir. 
 
Mühüm  orqanizmlərdən  1860-cı  ildə  İ.S.Voronin 
tərəfindən  tapılan  hemotroflar  –  kök  bakteriyaları  və  anaerob 
mikroorqanizmin  –  klostridiumu  göstərmək  olar.  Hər  iki 
mikroorqanizm  növü  azotun  dövranında  fəal  iştirak  edir,  odur 
ki,  onların  torpaqəmələgəlmədə  və  torpağın  münbitliyində 
böyük əhəmiyyəti vardır. 
 
İlk  dəfə  1938-ci  ildə  fransız  kimyaçısı  Bussenq  aşkar 
etmişdir  ki,  paxlalı  bitkilərdən  sonra  torpaqda  daha  çox  azot 
toplanır. 


 
122 
 
Aktinomisetlər  və  ya  şüalı  göbələklər  torpaqda,  suda 
və  peyində  geniş  yayılmışdır.  1qram  torpaqda  aktinomisetlər 
15…36 milyona, və ya 1 hektarda 500:700 kq-a qədər ola bilər. 
Aktinomisetlər  humusun  (çürüntünün)  əmələ  gəlməsində  fəal 
iştirak edir. 
 
Göbələklər  –tipik  heterotroflar,  yəni  hazır  üzvü 
maddələrlə  qidalananlar  hesab  olunur.  Göbələyin  vegetativ 
gövdəsi 
mitseli 
adlanır. 
Ali 
göbələklərin 
mitseliləri 
çoxhüceyrəli olur. 
 
Göbələklər 
torpaqəmələgəlmə 
prosesində 
böyük 
əhəmiyyətə  malikdir,  onlar  mürəkkəb  üzvi  maddələri  mineral 
birləşmələrə  qədər  parçalaya  bilir.  Göbələklər  özündən  sonra 
torpaqda  suya  davamlı  struktur  yarada  bilən  çoxlu  humus 
saxlayır. 
 
Yosunlar.  Yuxarıda  göstərilən  bitki  orqanizmlərindən 
fərqli olaraq yosunlar öz hüceyrələrində xlorofil saxlayır. Onlar 
işıq  şəraitində  mineral  birləşmələrdən üzvi  maddələr  yaratmaq 
qabiliyyətinə malikdir (fotosintez). 
 
Yosunlar  torpaqda,  ən  çox  torpağın  üst  qatında 
hərtərəfli  yaranıb.  Torpaq  səthinin  nəmliyi  yosunların  əmələ 
gəlməsi üçün  mühüm  şərait sayılır. İşıqda  yosunlar karbondan 
–  CO2-dən  istifadə  edir,azotu  isə  mineral  birləşmələrdən 
mənimsəyir.Torpaqda  yosunlar  süxurların  aşınması  prosesində 
fəal iştirak edir. Diatom yosunları qrupu əsasən alümosilikatları 
parçalayır. 
 
Bəzi  göbələklərlə  birlikdə  yosunlar  da  CO2  –  dən 
istifadə edərək üzvi maddələrin toplanmasında iştirak edir. 
 
Yaşıl, göy-yaşıl və diatom yosunlar mövcuddur. 
 
Şibyələr.  Yerüstü  yosunlar  olub  birgə  yaşayan 
göbələklər  qrupudur.  Beləliklə,  şibyədə  iki  bitki  –  göbələk  və 
onun  üzərində  yerləşib  birgə  yaşayan  yosun  görünür.  Bu  iki 
bitkinin  simbiozunda  yosunlar  bütün  yaşıl  bitkilər  kimi  üzvi 
maddələr  sintez  edir,  bu  zaman  onlar  şibyələrin  əldə  etdiyi 
sudan  istifadə  edir,  göbələk  isə  yosunların  hüceyrələrindən 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə