ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə37/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

 
123 
qismən  qida  kimi  istifadə  edir.  Şibyələrə  həm  ağaclarda,  həm 
yerdə,  qayalarda,  daş  üzərində,  dəmir  yzərində,  hətta  şüşə 
üzərində rast gəlmək olar. 
 
Mamırlar  şibyə  və  yosunlardan  daha  inkişaf  etmiş 
vegetativ  və  çoxalma  üzvlərilə  seçilir.  Mamırlar  yaxşı  inkişaf 
etmiş xloroplastı olan avtotrof orqanizimlərdir. Boyları 20…30 
sm-dən  hündür  olmur.  Kökləri  olmur,  sübstrata  xüsusi 
tükcüklərlə  –  rizoidlərlə  yapışır.  Quş  mamırının  gövdəsi  və 
xırda  yarpaqları olur. Sfaqnum  və  ya torf  mamırının da gövdə 
və xırda yarpaqları olur, onlar həmçinin çoxlu miqdarda havalı 
hüceyrələrə də malik olur. 
 
Mamırlar və şibyələr yararsız sahələrdə, daşlar üzərində 
pioner bitki kimi inkişaf edir. Məhv olarkən mamırlardan çoxlu 
üzvi maddələr qalır, sonralar onların üzərində çiçəkli bitkilərin 
inkişafına  şərait  yaranır.  Mamırlar-bataqlıqlarda  və  bataqlıq 
meşələrdə əsas torfəmələgətirən bitki sayılır. 
 
İbtidailər.  Torpaqda  yaşayan  ibtidailərə  qamçılılar, 
kökayaqlılar  və  infuzorlar  daxildir.  İbtidailər  –  aerobdurlar. 
Üzvi  maddələrlə  zəngin  olan  torpaqlarda  amyöblər  yayılır. 
İbtidailər  mürəkkəb  üzvi  maddələri  daha  sadə  üzvi  maddələrə 
çevirir. 
 
Heyvanat 
aləmi. 
Torpaqda 
çoxlu 
miqdarda 
soxulcanlar,  qurdlar,  gəmiricilər,  qarışqalar  və  həşəratların 
sürfələri  yaşayır.  Onlar  öz  həzm  yolundan  xırdalanmış  üzvi 
maddələri  keçirərək  torpağı  ifrazatları  ilə  zənginləşdirir  və 
torpağın  mikro  və  makrostrukturunun  yaranmasına  şərait 
yaradır.  Bu  canlılar  həm  də  torpağı  qarışdırır,  xırdalayır, 
bununla da torpağın aerasiyası yaxşılaşır və torpaqəmələgəlmə 
prosesi sürətlənir. 
 
Torpaq  soxulcanları  öz  orqanizmlərindən  il  ərzində  bir 
hektara  25 ton  torpaq keçirir.  Soxulcanların  ifrazatları  azot  və 
fosforla  zəngin  olub,  suyadavamlı  aqreqatlar  yaradır. 
Soxulcanlar  öz  həyat  fəaliyyəti  nəticəsində  torpağın  fiziki 
xassələrini yaxşılaşdırır (məsaməliyi, susızdırmanı). 


 
124 
 
Ali  bitkilərin  torpaqəmələgəlmədə  rolu  xüsusilə 
V.R.Vilyams  tərəfindən  aşkara  çıxarılmışdır.  O  üzvi  maddələr 
yaradan  3  ali  yaşıl  bitki  formasiyası  və  3  mikroorqanizmlər 
qrupu ayırır. 
 
1.  Ağac  formasiyası  –  anaerob  mikroblarının  zəif 
iştirakilə ağac bitkilərinin göbələk orqanizmlərilə birliyi. 
 
2.  Ot  çəmən  formasiyası  –  əsasən  mezofil  çəmən 
bitkilərinin anaerob və aerob bakteriyalarilə birliyi. 
 
3.  Ot  çöl  (bozqır)  formasiyası  –  kserofil  çöl  otlarının 
aerob bakteriyalarilə birliyi. 
 
İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında 
podzoləmələgəlmə prosesi gedir və podzol torpaqlar yaranır. 
 
Mezofil  çəmən  ot  bitkiləri  altında  rütubətli  çimli-
podzol, çimli-çəmən və çimli torpaqlar yaranır. 
 
Çöl  (kserofil)  bitkiləri  altında  çöl  (bozqır)  torpaqları 
(qaratorpaq,  şabalıdı  torpaq)  və  səhra  torpaqları  (bozqonur) 
əmələ gəlir. 
 
Antropogen  amil.  (insanın  təsərrüfat  fəaliyyəti) 
Antropogen  amillər  bütün  torpaq  tiplərinə  öz  təsirini 
göstərmişdir. Bununla  əlaqədar olaraq  çox yerdə  təbii torpaq 
tipi  qalmamışdır,  yeni  mədəni  torpaqlar  yaranmışdır: 
bataqlıqlar  qurudulmuş,  səhra,  çöl  torpaqlarında  suvarılma 
tətbiq  olunmuş,  şoran  torpaqların 
meliorasiyası 
işləri 
aparılmışdır.  Dağ  ərazilərdə  meşələrin  yerində  bağlar, 
üzümlüklər  yaradılmış,  bəzi  yerdə  təbii  relyef  dəyişmiş, 
yamaclar terraslara çevrilmişdir. 
 
Müasir  insan  nəinki  bioloji,  hətta  geoloji  amil 
olmuşdur. 
  
 
 


 
125 
FƏSİL 5. 
 
MÜASİR DÖVRDƏ ƏTRAF MÜHİTİN 
MONİTORİNQİNİN ROLU 
 
5.1. Ekoloji monitorinq anlayışı 
 
 
“Monitorinq” 
termini 
latın 
sözü 
monitor”  sözündən  əmələ  gəlib,  müşahidə  edən, 
xəbərdaredici  (paruslu  gəmidə  irəliyə  baxan  matros 
belə  adlandırılırdı)  deməkdir.  İnsanı  əhatə  edən  təbii 
mühitin  qlobal  monitorinq  ideyası  və  “monitorinq” 
termininin özü 1971-ci ildə  BMT-nin ətraf mühit üzrə 
Stokholm konfransının keçirilməsinin (1972) hazırlığı 
ilə  əlaqədar  olaraq  yaranmışdır.  Belə  bir  sistemin 
işlənməsi  üzrə  ilk  təkliflər  ətraf  mühitin  problemləri 
üzrə  Elmi  komitə  tərəfindən  irəli  sürülmüşdür 
(SKOPE). 
 
1973-cü 
ildə 
professor 
R. 
Menn 
məsələnin 
qoyuluşu 
aspektində 
monitorinq 
konsepsiyasını  ifadə  etmiş  və  bu  monitorinq  üzrə 
birinci  hökumətlərarası  iclasda  müzakirə  edilmişdir 
(Nayrobi,  1979-cu  ilin  fevralı).  R.  Menn  təklif 
etmişdir  ki,  ətraf  təbii  mühitin  bir  və  ya  daha  çox 
elementinin 
əvvəlcədən 
müəyyən 
məqsədlərlə 
hazırlanmış  proqram  üzrə  məkan  və  zamana  görə 
təkrar 
surətdə 
aparılmış 
müşahidələr 
sistemi 
monitorinq adlandırılsın. 
 
Hal-hazırda  “ekoloji  monitorinq”  termini 
dedikdə  ətraf  təbii  mühitin  vəziyyətinin  müşahidə, 


 
126 
nəzarət,  qiymətləndirilmə  sistemi,  proqnozu  və 
idarəedici  məsələlərin  həllinin  hazırlığı  və  qəbulunun 
informasiya təminatı başa düşülür   (şək.5.1).   
 
Ekoloji  monitorinqin  məqsədi  –  təbiəti 
mühafizə  fəaliyyətinin  idarə  edilməsinin  və  ekoloji 
təhlükəsizliyin 
informasiya 
təminatının 
təmin 
edilməsidir (şək. 2).  
 
Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün 
hökmən aşağıdakı suallara cavab vermək lazımdır: 
 
•  təbii  mühitin  əvvəlki  texnogenez 
vəziyyətilə  (nisbi  və  ya  mütləq  formada)  müqayisədə 
nəzərdən  keçirilən  zaman  kəsiyində  vəziyyəti  necədir 
və  proqnoz  edilən  zaman  ərzində  təbii  mühitdə  hansı 
dəyişikliklər (müsbət, mənfi) gözlənilir;  
 
•  baş  vermiş  dəyişikliklərin  və  gələcəkdə 
baş  verə  biləcək  dəyişikliklərin  səbəbləri  nədir  (o 
cümlədən  arzuedilməz,  məhvedici,  böhran)  və  bu 
dəyişikliklərin  mənbəyi  nə  olub,  nədir  və  nə  ola  bilər 
(bir qayda olaraq zərərli texnogen təsirlər); 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 1. Ekoloji monitorinqin blok-sxemi 
Müşahidələr 
Faktiki 
vəziyyətin
 
qiymətləndirilmə
 
Mühitin 
keyfiyyətinin 
tənzimlənməsi 
Vəziyyətin 
proqnozu  
Proqnozlaşdırıla
n vəziyyətin
 
qiymətləndirilmə
si 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə