ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə31/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

 
104 
 
Torpaq  havası  və  atmosfer  arasında  mübadilə  gedir. 
İnfiltrasiya,  buxarlanma,  axım  və  s.  proseslər  zamanı  suyun 
torpağın  daxilində  hərəkəti,  torpağın  suyun  qlobal  dövranında 
aktiv iştirak etməsinə səbəb olur. 
 
Bu  zaman  su  torpaq  məhlulunu  əmələ  gətirərək 
torpaqəmələgətirmə  prosesində  aktiv  iştirak  edir.  Aşınma 
proseslərinə məruz qalan litosferin üst hissəsi torpağın mineral 
komponentlərinin mənbəyi hesab olunur. 
 
Beləliklə torpaq, həm təbii cisim,  həm  dinamik sistem, 
həm də landşaftın bir hissəsi hesab edilir. 
 
V.A.Kovdaya  (1985)  görə  torpaq  örtüyünün  əsas 
funksiyaları aşağıdakılardır: 
 
-  bioekoloji  (torpaq  canlı  maddələrin  yerləşdiyi  və 
fəaliyyətdə olduğu yerdir); 
 
-  bioenergetik  (humus  və  digər  üzvi  maddələrdə  günəş 
enerjisinin toplanaraq bioloji kütləyə çevrilmə sahəsi); 
 
-  azotun  fiksasiya  funksiyası  və  zülalların  əmələ 
gəlməsi; 
 
-  əsas  kimyəvi  elementlərin  qlobal  biogeokimyəvi 
dövriyyəsində aktiv agentlərin funksiyası; 
 
-  Alt  kristal  süxurları  xırda  fraksiyalara  çevirmə 
funksiyası (aşınma); 
 
-  hidroloji  funksiya  (geosferlər  arasında  aktiv  su 
mübadiləsi sahəsi); 
 
-  meteroloji  funksiya  (atmosferin  tərkib  və  rejiminin 
formalaşmasına aydın təsir göstərən sahə.). 
 
Ekoloji 
problemlərin 
çoxu 
pedosferlə 
bağlıdır. 
Atmosferin  kimyəvi  dəyişməsi  və  onun  yaratdığı  nəticələr 
maddələrin  qlobal  biogeokimyəvi  tsiklində  iştirak  etməsindən 
asılıdır.  Okeanların,  kənar  və  daxili  dənizlərin,  xüsusən  sahil 
zonasının vəziyyəti materiklərdən axım vasitəsilə gətirilən həll 
olan  və  asılı  kimyəvi  maddələrlə  təyin  olunur.  Bütün  bu 
maddələrin  maye  axınının  formalaşmasında  torpaq  örtüyü  və 
onun vəziyyəti olduqca böyük rol oynayır. 


 
105 
 
Təbii  ekosistemlərin  vəziyyətinin  və  məhsuldarlığının 
dəyişməsi,  xüsusilə  meşəsizləşdirmə  və  səhralaşma  torpaq 
örtüyünün  vəziyyətinə  təsir  göstərir,  bu  isə  onun  sonrakı 
məhsuldarlığının  aşağı  düşməsinə  səbəb  olur.  Nəhayət,  süni 
yaradılan  və  ya  insan  tərəfindən  güclü  dəyişikliyə  uğrayan 
ekosistemlərdə  (aqroekosistemlərdə)  baş  verən  ətraf  mühit 
problemləri  də  torpaq  örtüyünün  vəziyyətilə  sıxı  surətdə 
bağlıdır. 
 
Potensial  münbitlik  nöqteyi  nəzərincə  qurunun  böyük 
hissəsi  aşağıdakı  məhduddiyyətlərə  görə  əkinçilik  üçün 
yararsız,  azyararlı  və  ya  əlverişsiz  sayılır.  (buzlaqlar  daxil 
olmaqla ümumi sahəyə görə %-lə). (Cədvəl 4.1). 
                                                                               Cədvəl 4.1. 
 
 
 
Qeyd edək ki, torpaq bir neçə əlamətə görə azyararlı ola 
bilər.  Odur  ki,  istifadə  üçün  yararsız  torpaqların  ümumi  cəmi 
cədvəldə  göstərilənə  nisbətən  azdır.  Belə  qiymətlərdən  birinə 
görə  dünyada  şumlama  üçün  yararlı  torpaqların  sahəsi  32,8 
milyon  km2-dir.  Bu  isə  qurunun  ümumi  sahəsinin  22%-ni 
təşkil edir. 
 
İ.A.Krupenikov,  V.A.Kovda  (1985),  Q.V.Dobrovolski, 
Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992) elmi işlərinə 
və  fikirlərinə  əsaslanaraq  torpağın  aşağıdakı  əsas  ekoloji 
funksiyalarını göstərir: 
 
Energetik  funksiya.  Enerjinin  çox  miqdarı  torpağın 
mineral hissəsində toplanır, lakin bu enerji olduqca stabil olub 
onun davamlığını təmin edir, maddələrin dövranı proseslərində 
və  ekosistemlərin  bioloji  məhsuldarlığında  isə  nisbətən  az 
iştirak  edir.  Digər  mühüm  məsələ  odur  ki,  bitki  fotosintez 
prosesində  günəş  enerjisini  toplayır.  Canlı  maddədə  onun 
dövranı  tez  (bir  neçə  il,  on  illər)  başa  çatır,  lakin  canlı  maddə 


 
106 
ölmüş, quru (bitki) halında torpağa düşdükdə qismən ilkin son 
məhsullara  (su,  CO2,  azot  və  başqa  kimyəvi  maddələr)  qədər 
parçalanır,  qismən  isə  humusa  çevrilir.  Humusda  böyük 
(əsrliklər)  enerji  ehtiyatı  cəmləşərək  hər  il  bioloji  dövrandan 
kənarlaşır və beləliklə, torpağın güclü enerji potensialı yaranır. 
 
Hidroloji  funksiya.  Əgər  torpaq  olmasaydı,  okeanla 
quru arasında suyun dövranı tez başa çatardı. Yer səthinə düşən 
atmosfer  yağıntıları  yamac  boyu  böyük  sürətlə  axıb  çaylara, 
sonra isə dəniz və okeanlara axıb gedərdi. 
 
Özünün 
humusluluğu, 
strukturluğu 
(aqreqatlığı), 
məsaməliyi,  sukeçiriciliyi  və  rütubət  tutumu  ilə  torpaq  suyun 
dövranını  kəskin  zəiflədir,  müntəzəmləşdirir,  quruda  suyun 
böyük  və  geniş  differensial  ehtiyatının  yaranmasına  şərait 
yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən 
istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya 
sərf olunur. 
 
Torpağın  hidroloji  və  energetik  funksiyaları  arasında 
birbaşa  əlaqə  vardır,  torpaqda  nə  qədər  çox  (müəyyən  həddə 
qədər)  enerji  toplanarsa,  onun  hidroloji  funksiyası  da  artar. 
Burada da torpağın humusu müəyyən rola malikdir. Qumlu və 
torflu torpaqlar istisnalıq təşkil edir. 
 
Geoloji  funksiya  bir-birinə  əks  olan  iki  proseslə  ifadə 
olunur.  Birinci,  bu  funksiya  sayəsində  torpaq  davamlı                           
təbii  törəmə  kimi  alt  qatda  yerləşən  yumşaq  dağ  süxurlarını 
istənilən  xarakterli  (yuyulma,  uçqun)  dağılmaqdan  qoruyur. 
İkinci, torpaq dağıldıqda mexaniki təsirlərin gücü (qravitasiya, 
külək,  xüsusən  axar  sular)  nəticəsində  aparılan  torpaq 
materialından  yeni  –  delüvial,  hətta  prolüvial  dağ  süxurları 
əmələ gəlir, onlar bir qədər dəyişilmiş şəkildə torpağın bir çox 
xassələrini  özündə  saxlayır.  Lakin  dağıdıcı  proseslər  davam 
etdikdə «qalıq» torpaq xassələri də zəifləyir. Torpaq kütləsinin 
bir  hissəsi  eroziya  (denudasiya)  zamanı  dəniz  və  okeanlara 
çataraq dəniz çöküntü materialı əmələ gətirir. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə