ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə29/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

 
98 
FƏSİL 4. 
 
LİTOSFERƏ ANTROPOGEN TƏSİR. 
 
 
4.1. İnsanın Yer qabığına təsiri 
 
Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi 
(mərkəzi),  mantiyası  və  Yerin  qabığından  ibarətdir.  Daxili 
nüvənin  radiusu  1250  km,  Yerin  həcminin  0,7%,  kütləsinin 
1,2%-ni  təşkil  edir.  Onun  bərk  cisim  olub  ərimə  vəziyyətinə 
yaxın olduğu ehtimal edilir. Nüvənin  xarici (kənar) qatı 2900-
5000  km  dərinlikdə  yerləşib  bütün  Yerin  həcminin  15,2%, 
kütləsinin  29,8%-ni  tutur.  Onun  ərimiş-maye  halında  olması 
güman edilir, Yer nüvəsinin temperaturu 50000-yə, sıxlığı 12,5 
t/m3-a yaxındır. 
 
Yerin  mantiyası  Yer  qabığı  ilə  yerin  nüvəsi  arasındakı 
təbəqədir,  onun  aşağı  sərhədi  təxminən  2900  km  dərinlikdə 
yerləşir,  qalınlığı  2  min  km-ə  yaxındır,  əsasən  maqnezium  və 
dəmir, ağır metallardan ibarətdir. Yuxarı mantiyanı 60-250 km 
dərinlikdə  ərimiş  hala  yaxın  bazalt  təşkil  edir.  500  km 
dərinlikdə  temperaturu  1500
0
,  2900  km  dərinlikdə  təzyiq 
1,35milyon kq/sm
2
 bərabərdir. 
 
Yerin  qabığı  onun  xarici  bərk  qatına  deyilir.  Üstdən 
atmosfer  və  hidrosferlə,  altdan  seysmik  məlumatlarla 
müəyyənləşdirilmiş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç 
səthi  ilə)  hüdudlanır.  Yer  qabığı  materiklərdə  və  okeanların 
altında  müxtəlifdir.  Materikdə  yer  qabığının  qalınlığı  adətən 
35-45  km,  dağlıq  ərazilərdə  75  km-ə  qədərdir.  Okeanda  Yer 
qabığının  qalınlığı  5-10  km-dir  (su  qatı  ilə  birlikdə  9-12  km). 
Yer  qabığının  orta  sıxlığı  2,8  q/sm3-dir,  onun  kütləsi  Yerin 
bütün kütləsinin 0,8%-ni təşkil edir. 
 
Yer  qabığında  yuxarıdan  aşağı  üç  qat  ayrılır:  çökmə, 
qranit  və  bazalt  qatları.  (Şəkil  4.1.)  Yuxarı  qatda  gillər,  gil 
şistləri,  qumlucalar,  karbonatlı  və  vulkanik  suxurlar  üstünlük 
təşkil  edir.  Çökmə  qatının  qalınlığı  çökəkliklərdə    20-25  km, 


 
99 
kristallik şistlərdə (qalxanlarda) isə praktiki olaraq sıfıra qədər 
ola bilər. Yer qabığının orta qatı öz xassələrinə görə qranitə  
 
 
Şəkil 4.1. Litosferin quruluş sxemi (Korobkin, Peredelski, 2001)  
 
yaxındır  (qranitlər,  qneyslər,  qranodioritlər,  dioritlər,  kristallik 
şistlər,  amfibolitlər).  Bu  qat  okeanlarda  olmur,  kontinentlərdə 
isə  onun  qalınlığı  bir  neçə  on  kilometrlərə  çatır.  Bazalt  qatı 
kristallik  süxurlardan  təşkil  olunub  qranit  qatına  nisbətən  sıx 
(bərk)  olur.  Okeanın  altında  onun  qalınlığı  2-7  km, 
kontinentlərin altında isə 15-40 km-ə çatır. 
 
Yer  qabığının  quruluşu  olduqca  müxtəlifdir,  lakin  əsas 
2  qabıq  tipi  ayrılır:  kontinental  və  okean.  Kontinental  qabığın 
tipik  kəsiyində  yuxarıda  orta  qalınlığı  3  km,  sıxlığı  2,5  q/sm3 
olan  çökmə  süxurlar  yerləşir.  Daha  dərində  orta  dərinliyi  17 
km,  sıxlığı  2,6-2,8  q/sm3  olan  qranit  –  metamorfik  qatı 
yerləşir, onun altında isə orta dərinliyi 15 km və sıxlığı 2,9-3,3 
q/sm3 olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində 
yumşaq  çöküntülərin  orta  qalınlığı  0,7  km  təşkil  edir,  bu  qat 
bilavasitə bazaltın üstündə yerləşir. 


 
100 
 
Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi 
litosferi  əmələ  gətirir.  Zəlzələlərin  əksəriyyət  mənbəyi 
litosferdə, əsasən yuxarı 30 km-də yerləşir. 
 
Litosferin  ən  üst  qatları  digər  geosferlərlə  birlikdə  və 
qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində litosferin 
üst  qatında  suyun,  havanın  və  canlıların  birgə  məhsulu  olan 
aşınma  qabığı  yaranır.  Aşınma  qabığında  torpaq  inkişaf  edir. 
Aşınma  qabığının  qalınlığı  və  quruluşu  bütövlüklə  coğrafi 
zonallıq  qanununa  tabedir.  Nival  və  arid  qurşaqlarda  aşınma 
qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən 
sadə  olur.  Lakin  ekvator  qurşağında  aşınma  qabığı  çox 
mürəkkəb  quruluşlu,  inkişaf  tarixi  uzun  müddətli,  qalınlığı  isə 
60 m-i keçə bilər. 
 
Litosferin üst horizontları adətən bilavasitə atmosfer və 
hidrosferlə  əlaqədə  olur.  Quruda  litosfer  torpaqla  (pedosfer), 
bitki  ilə  (biosfer)  və  ya  soyuq  şəraitdə  buz  və  qarla  (kriosfer) 
örtülü  olur.  Yalnız  səhrada  litosfer  bilavasitə  (aşınma  qabığı 
ilə)  atmosferlə  əlaqədə  olur.  Eyni  zamanda  torpaq  və  aşınma 
qabığı  ilə  atmosfer  və  litosfer  arasında  aktiv  qaz  mübadiləsi 
gedir.  Litosfer  və  təbii  sular  arasında  qarşılıqlı  əlaqə  daha 
yüksək  dərəcədə  gedir,  belə  ki,  yeraltı  sular  həm  hidrosferin, 
həm də litosferin bir hissəsidir. 
 
Beləliklə,  litosferin  ən  üst  horizontları  digər  sferlərlə 
aktiv  surətdə  qarşılıqlı  əlaqədə  olur.  Bu  qarşılıqlı  əlaqə  yer 
səthində maksimum intensivliyə çatır, ondan yuxarı və aşağıda 
isə azalır. Bu əlaqə insanın rolu artdıqca daha da güclənir. 
 
Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişdir. 
Arxeoloq  və  tarixçilərə  məlumdur  ki,  hələ  neolit  dövründə 
əcdadlarımız  faydalı  mineralları,  dağ  süxurlarını,  külçələri  yer 
səthindən 
yığmaqla  kifayətlənməmiş,  onları 
yerin  alt 
qatlarından  da  çıxarmışlar.  Neolitdə,  tunc  və  daş  dövrlərində 
yerin  alt  qatlarında  silisium,  mis,  dəmir  filizi  və  duz 
çıxarılmışdır.  Onların  yerində  lağım,  süni  quyular  və  yeraltı 
yollar aşkar edilmişdir. İnsan nəsillərinin bütün bu fəaliyyətləri 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə