ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə25/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

 
86 
Yarımadanın 
hidroloji 
şəbəkəsi 
Sumqayıt 
və 
Ceyrankeçməz  çaylarından  (aşağı  axarlarından),  200-dən  çox 
irili-xırdalı  duzlu  göllərdən,  həmçinin  Ceyranbatan  su 
anbarından,  Abşeron  magistral  kanalından  ibarətdir.  Abşeron 
yarınmadası,  demək  olar  ki,  bütün  texnogen  təsirlərin 
cəmləşdiyi  poliqona  bənzəyir.  Hal-hazırda  bu  ərazidə  elə  bir 
göl  və  ya  su  hövzəsi  yoxdur  ki,  texnogen  təsirə  məruz 
qalmasın. 
Son 50-60 ildə Abşeron yarımadasının göllərində ekoloji 
vəziyyət  kəskin  surətdə  dəyişməkdədir.  Bu,  yarımada 
ərazisində  neft  sənayesinin  inkişafı  ilə  bağlı  olaraq  buruq 
quyularının  sularının,  mədənlərin  neftli  axınlarının  və 
təsərrüfat  axınlarının  artması  ilə  bağlıdır.  Son  20  ildə  Xəzər 
dənizində  su  səviyyəsinin  yüksəlməsi  də  göllərin  ekoloji 
şəraitinə  və  hidroloji  rejiminə  təsir  göstərmişdir.  Belə  ki, 
göllərin  sahələri  artmış,  suların  tərkibində  neft  məhsullarının, 
fenolların,  səthi  aktiv  maddələrin,  ağır  metalların  və  digər 
zərərli  maddələrin  qatılığı  buraxıla  bilən  həddən  dəfələrlə 
çoxalmışdır.  Dib  çöküntülərində  radionuklidlərin  artması  və 
suda  həll  olmuş  oksigenin  azalması  təhlükəsi  mövcuddur. 
Abşeron  yarımadası  göllərinə  aid  müxtəlif  illərdə  ayrı-ayrı 
mütəxəssislər  tərəfindən  müəyyən  məlumatlar  nəşr  olunsa  da 
yarımadanın  gölləri  yaxın  illərə  kimi  kompleks  şəkildə  tədqiq 
olunmamışdır. 
Son 100 ildə və xüsusən də son on illikdə göl hövzələrinə 
antropogen təsirlər artmışdır. Bu təsirlərin  nəticəsində göllərin 
həm morfoloji xüsusiyyətləri və həm də hidrofiziki-biokimyəvi 
xassələri dəyişmişdir. 
Yarımada gölləri axarsız, əsasən dayaz, suları şortəhər və 
həll  olmuş  duzlarla  ifrat  dərəcədə  doymuş,  əksəri  yayda 
quruyaraq  dibinə  duz  çökdürmə  xassələrinə  malikdirlər. 
Yarımadada göllərin ehtiyatlarını onların su kütləsi, çalarlarına 
çökən  duzlar  və  zaman-zaman  toplanan  dib  çöküntüləri  təşkil 
edir. 


 
87 
Abşeron  yarımadasının daxili su  hövzələrinin geoekoloji 
vəziyyəti  ilə  əlaqədar  problemləri  və  respublika  iqtisadiyyatı 
üçün onların törədə biləcəyi təhlükəni hərtərəfli təsəvvür etmək 
məqsədilə ekoloji cəhətdən daha çox təhlükəli  hesab edilən  su 
hövzələrinin  vəziyyətinin  yığcam  şəkildə  təsvirini  verməyi 
məqsədə-müvafiq hesab edirik. 
Böyük  şor  gölü  Abşeron  yarımadasının  mərkəzində, 
dəniz  səviyyəsindən  4  m  yüksəklikdə  yerləşir.  Gölün  səthinin 
sahəsi  1300  ha,  suyunun  həcmi  47,3  mln.m
3
-dir.  Göldən 
götürülmüş  su  nümunələrinin  təhlili  göstərir  ki,  gölün  suyu 
həddindən  artıq  çirklənmiş  və  minerallaşmışdır  (120  q/l). 
Yaxınlıqda  yerləşən  müəssisələrin  və  yaşayış  məntəqələrinin 
tullantı suları bu gölə axıdılır. Gölə il ərzində daxil olan çirkab 
sularının  həcmi  8614  min.m
3
  təşkil  edir.  Onun  oksigen  rejimi 
tam  pozulmuşdur  və  suda  konsentrasiyası  1-2  mq/l  arasındakı 
tərəddüd edir ki, bu da sanitar normadan 2-4 dəfə azdır. Gölün 
suyunda  oksigenin  azlığı  görünür  ki,  gölə  atılan  çirkləndirici 
maddələrin  oksidləşməsindən  irəli  gəlir.  Burada  oksigenin 
biokimyəvi sərfi 16 mq/l təşkil edir ki, bu da normadan 4 dəfə 
artıqdır. 
Böyük  şor  gölündə  kation  və  anionların  konsentrasiyası 
normanı  kəskin  şəkildə  aşır.  Belə  ki,  kalsiumun  miqdarı  yol 
verilən  qatılıq  həddindən  (YVQH)  45  dəfə,  maqnezium          
15  dəfə,  xloridlər  205  dəfə,  sulfatlar  isə  3  dəfə  çoxdur.  Neft 
məhsulları  və  fenolların  konsentrasiyası  sanitar  normaları 
uyğun olaraq 66 və 20 dəfə aşmışdır. Detergenlərin də (sintetik 
yuyucu  maddələrin)  miqdarı  normadan 9 dəfə  yüksəkdir.  Ağır 
metalların 
misin 
konsentrasiyası 

dəfə, 
kadmiumun 
konsentrasiyası isə 2 dəfə normadan artıqdır. 
Hal-hazırda Böyük şor gölünü qurutmağa çalışırlar. Onun 
su  hövzəsinin  çirklənmə  səviyyəsi  olduqca  yüksəkdir  və 
ekoloji təhlükənin artması davam etməkdədir. 
Bülbülə  gölü  səthinin  sahəsi  300  ha,  dərinliyi  2,5  m 
olmaqla  Abşeron  yarımadasının  mərkəzində  yerləşir.  Gölə 


 
88 
axıdılan  məişət  tullantılarının  gündəlik  miqdarı  25,1  min  m
3

uyğun  olaraq  illik  həcmi  isə  9162  min  m
3
  təşkil  edir.  Bu 
tullantılar  əsasən  Bakıxanov,  Bülbülə,  Əmircan  və  Qaraçuxur 
qəsəbələrinin məişət-çirkab sularından ibarətdir. 
Gölün  suyu  şortəhər  olmaqla  minerallaşma  dərəcəsi     
1,7 
q/l-dir. 
Kationların 
(kalsium 
və 
maqneziumun) 
konsentrasiyası  norma  daxilində  tərəddüd  edir,  anionların 
(xloridlər  və  sulaftların)  miqdarı  isə  normadan  cüzi  dərəcədə 
yüksəkdir.  Detergenlərin  miqdarı  YVHQ-dən  9,5  dəfə, 
fenolların  miqdarı  8  dəfə,  neft  məhsullarının  və  misin 
konsentrasiyası  isə  3,5-4  dəfə  artıqdır.  Gölün  oksigen  rejimi 
norma  daxilindədir  və  bu  göl  Böyük  şor  gölü  ilə  müqayisədə 
çirklənməyə o qədər də yüksək dərəcədə məruz qalmamışdır. 
Qırmızı  gölün  ərazisi  700  ha,  suyunun  həcmi  isə         
8,3  mln.m
3
-dir.  1976-cı  ilə  kimi  göl  neft  mədənlərindən  çıxan 
lay  sularının  qəbuledicisi  kimi  istifadə  olunmuşdur.  Hal-
hazırda  hər  gün  Lökbatan  qəsəbəsindən  47,3  min  m
3
  məişət 
tullantıları gölə daxil olur. 
Beləliklə,  Qırmızı  gölə  il  ərzində  17955  min  m
3
  çirkab 
suları  buraxılır  ki,  onların  da  əsasını  Lökbatan  qəsəbəsinin 
məişət-çirkab  suları  (9115  min  m
3
)  və  Hacı  Həsən  gölündən 
axan  sular  (6570  min  m
3
)  təşkil  edir.  Gölün  suyunun  oksigen 
rejimi  ciddi  pozulmuşdur.  Belə  ki,  həll  olmuş  oksigen 
normadan  2-2,5  dəfə  az  müşahidə  olunur.  Suyu  şor  olmaqla 
minerallaşma  dərəcəsi  55  q/l-dir.  Aparılan  laboratoriya 
tədqiqatlarının  nəticələri  göstərir  ki,  gölün  suyunun  tərkibində 
anion  və  kationların  konsentrasiyası  YVHQ-ni  dəfələrlə  aşır. 
Bu  zaman  kalsiumun  miqdarı  normadan  2,3  dəfə,  maqnezium 
5,7  dəfə,  xloridlər  8,5  dəfə,  sulfatlar  isə  8  dəfə  yüksək  qeydə 
alınmışdır.  Suda  fenolların  konsentrasiyası  normanı  15  dəfə, 
neft  məhsulları  5  dəfə,  mis  4  dəfə,  kadmium  və  detergenlərin 
miqdarı isə 3 dəfə aşır. Bütün bunlar gölün ekoloji durumunun 
gərgin olduğunu deməyə əsas verir. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə