ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə30/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

 
101 
yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən 
sonra insanın yer qabığına təsiri qlobal miqyas almışdır. 
 
Hazırda  bəşəriyyət  yerin  dərinliklərindən  səthinə  10 
milyon kubmetrlərlə dağ süxurları çıxarır. İnsan Yer qabığının 
həyatına  aktiv  qarışır,  onun  fəaliyyəti  qlobal  geoloji  faktora 
çevrilir.  Yerin  səthinə  və  təkinə  ən  çox  dağ  –mədən  sənayesi, 
xüsusən  faydalı  qazıntıların  açıq  üsulla  çıxarılması  təsir 
göstərir. 
 
Bu  zaman  yerin  səthinin  yatması  müşahidə  olunur, 
çoxlu  təsərrüfat  sahələri  sıradan  çıxır,  ətraf  mühit  müxtəlif 
toksikantlarla  çirklənir.  Texnogen  relyef  formaları  –  çalalar, 
çuxurlar, oyuqlar, təpələr, karxanalar, töküntülər, terrigenlər və 
s. əmələ gəlir. 
 
İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin 
çökməsi  köhnə  İngiltərədə  müşahidə  edilmişdir.  Orta  Çeşirdə 
yerin 
altından 
duzun 
çıxarılmasına 
eramızdan 
əvvəl 
başlanmışdır,  XVII  əsrin  sonundan  isə  70-110  m  dərinlikdən 
yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan 
ərazidə  səthin  ilk  dəfə  çökməsi  (batması)  1880,  sonralar  isə 
1893  və  1912-ci  ildə  baş  verdi.  Bunun  nəticəsində  diametri  3 
km-ə yaxın ərazidə yer deformasiyaya uğradı, oranı su basaraq 
istifadə üçün yararsız hala düşdü. Burada torpağın üstündəki su 
boruları  parçalandı,  kanallar  və  dəmiryolu  kommunikasiyası 
dağıldı, evlər zədələndi. 
 
Uzun  illər  Parisdə  evlər  və  kilsələrin  tikilməsi  üçün 
şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII əsrin sonunda 
şəhər  küçələrinin  altından  daş  istehsalı  dayandırılmasaydı 
şübhəsiz Paris şəhəri «batıb» dağılmışdı. 
 
İnsanın  aktiv  fəaliyyəti  (karxanalar,  şaxtalar,  yeraltı 
anbarlar,  mülki  və  hidrotexniki  obyektlər,  zibilxanalar  və  s.) 
litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-tək 
xüsusi dərin karxanalar, şaxtalar və quyular da mövcuddur. 
 
Dünyada  mis  istehsal olunan  ən dərin karxana  ABŞ-da 
Yuta  ştatında  Binqem  Kenyondadır.  Karxananın  dərinliyi 


 
102 
774m, sahəsi 7,2 km2, karxanadan çıxarılan qruntun kütləsi 3,4 
mlrd.  ton  təşkil  edir.  Rusiyada  Uralda  Korkin  kəsiyində 
karxananın dərinliyi 520 metrdir. 
 
Ayrı-ayrı  şaxtaların  dərinliyi  4  km  təşkil  edir.  Buruq 
quyularının  dərinliyi  də  bir  neçə  min  metrə  çatır,  dünyada  ən 
dərin quyu (15km) Kola yarımadasında layihələşdirilmişdir. 
 
Daş  kömür,  dəmir  və  digər  metalların  külçələri,  tikinti 
materialları  və  digər  faydalı  qazıntıların  karxanaları  bütün 
kontinentlərdə  yayılmışdır.  Bütün  dünyada  litosferin  üst 
qatından  il  ərzində 1 000  milyard tondan çox  mineral  xammal 
çıxarılır və emal olunur. Ağır sənayenin 90% -ə qədərini təmin 
edən 400 növə yaxın faydalı qazıntılar çıxarılır. 
 
Litosferdən  çıxarılan  materialların  98%-ə  qədəri 
yararsız  olub  atılır,  yalnız  2%-ə  qədəri  işlədilir.  Beləliklə, 
litosferin  üst  qatında  materialların  həddindən  çox  antropogen 
qarışdırılması aparılır. Bu isə həm bütövlüklə ekosferə, həm də 
onun  ayrı-ayrı  hissələrinə  güclü  dərəcədə  toxunur.  Faydalı 
qazıntıların  çıxarılması  həmçinin  Yer  qabığının  geokimyəvi 
tərkibini dəyişdirir. 
 
Yer  səthinin  antropogen  dəyişilməsi  həmçinin  iri 
hidrotexniki  qurğuların  tikilməsilə  əlaqədardır,  1988-ci  ilə 
qədər bütün dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq 
bəndlər tikilmişdir. 
 
Bəndlərin 
çəkisinin 
təsiri, 
həmçinin 
süxurların 
yuyulması prosesində bəndin bünövrəsinin çökməsi və çatların 
əmələ gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-
in  bəndinin  bünövrəsində  20  m  uzunluğunda  çat qeydə  alındı. 
Bratski, Ust-İlimski SES-nın bəndlərinin bünövrəsinin yatması 
(çökməsi) ildə 10 mm –dən çox təşkil edir. Kama su anbarının 
(sahəsi  1915  km2,  suyun  həcmi  12,2  km3)  suyu  böyük  güclə 
yer  qabığına  təsir  göstərdiyi  üçün  Perm  vilayətinin  çox 
hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur. 


 
103 
 
Alimlər  tərəfindən  aşkar  edilmişdir  ki,  su  anbarında 
suyun  səviyyəsi  100  m-dən  artıq  olduqda  zəlzələnin  aktivliyi 
artır. 
 
Yer  qabığının  yatması  bir  çox  iri  şəhərlərin  altında  da 
baş verir. Binaların və qurğuların altında qrunt bərkiyir və səthi 
çökür.  Müasir  şəhərlərdə  tikinti  yükü  o  qədər  böyükdür  ki, 
ayrı-ayrı  binalar  altında  baş  verən  çökmələr  bir-birilə  birləşir. 
Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil 
edir. Yaponiyanın Tokio və  Osaka  şəhərləri  son  illərdə  yeraltı 
suların  nasosla  çəkilməsi  və  yumşaq  süxurların  sıxılması 
nəticəsində 4 mm çökmüşdür. 
 
Deməli, 
insanın 
təsərrüfat 
fəaliyyəti 
təbii 
relyefəmələgəlmə  və  digər  geoekoloji  proseslərin  gedişini 
kökündən  dəyişdirir,  bu  isə  neqativ  nəticələrə  gətirib  çıxarır. 
Antropogen geoloji proseslər  ilbəil getdikcə güclənir  və  bütün 
bəşəriyyət üçün təhlükə yaradır. 
 
 
4.2. Torpaq sferinin (pedosferin) qlobal funksiyaları 
 
Dünya  torpaqlarının  məcmuunu  çox  vaxt  ekosferin 
xüsusi  hissəsi  kimi  ayıraraq  onu  torpaq  sferi  və  ya  pedosfer 
(yun.  pedon-  torpaq)  adlandırırlar.  B.A.  Kovdaya  görə 
pedosfer- 
özü 
inkişaf 
etmək, 
özü-özünü 
nizamlamaq 
qabiliyyətinə malik olan, canlı orqanizmlərin mövcudluğunu və 
yenidən  bərpasını  təmin  edən  ümumdünya  bioenergetik  və 
biokimyəvi  sistemdir.  Pedosferin  məhz  bu  xüsusiyyətləri  təbii 
və antropogen ekosistemlərin münbitliyinə səbəb olur. 
 
Torpaq  –çoxkomponentli,  lakin  bütöv  təbii  törəmədir. 
O, yer səthində dörd geosferin (litosfer, hidrosfer, atmosfer və 
biosfer)  bir-birilə  təmasda  və  qarşılıqlı  təsiri  olduğu  yerdə 
əmələ gəlir. 
 
Torpaq  hər  bir  landşaftda  geosferin  elementlərilə,  yəni 
bütövlükdə  Yerlə  sıxı  bağlı  olub  maddələrin  qlobal 
biogeokimyəvi tsiklində aktiv rol oynayır. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə