ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə20/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

 
71 
müqayisədə  təxminən  2  dəfə  yüksəkdir.  Regionun  inzibati 
rayonları  üzrə  minerallıq  aşağıdakı  göstəricilərlə  səciyyələnir: 
Quba  rayonunun  sularında  490-950  mq/l,  Xaçmazda  260-  
2350  mq/l,  Qusarda  220-1760  mq/l.  Yeraltı  quyu  sularında 
sulfatın miqdarı Quba rayonu üzrə 60-230 mq/l, Xaçmazda 50-
1060  mq/l,  Qusarda  8-264  mq/l  təşkil  edir.  Bölgə  üzrə  quyu 
sularının  tərkibində  olan  xloridin  miqdarı  aşağıdakı  kimi 
dəyişir:  Quba  rayonu  12-50  mq/l,  Xaçmaz  6-560  mq/l,  Qusar 
8-430  mq/l.  Bununla  belə  regionun  quyu  sularının  ümumi 
codluğu böyük diapazonda (2-34 mq.ekv/l) dəyişir. 
Tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  yeraltı 
sularda  orqanik  maddələr  (oksidləşmədə)  rayonlar  üzrə 
dəyişgəndir.  Bəzi  meşə  sahələrində  bulaq  sularında  mövcud 
azot 
birləşmələri 
bitki 
mənşəli 
orqanik 
maddələri 
oksidləşmənin yüksək göstəricisinə gətirib çıxarır. 
Regionda  olan  artezian    quyuları  və  bulaqlar  sanitar 
baxımdan  yaxşı  mühafizə  olunduqlarından,  çox  yerdə  yeraltı 
sular  yüksək  keyfiyyətdə  saxlanılır.  Ancaq  bəzi  rayonlarda 
artezian  quyularının  istismarındakı  mövcud  pozuntular, 
elementar  texniki-sanitar  normalara  verməyib,  acınacaqlı 
vəziyyət  yaradır,  ətraf  mühitin  çirklənməsinə  və  bataqlığa 
gətirib çıxarır. 
Buradakı  yeraltı  suların  tərkibində  dəmir  və  nitritlərin 
olmaması,  sulfat,  xlorid  və  permanqanat  turşulanmanın 
miqdarının cüzi olması suyun dadı və şəffaflığı regionun yeraltı 
sularını yüksək keyfiyyətli su kimi qəbul etməyə imkan verir. 
Quba-Xaçmaz  regionunun  yeraltı  suları  su  balansı 
baxımından  yaxşı  öyrənilmişdir.  Hidrogeoloji  tədqiqatlar 
zonada  əsas  yeraltı  su  hövzəsinin  Samur-Vəlvələçay  arasında 
yerləşdiyini  göstərir.  Hövzənin  su  balansının  mədaxil  və 
məxaric 
elementlərini 
müxtəlif 
müəlliflər 
tərəfindən 
hesablanmışdır.  Tədqiqatların  nəticələri  göstərir  ki,  Qusar-
Şabran  dağətəyi  düzənliyində  yeraltı  suların  istismar  ehtiyatı 


 
72 
19,5  m
3
/san, Quba-Xaçmaz regionu üzrə  isə 340  m
3
/san təşkil 
edir. 
Yeraltı suların çirklənməsi kimyəvi (üzvi  və qeyri-üzvi), 
bioloji  və radioaktiv  yollarla ola  bilər. Bunların geniş  yayılan, 
həm  də  ən  çətin  təmizləniləni  kimyəvi  təmizlənməlidir. 
Çirklənmənin  əsas  mənbələri  qabaqcadan  təmizlənmədən  açıq 
sahələrə və çay dərələrinə axıdılan məişət çirkab suları, sənaye 
tullantıları,  suvarılan  sahələrdə  işlədilən  kimyəvi  gübrələrvə 
kimyəvi  zəhərləyici  maddələr  saxlanılan  anbarlar  və  s.  Əks 
hallarda  çirkləndirici  maddələr  yeraltı  sulara  aerasiya 
zonasından süzülərək sulu məhlul şəklində daxil olur. 
Respublika  ərazisində  yüksək  keyfiyyət  göstəricilərinə 
malik  olan  Quba-Xaçmaz  zonasının  yeraltı  suları  axın 
istiqaməti 
boyu 
qidalanma 
zonasından 
uzaqlaşdıqca, 
hidrodinamiki  göstəriciləri  ilə  yanaşı  ərazinin  fiziki-coğrafi 
şəraiti  və  geoloji  quruluşunun  təsiri  ilə  hidrokimyəvi 
göstəricilərini  də  dəyişir.  Suların  axım  istiqamətində  ion  və 
kation  tərkibində  hidrokarbonat  və  kalsium  miqdarının 
azalması,  sulfat,  xlor,  natrium  ionlarının  artması  müşahidə 
edilir.  Göstərilən  təbii  amillərlə  yanaşı  bu  istiqamətdə  yeraltı 
suların  keyfiyyətinə  texnogen  amillər  də  təsir  göstərir.  Yeraltı 
su 
hövzələrinin 
texnogen 
amillərdən 
çirklənməsindən 
qorunmaq üçün kənd təsərrüfatı və sənaye tikinti obyektlərinin 
layihə  və  inşasında  aerasiya  zonasının  süxurlarının  təbii 
mühafizə şəraiti, fiziki-mexaniki xüsusiyyətləri, su keçirməyən 
qatın dərinliyi və digər amillər düzgün qiymətləndirilməlidir. 
 
3.3. Su ehtiyatlarının çirklənmə növləri və 
mənbələri  
Suyun  keyfiyyətinə  təsir  edən  hər  hansı  bir  maddə 
çirkləndiricidir. Təbii su ehtiyatlarına daxil olan çirkləndiricilər 
(mineral, üzvi və bakterial-bioloji maddələr) onun keyfiyyətinə 
təsir göstərir. Bu təsirlər aşağıdakılardır: 


 
73 
-
  suyun fiziki xassələrinin dəyişməsi (şəffaflığı, rəngi, iyi, 
dadı və s.); 
-
  suyun kimyəvi xassələrinin dəyişməsi; 
-
  suda  oksigenin  (hər  hansı  oksidləşmə  baş  verdikdə) 
azalması; 
-
  suda xəstəlik törədən mikroiqlimin yaranması; 
-
  suda  gedən  bio  və  hidro  kimyəvi  proseslər  nəticəsində 
çöküntü və üzən maddələrin əmələ gəlməsi. 
Suyun çirklənmə növləri 3 qrupa bölünür: 
1. Mineral  maddələrlə  çirklənmə  –  bu  növ  çirklənmədə 
aktiv  iştirak  edən  qum,  gil,  duzlar,  qələvilər,  turşular,  mineral 
yağlar, şlak, radioaktiv tullantılar və s. qeyri-üzvi maddələrdir. 
Bu  maddələr  suyun  fiziki,  kimyəvi,  orqanoplastik  xassələrini 
pisləşdirir  və  canlıları  zəhərləyib  məhv  edir.  Bu  növ 
maddələrin su mənbəyinə atılması qəti qadağan edilməlidir. 
2. Üzvi  çirkləndirici  maddələr  –  bu  növ  çirklənmədə 
meyvə,  tərəvəz,  bitki,  kağız,  heyvan  qalıqları,  yapışqan 
maddələri və s. göstərmək olar. Bu növ maddələr suda karbon 
və  azotu  çoxaldar  və  onlar  zəhərli  olduğundan  suyu  istifadə 
üçün 
yararsız 
edir. 
Üzvi 
çirkləndirici 
maddələrin 
oksidləşməsinə  çoxlu  miqdarda  oksigen  sərf  olunur,  suda 
oksigen  çatışmazlığı  yaranır  və  bu  da  suda  zəhərli  göy-yaşıl 
yosunun  inkişafına  səbəb  olur.  Nəticədə  suyun  dadı  dəyişir, 
müxtəlif iylər yaranır və şəffaflığı itir. 
3. Bakterial-bioloji  çirklənmə  –  burada  mikroorqanizmlər, 
göbələklər  və  xırda  yosunlar  çirklənmədə  əsas  rol  oynayır. 
Belə  növ çirkləndirmə təbiətinə görə üzvi çirklənməyə  aid ola 
bilər.  Belə  sular  istifadə  olunduqda  müxtəlif  infeksion 
xəstəliklərlə üzləşmək qaçılmaz olur. 
Su  ehtiyatlarının  əsas  çirklənmə  mənbələri  sənaye  və 
kommunal  çirkab  suları,  kənd  təsərrüfatında  istifadə  olunan 
mineral  gübrələr,  meşə  materiallarının  çaylarla  daşınması, 
radioaktiv tullantılar, istilik və atom elektrik stansiyasından isti 
suların tullantısı və atmosferdir. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə