ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə16/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

 
55 
təşkil  edir.Dünyada  sənayedə  və  energetikada  sərf  olunan 
suyun miqdarı 9.2 saylı cədvəldə verilir. 
                                                                                    Cədvəl 9.1 
Suvarma əkinçiliyində sudan istifadə 
 
 
Ayrı-ayrı  sənaye  sahələrində  sudan  istifadə  həcmi 
olduqca fərqlənir.Belə ki, 1 ton pambıq parçasının istehsalında 
250  m
3
,  1  ton  lif  əldə  etmək  üçün  2500  –  5000  m
3
  su  sərf 
olunur. Su ən çox əlvan metalların istehsalına sərf edilir: 1 ton 
nikel əridilməsinə 4000 m
3
 su tələb olunur.Daha çox su ABŞ – 


 
56 
ın  sənayesində  (  260  km
3
/il  )  işlədilir  və  dünyada  sərf  olunan 
suyun cəminin üçdə birini təşkil edir. 
 
Alimlərin  fikirincə  XXI  əsrin  əvvəlinə  Asiya,  Afrika, 
Latın  Amerikasında  suqəbuledicilər  3  –  5  dəfə,  iqtisadi 
cəhətdən inkişaf etmiş ölkələrdə cəmi 10 – 25 % artacaqdır, bu 
su resurslarının kəmiyyət və keyfiyyətcə azalmasıilə bağlıdır. 
 
Hidrosfer  -  Yerin  su  örtüyü  olub  planetin  bütün  su 
obyektlərinin  (okeanlar,  dənizlər,  çaylar,  göllər,  bataqlıqlar, 
buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmuudur.  
 
Hidrosferin  tərkibinə  həmçinin  atmosferdəki  su,  torpaq 
suyu  və  canlı  orqanizimlərdə  olan  sular  daxildir.  Hidrosferdə 
(təbiətdə  )  su  5  faza  vəziyyətində  mövcuddur:  maye  ,  bərk 
(buz, qar ) və qaz ( buxar ). Yerin bütöv örtüyü olan hidrosfer , 
bəzən  «görünməz»  halda  (  yalnız  su  buxarı  və  torpaq 
rütubətliyi şəklində) olur. 
 
Hidrosferin  ayrı  –  ayrı  «görünməyən»  sahələrinin  rolu 
az  deyildir,  əksinə,  atmosferdə  olan  su  buxarı  mühüm 
geoekoloji prosesin  -  ilkin  bioloji  məhsulun  və  ya fotosintezin 
zəruri  yaradıcısı;  torpağın  rütubətliyi  isə  Yerin  bitki  örtüyü 
kütləsinin 
yaradıcı 
prosesinin 
praktiki 
olaraq 
vacib 
komponentidir. Bununla yanaşı həm su buxarı, həm də torpağın 
rütubətliyi qlobal hidroloji tsiklində mühüm rol oynayır. 
 
Məkanca  hidrosfer  faktiki  olaraq  ekosferlə  birləşir. 
Hidrosfer  bütün  digər  geosferlərə  daxil  olaraq  (girərək) 
maddələr  və enerji  mübadiləsinin qlobal proseslərində  mühüm 
rol oynayır. 
 
Su  olduqca  spesifik  xüsusiyyətlərə  malikdir.  Bu 
xüsusiyyətlər  Yerdə  baş  verən  və  su  iştirak  edən  bir  çox  təbii 
proseslərə  ciddi  təsir  göstərərək  planetdə  həyatın  inkişafını 
təmin  edir.  Aşağıdakı  9.3  saylı  cədvəldə  suyun  nadir  fiziki  – 
kimyəvi xassələri və əhəmiyyəti verilir. 
 
Okean  və  dənizlər  Yerin  ymumi  sahəsinin  71  %  -  ni 
tutur,  qurudakı  su  obyektləri  (buzlaqlar,  göllər,  su  anbarları  , 


 
57 
bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil 
edir. Dünya okeanı hidrosferin həcminin 96,4% - qədərdir. 
 
                                                                                    Cədvəl 9.2 
Sənaye və energetikada istifadə edilən sular (km3 / il ) 
 
 
 
 
Qurudakı 
suyun  əsas  kütləsi 
Antarktida, 
Qrenlandiya  qütb  adaları  və  dağlarda  olan  buzlaqlar  olub 
ümumi  su  ehtiyatının  1,86%  –  ni,  şirin  suyun  isə  70,3%  -ni 
təşkil  edərək  yüksək  əks  etdirmə  qabiliyyətilə  (albedo)  Yer 
üzərində  atmosferin  qlobal  istilik  balansının  formalaşmasına 
böyük təsir göstərir. 
 
Yeraltı  suların  ümumi  həcmi  hidrosferin  1,68%  -ni 
təşkil edir, onların təxminən yarısı – şirin sulardır. 
 
Dünya  okeanı,  buzlaqlar  və  yeraltı  sular  hidrosfer 
suyunun  99,94  %  -  ni  təşkil  edir.Çaylar  hidrosferin  əsas 
komponenti  olub  dünyada  onların  suyunun  həcmi  ümumi  su 


 
58 
ehtiyatının yalnız 0,0002 % - i , şirin su ehtiyatının isə 0,006 % 
- i qədərdir.  
                                                                                    Cədvəl 9.3 
Suyun fiziki – kimyəvi xassələri və əhəmiyyəti 
 
 
 
Dünya  okeanı,  buzlaqlar  və  yeraltı  sular  hidrosfer 
suyunun  99,94  %  -  ni  təşkil  edir.Çaylar  hidrosferin  əsas 
komponenti  olub  dünyada  onların  suyunun  həcmi  ümumi  su 


 
59 
ehtiyatının yalnız 0,0002 % - i , şirin su ehtiyatının isə 0,006 % 
- i qədərdir. 
                                                                                    Cədvəl 9.4 
Yerin su ehtiyatları. (E.P.Romanova və b. , 1993
 
 
 
Suyun  qlobal  dövranının  təbiətdə  əsas  mənbəyi  Günəş 
sayılır.  Günəş  enerjisinin  təsiri  ilə  okeanın  və  qurunun 
səthindən  su  buxarlanaraq  atmosferə  qalxır.  Su  buxarları 
havaya  qalxaraq  soyuyur,  kondensasiya  olunaraq  buludlar 
əmələ  gətirir.  Buludlar  kifayət  qədər  soyuduqdan  sonra  yağış 
və  qar  şəklində  okeanın  və  qurunun  səthinə  düşür.  Düşən 
yağıntılar  yenidən  buxarlanaraq  atmosfer  yağıntıları  şəklində 
yenidən qayıdır. Quruya düşən yağmurların bir hissəsi torpağa 
hopur, bir hissəsi səthi axım əmələ gətirərək çaylara tökülür və 
yenidən  okeanlara  qayıdır.  Qrunt  suları  isə  bulaqlar  şəkilində 
Yer  səthinə  çıxır  və  ya  bitki  örtüyünün  fəaliyyəti  nəticəsində 
transpirasiya olunur. Materik  və okeanlar daxilində su dövranı 
bu cür gedir (Şəkil 9.1.). 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə