ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə19/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

 
68 
təsərrüfatı istehsalatı sahəsində isə onların yerüstü və yeraltı su 
mənbələrinə təsirinin qiymətləndirilməsi xidmət edir. 
Respublikada ərazinin eroziya və torpaqların suvarılması 
ilə əlaqədar olaraq bir sıra ekoloji problemlər meydana çıxır ki, 
onların  inkişafı  nəinki  torpaqların  qorunmasında  və  su 
ehtiyatlarından səmərəli  istifadə edilməsində, hətta ətraf  mühit 
üçün də təhlükə törədir. 
Torpağın  fiziki-kimyəvi  xassələrinin,  su, duz,  hava  və  s.  
rejimlərinin  yaxşılaşması  üçün  meliorasiya  tədbirlərinin 
aparılması,  eroziyadan  qorunması  və  digər  tədbirlərin  hamısı 
onun münbitliyinin artması və mühafizəsinə xidmət etməlidir. 
Ölkəmizdə  ekoloji  şəraitdən  doğan  narahatçılıq,  ekoloji 
mühiti  sağlamlaşdırmaq  meyllərinin  güclənməsi,  bir  sıra 
problemlərin  həlli  ilə  yanaşı  qiymətli  sərvət  olan  yeraltı  su 
ehtiyatının  qorunub  mühafizə  edilməsi,  onları  hidroqrafik, 
hidrokimyəvi,  hidrobiolojivə  genetik  cəhətdən  elmi  əsaslarla 
mükəmməl  öyrənib  keyfiyyət  və  kəmiyyət  dəyişmələrini 
törədən  səbəbləri  vaxtında  aşkar  edib  qarşısının  alınması  kimi 
təxirəsalınmaz məsələlərin ön plana çəkilməsini tələb edir. 
Keçən əsrdə Azərbaycanda ekoloji problemlərə zaman və 
məkan  baxımından  yanaşılmasında  yol  verilmiş  ciddi 
nöqsanlar,  su  mənbələrimizin  ekoloji  xüsusiyyətlərinin  sırf 
istehsalat  məsələləri  həll  edən  müvafiq  nazirlik  və  idarələr 
tərəfindən 
unudulması 
su 
ehtiyatlarının 
azalmasına, 
çirklənməsinə,  artezian  və  subartezian  quyuların  qurumasına 
gətirib çıxarmışdır. 
Yerüstü  su  mənbələrində  yaranmış  ekoloji  gərginlik 
bizdən yeraltı sulardan daha səmərəli istifadə etməyi tələb edir. 
Azərbaycan  Geologiya  Birliyinin  Geoloji  Ekspedisiyası 
respublikamızda  içməli  yeraltı  suların  50  illik  ehtiyatı 
olduğunu  müəyyənləşdirmişdir.  Yaxın  gələcəkdə  Böyük 
Qafqazın  Samur-Qusar,  Oğuz-Qəbələ  zonalarında,  Kiçik 
Qafqazda  Tərtərçay  hövzəsində  istismar  əhəmiyyətli  böyük 
yeraltı 
su  ehtiyatlarından  Bakı 
və  digər 
iri  şəhər, 


 
69 
qəsəbələrimizin  su  təchizatında  istifadə  olunmaqla  əhalinin 
fasiləsiz  su  ilə  təmin  etmək  problemini  qismən  həll  etmiş 
olardı. 
Hələ  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Quba-
Xaçmaz ərazisinin yeraltı suları çox yüksək keyfiyyətli su kimi 
qiymətləndirilmişdir. 
XIX  əsrin  sonlarında  Bakı  şəhərinin  su  təchizatının 
yaradılması  ilə  bağlı  şəhər  dumasına  müxtəlif  layihələr  təklif 
edilmişdir.  Ancaq  1908-ci  ildə  duma  mühəndis  V.Lindleyn 
apardığı  geodezi-hidrogeoloji  axtarış  işlərinin  nəticələri 
əsasında  tərtib  etdiyi  Şollar  məntəqəsindəki  yeraltı  təzyiqli  su 
hövzəsindən    su  ilə  təmin  olunacaq  Balı-Şollar  su  kəmərinin 
layihəsini təsdiq etmişdir. Layihə 1909-cu ildə Tiflis şəhərində 
keçirilən  IX  su  təchizatı  qurultayında  təkrarən  müzakirə 
olunaraq  tədiq  edilmiş,  1911-ci  ildən  isə  tikinti  işlərinə 
başlanmışdır. 
Beləliklə,  I  Bakı  Su  Kəməri  xətti  1917-ci  ildə  qismən, 
1935-ci  ildə  isə  tam  istismara  verilmişdir.  Su  təchizatı  xətti 
Xudat  dəmiryolu  stansiyasından  qərbdə  yerləşən  Şollar  kəndi 
ərazisindən başlanğıcını götürərək sutkada 108 min m
3
 su nəql 
edir.  Suyun  codluğu,  orta  hesabla  5  mq.ekv/l,  tərkibində 
xloridin  miqdarı  8-11,5  mq/l,  sulfatın  miqdarı  50,2-85,5  mq/l, 
quru qalıq isə 300-427 mq/l təşkil etmiş, onda amminiak, nitrit 
və  nitrat  ionları  tapılmamışdır.  Ftorun  miqdarı  0,08-0,27    
mq/l-dən artıq olmamışdır. Fiziki göstəricilərinə görə su şəffaf, 
iysiz, sabit temperaturludur (orta hesabla 15C). 
1942-ci ildə istismara verilmiş II Bakı Su Kəməri yeraltı 
təzyiqli  Şollar-Xaçmaz  su  hövzəsindən  qidalanır.  Bura 
qərbdən-şərqə Xəzər dənizinə istiqamətlənmiş az meyilli, sakit 
relyefli 
ərazidən 
ibarətdir. 
Ərazidə 
su 
kəmərinin 
qidalanmasında mühüm rol oynayan 250-dən çox bulaq vardır. 
Respublikanın  Səhiyyə  Nazirliyinin  Sanitar-Gigiyenik 
Mərkəzinin və MEA Geologiya İnstitutunun son tədqiqatlarına 
görə, 
hazırda 
bu 
sular 
keyfiyyət 
baxımından 
ciddi 


 
70 
dəyişikliklərə  uğramamış  onların  kimyəvi  tərkibi,  minerallığı 
və şəffaflığı içməli sular üçün müəyyən edilmiş normalara tam 
cavab verir. 
Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının 
Quba-Xaçmaz  zonasının  yeraltı  su  ehtiyatlarının  keyfiyyət 
göstəricilərini, onun dəyişməsinə təsir edən amilləri araşdırmaq 
və  qorunub  saxlanılması  üçün  görüləcək  mühafizə  tədbirlərini 
düzgün qiymətləndirilməsinə şərh veriləcək. 
Bölgələrdə  artezian  sularının  minerallığı  290-700  mq/l 
arasında dəyişir. Bununla belə sulfatlar 112 mq/l-dən çox deyil, 
xloridlərin miqdarı isə 130 mq/l-ə çatır. Suyun ümumi codluğu 
7  mq.ekv/l-dən  artıq  deyil.  Suyun  tərkibindəki  mis  (0,005-  
0,07  mq/l),  sink  (0,001-0,035  mq/l),  nitrit  (0,16-1  mq/l)  qəbul 
olunmuş normadan aşağıdır. Sanitar-bakterioloji göstəricilər də 
kafi qiymətləndirilir (kolit 100-300; mikrob 600). 
Quba-Xaçmaz 
zonasının 
bulaq 
suları 
keyfiyyət 
baxımından  bir-birindən  çox  fərqlidir.  Məsələn,  Quba 
rayonunda  onların  minerallığı  600  mq/l-dən  çox  olmadığı 
halda,  Xaçmazda  850  mq/l-ə  çatır.  Qusar  və  Şabran  (Dəvəçi) 
rayonlarının 
bəzi 
bulaqlarında 
isə 
suyun 
minerallığı            
1000    mq/l-dən  artıqdır.  Bölgədəki  bulaq  sularındakı 
sulfatların,  xloridlərin  və  ümumi  codluğun  göstəriciləri  az 
fərqlənirlər.  Tərkibində  ən  az  sulfat  miqdarı  olan  Quba       
(115 mq/l) və Xaçmaz (160 mq/l) rayonlarının bulaq sularıdır. 
Qusar  rayonundakı  bulaq  sularında  olan  sulfatın  miqdarı      
260  mq/l,  Şabranda  isə  280  mq/l-ə  bərabərdir.  Sularda 
xloridlərin  maksimal  miqdarı  Quba  rayonunda  160  mq/l, 
Şabranda  166, Xaçmazda  isə 120  mq/l çatır. Qusar rayonunun 
sularında  isə  xlor-ionun  maksimum  miqdarı  184  mq/l-ə 
bərabərdir. 
Bu  ərazidə  yeraltı  suların  ümumi  codluq  həddi  3,5-    
13,5 mq.ekv/l təşkil edir. Quba-Xaçmaz rayonunda quyu suları 
keyfiyyətcə  buranın  bulaq  və  artezian  sularından  fərqlənir. 
Məsələn,  burada  ümumi  minerallıq  o  biri  yeraltı  sularla 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə