ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə17/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

 
60 
 
Øÿêil 9.1. Ñóéóí äþâðàíû 
 
Qlobal su dövranının ən böyük hissəsi okean su dövranı hesab 
olunur.  Qurudan  buxarlanan  su  yenidən  okeana  düşür.O, 
dəfələrlə  quruya  qayıdır  və  yenidən  buxarlanır.  Beləliklə, 
Okeandan  uzaqlarda  Yerin  səthi  rütubətlənir  və  materiklər 
daxili su mübadiləsi gedir. 
 
İl  ərzində  dünya  su  dövranında  hidrosferin  ümumi 
kütləsinin  0,025%  -  i  iştirak  edir.Suyun  tam  təzələnməsi 
(dəyişməsi)  hidrosferin  müxtəlif  hissələrində  müxtəlif  vaxt 
ərzində  baş  verir.Belə  ki,  yeraltı  suların  təzələnməsi  üçün  yüz 
min  ,  hətta  milyon  illər  (süyun  yerləşmə  dərinliyindən  və  su 
dövranının 
intensivliyindən 
asılı 
olaraq), 
buzlaqların 
təzələnməsi üçün isə 8 min il tələb olunur.Okeanın təzələnməsi 
orta hesabla 3 min il,axar göllər - 10 illər , axmaz göllər – 200 
–  300  il  ,  torpaq  suyu  –  orta  hesabla  1  ilə  ,  çaylardakı  su  -  il 
ərzində 30 dəfə ( hər 12 sutkadan bir ) , atmosferdə su ildə 10 
dəfə ( hər 9 sutkadan bir ) dəyişilir ( təzələnir ). 
 
Suyun  qarışması  prosesi,  eyni  zamanda  ,  istiliyin  bir 
yerdə  buxarlanmaya  ,  digər  yerdə  isə  kondensasiyaya  sərf 


 
61 
olunmasıilə  paylanması  prosesidir.  İl  ərzində  bu  prosesdə  Yer 
səthinin  aldığı  Günəş  istiliyinin  dörddə  birinin  çoxu  iştirak 
edir.Qlobal dövranın  əhəmiyyəti olduqca  böyükdür.İstiliyin  və 
rütubətliyin  yerini  dəyişərək,  bütün  yer  örtüyünü  əlaqələndirir 
və  Yerin  təbii  örtüyünün  vəhdətliyini  (bütövlüyünü)  və 
planetimizdə həyatı qoruyub saxlamaqda xüsusi rol oynayır. 
 
Yerin hidrosferinin , həmçinin onun istənilən hissəsinin 
vəziyyəti  su  balansı  ilə  səciyyələnir.Yerin  hidroloji  vəziyyəti 
dünyada  suyun  ümumi  həcminin  dəyişməsilə  deyil,  suyun 
məkanca paylanması , xüsusilə okeanlarda və buzlaqlardakı su 
ehtiyatının  nisbətinin  dəyişməsilə  bağlıdır.Yerdə  buzlaqların 
geniş  inkişafı  zamanı  hidrosferin  suyu  ən  çox  buzlaqlarda 
(cəmlənir) toplanır  və Dünya okeanının  səviyyəsi aşağı  düşür. 
Əksinə , okeanın səviyyəsinin yüksək olması buzlaq örtüyünün 
nisbətən  az  həcmli  olmasına  uyğun  gəlir.Belə  bir  nisbətin 
təzahürü  hazırda  da  müşahidə  olunur.Bu  haqda  iqlimin 
dəyişməsinin nəticələrindən bəhs edərkən danışılmışdır. 
 
Qlobal su balansının komponentlərinin bir illik ölçüləri 
9.5  saylı  cədvəldə  verilir,  cədvəldən  göründüyü  kimi 
planetimizdə  buxarlanan  suyun  cəmi  577  min  km
3
  təşkil  edir. 
Şübhəsiz  onun  əksəriyyət  hissəsi  okeanların  payına  düşür. 
Qeyd  edək  ki,  ildə  30  min  km
2
  yaxın  bitkilərin 
transpirasiyasına  sərf  olunur,  bu  quru  səthində  buxarlanmanın 
cəminin 42 % - ni təşkil edir. 
                                                                                   Cədvəl 9.5 
Qlobal su balansının bir illik ölçüləri 
 


 
62 
 
Dünyanın su balansı komponentlərinə insan faliyyətinin 
təsiri hələ dəqiq təyin olunmayıb. Lakin iqlimin sirkuliyasiyası 
qlobal  modeli  göstərir  ki,  iqlimin  antropogen  dəyişilməsi 
qlobal hidroloji sikldə su mübadiləsinin intensivliyini artıracaq.  
Ayrı  –  ayrı  regionlarda  iqlimin  dəyişməsinin  hidroloji  gedişi 
(vəziyyəti) daha böyük miqyasda dəyişəcək. 
 
Təbiətdə  su,  bir  çox  qarşılıqlı  əlaqələrin,  o  cümlədən 
digər  geosferlərin  mərkəzində  dayanır.Cəmiyyətdə  bir  sıra 
iqtisadi,  ictimai  və  siyasi  problemlərin  böhranlı  faktoru 
sayılır.Ekoloji  baxımdan,  ümumi  şəkildə  demək  olar  ki, 
qurunun suyu ekosferdə üç əsas mühüm funksiyası daşıyır: 
 
1. Maddələrin qlobal tsiklində iştirakçı, çox vaxt aparıcı 
və birləşdirici iştirakçı; 
 
2. Ekosistemlərin , xüsusilə çay və göllərin indiqatoru; 
 
3. Ən geniş istifadə edilən təbii sərvət. 
 
Çox hallarda su əsas qlobal ekoloji problemlərin hakim 
faktoru  sayılır.  Su  karbon  qazı,  azot,  kükürd,  fosfor  və  b. 
elementləri  qlobal  biokimyəvi  tsikllərin  və  böyük  geoloji 
tsiklin  ekzogen  hissəsinin  (eroziyasedimentasiya  tsiklinin) 
mühüm  faktorudur.  Qlobal  hidroloji  tsikl  ekosferin  əsas 
həyattəminedici mexanizmidir. 
 
Bir  sıra  gərgin  ekoloji  problemlər  su  problemlərilə 
əlaqədardır.Antropogen  təbii  və  kənd  təsərrüfatı  sistemlərin 
vəziyyətinin  pisləşməsi,  ya  su  rejiminin  dəyişməsi  nəticəsində 
(çox vaxt insanın fəaliyyəti nəticəsində) baş verir, və ya əksinə, 
sistemin 
antropogen 
dəyişməsi 
torpağın 
susaxlama 
qabiliyyətinin,  bitki  tərəfindən  suyun  tutulub  saxlanmasının, 
torpağın  susızdırma  qabiliyyətinin  və  ona  uyğun  hidroloji 
rejimin dəyişməsinə səbəb olur. 
 
Su hövzədə gedən prosesləri birləşdirmək xüsusiyyətilə 
fərqlənir.Bütövlüklə,  demək  olar  ki,  su  təbiətdə  bir  çox 
qarşılıqlı  əlaqələrin  mərkəzində  duraraq  bənzər  landşaftlarda  , 
insanın bədənində qanın oynadığı rola uyğun rol oynayır.Qanın 
analizi xəstənin vəziyyətini göstərirsə, təbii suların kimyəvi və 


 
63 
fiziki  xüsusiyyətləri  hövzədə  gedən  bir  çox  proseslərin 
obyektiv indiqatoru hesab olunur. 
 
Zonal 
təbii 
proseslər 
hidroloji 
rejimin 
əsas 
göstəricilərində  əks  olunur.Məsələn  ,  rütubətli  tropik  meşə 
zonasında  çaylar  çox  sulu  olub  axımın  qalınlığı  təxminən 
1200mm  təşkil  edir,  yeraltı  axımın  payı  yüksək  (50  %  -  ə 
yaxın), suyun temperaturu da daim yüksək (25-270 C) olur. Bu 
zonanın  təbii  suları  ultra  –  şirin  olub  tərkibində  həllolan 
maddələrin  miqdarı  100mq/l  –  dən  az  ,  hətta  bəzi  hallarda 
10mq/l  təşkil  edir,  hidrokarbonatlı  –  silisli  sinfə  daxildir,  asılı 
gətirmələr çox az qatılıqlı olub 50q/l – dən az təşkil edir. 
 
Bozqır  zonada  axımın  qalınlığı  az  olub  il  ərzində  50 
mm  təşkil  edir.Mövsüm  ərzində  çox  dəyişgən  olur.Axım 
əsasən  (  80  %  )  sutoplayıcı  hövzənin  səthi  ilə  axan  sularla 
formalaşır.Suları  şirindir  ,  lakin  tərkibində  çoxlu  duzlar 
(1000mq/l  –  ə  qədər  )  olur  ,  hidrokarbonatlı  –  kalsiumlu, 
bulanıqlıq dərəcəsi yüksək olub 500mq/l –ə qədər təşkil edir. 
Su ehtiyatları 
 
Su  ən  geniş  istifadə  olunan  təbii  ehtiyat  hesab  olunur. 
Dünyanın  bütün  mənbələrindən  bir  ildə  götürülən  suyun 
miqdarı 4000 km
3
 təşkil edir. Ən çox istifadə edilən neft və daş 
kömür kimi təbii  ehtiyatlardan  istifadə olunması təxminən 3-4 
dəfə azdır. 
 
Dünyanın  bərpa  olunan  su  ehtiyatlarından  quru  səthinə 
düşən  yağıntıların  ümumi  cəmi  təxminən  ildə  120000  km
3
 
təşkil  edir.  Əgər  bu  suyun  10  %  -  i  təsərrüfatda  işlədilərək 
qaytarılmazsa  bu  ekoloji  təhlükə  deməkdir.  Dünyanın  digər 
real bərpa olunan ehtiyatı sayılan çay axınları təxminən ildə 40 
000  km
3
  təşkil  edir,  onun  12  000  m
3
  həcmindən  asan  istifadə 
etmək olur. 
 
İçməli su ilə təmin olunma ayrı – ayrı ölkələr də kəsgin 
fərqlənir:  Qabonda  adambaşına  328000m
3
  su  düşür,  fars 
körfəzi ölkələrində isə praktiki olaraq su ilə təmin olunma sıfra 
bərabərdir.adambaşına 500m3 su və ondan aşağı olduqda aşağı 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə