ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə15/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

 
52 
.Yalnız  XVIII  əsrin  sonunda  Avropa  fizikləri  əsərlərində 
(P.Laplas,  A.Lavueze  və  b)  suyun  yalnız  iki  elementin  - 
hidrogen və oksigenin birləşməsi olduğunu təsdiq edərək onun 
digər maddələrə çevrilməsi haqqında çoxəsrlik nəzəriyyəyə son 
qoydu  .  Bu,  suyun  tərkibi  və  xassələri  haqqında  müasir  elmin 
başlanğıcı oldu . 
 
Su  olduqca  qiymətli  sərvətdir.  O  ,  üzvi  həyatı  təşkil 
edən  maddələr  mübadiləsi  proseslərində  çox  mühüm  rol 
oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük 
əhəmiyyəti  vardır.  Torpağın  tərkibində  də  su  vardır.  Bütün 
canlı  orqanizmlərin,  bitkilərin,  heyvanların  tərkibinə  su  daxil 
olur. İnsan orqanizminin ümumi kütləsinin 2/3 -si, qanın 80 % 
-  i  sudan  təşkil  olunmuşdur.Bir  çox  tərəvəz  və  meyvələrin 
kütləsinin 90 – 95 % - i sudan ibarətdir. Su olmadıqda həyat da 
dayanır,  çatışmadıqda  bitkinin  məhsuldarlığı  aşağı  düşür.  Bir 
çox canlılar su mühitində yaşayır. 
 
Su 
təbiətdə 
dövran 
edərək 
Yer 
səthinin 
formalaşmasında  iştirak  edir.  Su  müxtəlif  qeyri  –  üzvi 
maddələri  dağıdaraq  ,  əridərək  və  daşıyaraq  çökmə  süxurların 
yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur. 
 
Su  ucuz  elektrik  enerjisinin  mənbəyidir.Dənizlər  və 
çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur. 
 
Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad 
istehsal  etmək üçün 120  m
3
, 1 ton kimyəvi  lif  istehsalında  isə 
2000m
3
 su sərf edilir. 
 
Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni 
suvarılan  1  hektar topağa  saniyədə  orta  hesabla  bir  l  su  gedir. 
Bir  ton  buğda  əldə  etmək  üçün  1500m
3
,  1  ton  pambıq 
becərmək üçün 10 000m
3
 su tələb olunur .Vegetasiya dövründə 
1 hektar qarğıdalı sahəsinə 3000 m
3
 , 1 ha kələm sahəsinə 8000 
m
3
, 1 ha çəltik sahəsinə isə 12000-20000 m
3
 su sərf olunur. 
 
Əhalinin  məişətinə  də  çoxlu  su  sərf  olunur.  İnsan  gün 
ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif su mənbələri və 
su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur. 


 
53 
 
Alman  alimi  Hansın  fikrincə  Planetimizdə  içməli  su 
həyatın əsasını təşkil edir. 
 
Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı 
sərvətdir.  Su  nəinki  mineral  xammal  və  kənd  təsərrüfatının 
inkişafı  üçün  vasitədir.  O,  həm  də  mədəniyyətin  həqiqi 
göstəricisi, həyatsız yerə dirilik gətirən «canlı qandır». 
 
Akademik  Həsən  Əliyev  suyun  ekoloji  əhəmiyyəti 
haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola bilməz. Su 
da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır». 
 
Dünyanın  müxtəlif  regionlarında  su  ehtiyatlarından 
istifadə  növü  olduqca  müxtəlifdir.Sudan  ən  çox  kənd 
təsərrüfatında  istifadə  olunur.  Ədəbiyyat  məlumatlarına  görə 
kənd təsərrüfatında hər il 3500-3600 km
3
 su işlədilir, bunun 70 
faizi  suvarmaya  sərf  olunur.  Kənd  təsərrüfatında  istifadə 
olunan  suyun  miqdarı  sənayedə  olduğundan  3,4-4,0  dəfə 
artıqdır.Hazırda  dünyada  250  mln  hektara  yaxın  kənd 
təsərrüfatı  bitkiləri  və  bağlar  ,  plantasiyalar  suvarılır.  Hər 
hektara  təxminən  12-14  m
3
  su  verilərsə,  suvarmaya  2800  – 
3000  km
3
  su  sərf  olunur.  Dünyada  suvarmaya  sərf  olunan 
suyun miqdarı 9.1 saylı cədvəldə verilir. Cədvəldən göründüyü 
kimi 
suvarılan 
torpaqların 
sahəsi 
ən 
çox 
Asiyada 
yerləşir.Praktiki  olaraq  burada  suvarma  bütün  ölkələrdə  tətbiq 
edilir.Suvarılan sahələrin əsas  massivləri kontinentin cənub  və 
şərqində yerləşir , onun çox hissəsində çəltik becərilir.Bununla 
belə  Asiyanın  bütün  suvarılan  torpaqlarının  2/3  –  dən  çoxu 
yalnız  üç  ölkənin  payına  düşür  (Çin  ,  Hindistan  və  Pakistan  ) 
və  təxminən  1000km
3
  su  sərf  olunur,  bu  dünyada 
suqəbuledicilərdən suvarmaya işlədilən suyun yarısına qədərini 
təşkil  edir.  Asiyanın  bütün  ölkələrində  suvarmaya  sərf  olunan 
suyun  miqdarı  bütün  digər  su  istehlakçılarını  xeyli  ötüb  keçir 
və təxminən 82 % təşkil  edir.  Avropada bütövlükdə bu rəqəm 
30 – u keçir. 
 
Cədvəldən  göründüyü  kimi  suvarma  üçün  şirin  su 
ehtiyatlarının xeyli hissəsindən istifadə olunur və onun 3/4 - ü 


 
54 
geri  qaytarılmır.  Tarlalardan  drenaj  şəbəkəsilə  qayıdan  sular 
tarlalarda  alaqlara  və  zərərverici  həşəratlara  qarşı  işlədilən 
müxtəlif  maddələrlə  (pestisidlər)  və  mineral  gübrələrlə  güclü 
çirklənməyə məruz qalır. 
 
Suyun 
kommunal 

məişətdə 
istifadəsi. 
Su 
ehtiyatlarının  sərfinin  bu  növündə  şəhər  və  kənd  əhalisinin 
sudan  istifadəsi  nəzərdə tutular. Bu zaman suyun keyfiyyətinə 
xüsusi tələbat sürülür. Hazırda  əhali tərəfindən  istifadə olunan 
suyun  ümumi  həcmi  ildə  250  km
3
  -  u  keçmişdir.  Lakin  Yer 
kürəsi əhalisinin 4 % - i sudan kifayət qədər, yəni adambaşına 
sutkadakı 300 – 400 litr ( onda 10 % - i yaxşı keyfiyyətli içməli 
sudur ) su işlədilir, Afrikada və Asiyada yerləşən əhalinin 2/3 – 
i üçün sudan istifadə 10 dəfə azdır. 
 
Beynəlxalq  Rio  –  de  –  Janeyro  (1920)  konfransının 
məlumatına  əsasən  inkişaf  etməkdə  olan  ölkələrdə  hər  üç 
nəfərdən  biri  içməli  suyun  çatışmazlığından  əziyyət  çəkir. 
Xəstəliklərin 80 % - i, ölüm hadisələrinin 1/3 – i içməli sudan 
istifadə  ilə  bağlıdır.  Odur  ki,  səmərəli  istifadə  edilməsi 
hesabına  Planetin  bütün  əhalisinin  yaxşı  keyfiyyətli  içməli  su 
ilə  təmin  olunması  mühüm  problem  kimi  qarşıda  durur. 
Səciyyəvi  bir  misal:  Amerika  ekspertlərinin  məlumatlarına 
görə  ABŞ  –  da  su  kəmərindən  sızaraq  itən  suyun  miqdarı 
sutkada adambaşına 120 litr təşkil edir, bu miqdar su Hindistan 
və  Çində  adambaşına  orta  sutqalıq  istifadə  olunan  suyun 
miqdarına uyğun gəlir. 
 
Suyun  sənayedə  və  energetikada  istifadəsi.  Bu 
məqsədlə  sudan  iş  prosesində  qızmış  aqreqat  ,  mexanizm  , 
alətlər  və  s.  –  nin  soyudulması  ,  istehsal  tullantılarının 
kənarlaşdırılması,  maşın  detal  və  hissələrinin  yuyulmasında 
istifadə edilir. Sənayedə sudan həlledici kimi də istifadə olunur, 
hazır məhsulun tərkibinə daxil olur. Bu sudan istifadə növündə 
qayıtmayan suyun miqdarı az olur. Burada çirkab sularının çox 
olması  problem  yaradır.  Hazırda  sənaye  və  energetikada  760 
km3  su  sərf  olunur,  bu  yalnız  suvarma  suyuna  nisbətən  azlıq 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə