ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə12/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

 
42 
və  məkan  atmosferinin  arasında  olan  rütubət  mübadiləsinin 
paylanmasına gətirib çıxarır. 
Antropogen  qarışıqların    atmosferə  bilavasitə 
(birbaşa) təsirin mənbəyi sənayedir, istilik energetikasıdır, neft-
qazın yenidən işlənməsidir. (emalıdır) nəqliyyatdır və s. 
Hər  bir  mənbələr  yaxud  istehsalat  sahələri  spesifik 
qatışıqların  tullantıları  ilə  xarakterizə  edilir,  sonuncuların 
tərkibi    on  illərlə  maddələrdən  ibarətdir  ki,  onların  aşkar 
edilməsi  və  identifikasiyası  çox  çətin  başa  gəlir.  Sənayenin 
daha  çox  yayılmış  tullatılarına  aşağıdakılar  aiddir.  Kül  sink 
oksidi  (turşusu),  silikatlar,  qurğuşun  xloridi,  kükürd    dioksidi 
və  trioksidi,  hidrogen  sulfid,  aldehidlər,  karbohidratlar, 
qatranlar, azot oksidi və dioksidi, ammiak ozon, karbon oksidi 
və  dioksidi,  ftorhidrogen,  xlorhidrogen,  radioaktiv  qazlar, 
tozlar və aerozollar. 
Hər il yanacağın yandırılması  nəticəsində atmosferə 
(təmizlənməni  nəzərə  almaqla)  20  mlrd.  t-dan    çox    karbon 
dioksidi və 700 mln t-dan çox buxar və qaza oxşar birləşmələr 
atılır.  Atmosferin  karbon  qazları  ilə  çirklənməsi  misal  üçün, 
0,032%    kükrd  dioksidi  ilə  -0,  00003%  ПДК  təşkil  edir  (ildə 
150 mln t daxil olunduqda), sənayecə inkişaf etmiş rayonlarda 
bu göstəricilər daha yüksək ola bilər.  
Hər  il atmosferə 2  mlrd.t. toz daxil olur. Bunlardan 
200...400mln.t. antropogen mənşəli tozlardır. Proqnozlara görə 
2005 - ci  il üçün  bu tozların  miqdarı 2 dəfə  artacaqdır. Tozun 
belə kütləsi birbaşa radiasiyanı buludsuz havada 6% aşağı sala 
bilər, bu isə müvafiq olaraq ümumi radiasiyanı 1%  aşağı salır. 
Atmosfer  havasına  avtomobil  nəqliyyatının  daha  çox  neqativ 
təsiri qeydə alınmışdır.  
 
Kömür  və  mazut  kimi  yanacaq  növləri  kükürdə  zəngin 
olaraq, yandıqda havaya əsasən kükürd birləşmələri atılır (daxil 
olur). Məsələn, elektroenerjialındıqda istifadə olunan kömürün 
tərkibində kükürdün orta səviyyəsi 2,5% təşkil edir, buna görə 
elektrostansiya odluqlarında 1 mln.t. kömür yandıqda 2,5 mln.t. 


 
43 
kükürd,  əsasən  qaz  sulfidi  (kükürd  4-oksidi)  şəklində  əmələ 
gəlir. 
 
Yanacaq kimi neft məhsullarından istifadə ətraf mühitin 
yanacaq  məhsulları  ilə,  kükürd  birləşmələrini  (SO

və  SO
3

daxil etməklə, çirklənməsinə gətirib çıxarır. 
 
Təkrar  emal  edildikdə,  kerosin  və  benzin  kimi 
məhsullardan  kükürd  çıxarılır.  Təbii  qazın  tərkibində  neft  və 
kömürdən  fərqli  olaraq,  kükürd  praktiki  olaraq  yoxdur.  Bu 
mənada  qaz  ekoloji  cəhətdən  təmiz  yanacaqdır.  Yanacaq 
yandırıldıqda  əmələ  gələn  kükürd  dioksidi  tədricən  hava 
oksigeni  tərəfindən  oksidləşir,  o  da  öz  növbəsində  kükürd 
turşusunu  əmələ  gətirərək,  su  buxarı  ilə  reaksiyaya  girir. 
Havada olan su buxarı damalardan ibarətdir. Bu duman yüksək 
korrodik xüsusiyyətə malikdir. 
 
Kükürd  dioksidi  SO

bitkilərə  zərərli  təsir  göstərir. 
Yarpağın  içinə daxil olaraq, o, toxumaların  fəaliyyətinə təzyiq 
göstərir  ki,  bu  da  yarpaqları  qurudur.  Dioksid  və  kükürdün 
digər  birləşmələri  gözün  selikli  qişasını  tənəffüs  yollarını 
qıcıqlandırır;  uzunmüddətli  SO
2
-nin  az  qatılığı  olan  təsiri 
xroniki  qastritlə,  hepatopatiya,  bronxit,  laringit  və  s. 
xəstliklərlə nəticələnir. 
 
Atmosferdə  SO

,  SO
3
-dək  oksidləşir,  bu  da  metalların 
izi,  əsasən  manqanın  təsiri  altında  baş  verir.  Bundan  başqa, 
suda  həll  edilmiş  qazabənzər  SO
2
  ozonla  və  ya  hidrogen 
peroksidi  ilə  oksidləşə  bilər.  Su  ilə  birləşərək  SO
3
  kükürd 
turşusu  əmələ  gətirir  ki,  o  da  metallarla  sulfat  əmələ  gətirir. 
Kükürd dioksidi atmosferdə bir neçə saatdan bir neçə günədək 
rütubətdən  və  atmosferin  digər  xüsusiyyətlərindən  asılı  olaraq 
mövcuddur.  
 
2.6. Atmosfer çirkləndiricilərinin ümumi xarakteristikası 
  Atmosfer  təbii  və  antropogen  mənbələrdən  ayrılan 
müəyyən komponentlərlə çirkləndirilir. 


 
44 
Təbii  mənbələrə  misal  olaraq  vulkan  və  kosmik  mənşəli 
tozlar,  yer  səthindən  ayrılan  tozları,  dəniz  duzlarının  hissələri, 
duman,  meşə  və  səhralarda  baş  vermiş  yanğınların  tüstülərini, 
vulakn  mənşəli  qazları,  bitki,  heyvanat  aləmi    və  mikrobioloji 
mənşəli  maddələri  göstərmək  olar.  Adətən,  təbii  mənbələrlə 
atmosferin çirklənməsi fon səviyyəsi adlanır və zamandan asılı 
olaraq az deyişir. 
Antropogen  mənbələr  insanın  həyat  fəaliyyəti  ilə 
əlaqədardır 
və 
növlərinin, 
mənbələrinin 
çoxluğu 
ilə 
səciyyələnir.  Məsələn,  ağır  və  nadir  metalların  aerozolları, 
sintetik  birləşmələr,  radioaktiv,  konserogen,  bakteroloji 
maddələr  və s. Sənayenin  inkişafı  ilə  yanaşı  belə mənbələrdən 
ayrılan  tullantılar  artır.  Xüsusi  ilə  sənaye  istehsalının, 
energetikanın və nəqliyyatın sürətlə inkişafı ilə əlaqədər olaraq  
bu problem daha kəskin xarakter daşayır. 
Ölkəmizdə  atmosferin  çirklənməsi  əsasən  aşağıdakı 
sənaye sahələrini hesabına baş verir: 
-  istilik energetikası – 27% 
-  qara və əlvan metallurgiya – 24,3 və 10,5% 
-  neft və qaz çıxarılması və neft kimyası – 15,5% 
-  avtonəqliyyat – 13,5% 
-  tikinti materialları müəssisələri – 8,1% 
-  kimya sənayesi – 1,3% 
Atmosferi ən çox çirkləndirən maddələr aşağıdakilərdir: 
-  karbon oksidi CO 
-  kükürd anhidridi SO
2
 
-  azot oksidləri NO 
x
 (əsasən NO
2

-  karbohidrogenlər C
n
H
m
 
-  tozlar 
Bunlardan 
əlavə 
əlektron 
sənayəsində 
zavodların 
vensilyasiya  tullantılarının  tərkibində  müxtəlif  turşuları  və 
üzvü  həlledicilərin  buxarları  olur  (xlor,  kükürd  turşuları  və 
digər mineral turşular). 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə