ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə18/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

 
64 
hədd  hesab olunur. Adambaşına 1000m
3
  su adətən kritik  hədd 
sayılır  və  həmin  ölkədə  su  ehtiyatının  kəskin  qıt  olmasını 
göstərir. 
                                                                                    Cədvəl 9.6 
Yerdə çay sularının illik axımı 
 
 
 
Su 
təsərrüfatı 
ölkənin 
bütün 
iqtisadiyyatını 
müəyyənləşdirir.  Misir,  Suriya  və  Pakistanda  su  ilə  təmin 
olunma səviyyəsi adambaşına 1200-2200m
3
 təşkil edir. 
 
Hazırda  əhalisi  110  mln  olan  15  ölkədə  (məlumat 
toplanan  145  ölkədə)  su  ilə  təmin  olunma  səviyyəsi 
adambaşına 500m
3
 – dan aşağıdır. 
 
Əhalisi  120  mln  olan  12  ölkənin  su  resursları  aşağı 
səviyyədədir  (ildə  adambaşına  500  –  1000m
3
  ).  Göstərilən  27 
ölkədə su qıtlığı əhalinin həyatını müəyyənləşdirir.Bu vəziyyət 
«ya  olum  ya  ölüm»məsələsi  olub  dövlətlər  onun  mühüm 
strateji  həllini  tapmalıdır.  Əhalisi  3,4  mlrd  olan  58  ölkə  su 
ehtiyatının  azlığı  ildə  adambaşına  1000-5000m3  şəraitində 
yaşayır.1990-cı  ilə  dünya  əhalisinin  70  %  -ni  təşkil  edən  80 
ölkə su resurslarının qıtlığı problemi ilə üzləşir. (cədvəl 9.7). 
 
 


 
65 
                                                                                   Cədvəl 9.7 
Əhalinin adambaşına il ərzində düşən 
su ehtiyatı (m3 – lə ) 
 
 
 
Øÿêèë 9.1. Éåð êöðÿñèíäÿ èëëèê éàüûíòûëàðûí çîíàë ïàéëàíìàñû 
 
 
Bunlar  əsasən  inkişaf  etməkdə  olan  ölkələr  olub  suyun 
çatışmaması onların  sosial  və  iqtisadi  inkişafına  mühüm  əngəl 
hesab olunur. 
 
Hazırda  dünyanın  əhalisi  durmadan  artmaqda  davam 
edir, mövcud su ehtiyatlarının həcmi isə dəyişmədiyindən onun 
qıtlığı vəziyyəti pisləşəcəkdir. 


 
66 
 
2025  –ci  ilə  artıq  dünyanın  1,4  mld.  əhalisi  olan  45 
ölkədə  adambaşına  1000m3  -  dan  az  su  düşəcəkdir.  Dünya 
əhalisinin dörddə üçü qədəri təxminən 100 ölkədə suyun qıtlığı 
şəraitində  və  ya  başqa  sözlə  ekoloji,  iqtisadi  və  siyasi 
dayanıqsız  təhlükəsi  altında  yaşayacaqdır.  Əgər  təsərrüfatın 
idarə  olunmasının  mövcud  üsulları  dəyişilməsə  suyun 
keyfiyyətinin  pisləşməsi  davam  edəcək  və  vəziyyət  daha  da 
mürəkkəbləşəcəkdir. 
 
3.2. Azərbaycanın su ehtiyatlarının ekoloji vəziyyəti 
 
Suvarma  əkinçiliyi  ilə  çox  qədimdən  məşğul  olan 
Azərbaycanın həmişə olduğu kimi, bu gün də  suvarma sularına 
çox  böyük  ehtiyac  vardır.  Respublikamız  su  ilə  az  təmin 
olunmuş ölkələr sırasına daxildir. Öz ərazisi daxilində yaranan 
su ehtiyatlarının hər nəfər və hər kvadrat kilometr əraziyə görə 
Azərbaycan  Respublikasının  su  təminatı  qonşu  respublikalarla 
müqayisədə 2,5-8 dəfədən də azdır. 
Su  ehtiyatlarının  həcmi  ilin  fəsillərinə  görə  kəskin 
dəyişir.  Respublikanın  çaylarının  əksəriyyətində,  suya  olan 
tələbat  çoxaldığı  aylarda  onlardan  axan  suyun  miqdarı  xeyli 
azalır.  Çaylardan  axan  suyun  60%-dən  çoxu  (Lənkəran 
çaylarından  başqa)  yaz,  yaz-yay  (mart-iyun)  aylarına,  su 
ehtiyatının  cəmi 10-15%-i  isə  isti aylara (iyul-sentyabr) düşür. 
Çayların  axan  rejimi  ilə  su  tələbatı  arasında  olan  qeyri-
mütənasiblik su təsərrüfatı qurğularının tikintisi ilə nizamlanır. 
Hal-hazırda  respublikanın  təqribən  1,45  mln  hektar 
suvarılan  torpağının  17%-ə  qədəri  yeraltı  sularla,  20%-i  çay 
məcrasından  kənarda  tikilmiş  su  anbarlarından  və  çayların 
özündən götürülən kanallar vasitəsilə suvarılır. 
Mövcud  su  ehtiyatlarına  dair  məlumatların  analizi 
nəticəsində demək olar ki, respublikanın  su  ehtiyatlarının  əsas 
hissəsini  Kür,  Araz  və  Samur  çayları  hövzələri  təşkil  edir.  Su 


 
67 
ehtiyatlarının  qalan  hissəsi  xırda  çayların  hövzələrini,  süni  və 
təbii göllər, bulaqlar və yeraltı suların payına düşür. 
Hələ  bu  yaxınlara  qədər  minerallığı  1,0  q/l-ə  qədər  olan 
sular  suvarma  üçün  yararlı  hesab  olunurdu,  lakin  antropogen 
təsirlər  nəticəsində  su  mənbələrində  suvarma  suyunun 
keyfiyyəti  pisləşməkdə  davam  edir.  Həm  də  su  ehtiyatlarının 
məhdudluğu üzündən yeni su mənbələrindən (kollektor-drenaj, 
dəniz,  tullantı  suları  və  s.)  istifadə  olunması  variantlarına 
ehtiyac  artmaqdadır.  Bununla  əlaqədar  olaraq  son  20-30  ildə 
başqa  ölkələrdə  olduğu  kimi,  bizdə  də  suvarma  suyunun 
keyfiyyətinin  yaxşılaşdırılması  üzərində  ardıcıl  olaraq  elmi-
tədqiqat  işləri  aparılır.  Alınmış  nəticələr  göstərir  ki,  suvarma 
suyunda  duzların  buraxıla  bilən  miqdarı  torpağın  mexaniki 
tərkibindən,  onun  su-fiziki,  fiziki-kimyəvi  xüsusiyyətlərindən, 
bitkilərin duza davamlığından, ərazinin drenləmə dərəcəsindən 
və s.  şərtlərdən asılıdır. 
Suvarma  suyunun  keyfiyyətinin  pisləşməsi  ətraf  mühitə 
və  ekoloji  sistemə  də  öz  mənfi  təsirini  göstərir.  Məişət-
kommunal, istehsalat, kənd təsərrüfatının tullantı suları vasitəsi 
ilə  su  hövzələrinə  müxtəlif  toksik  maddələr  atılır  və  bunun 
nəticəsində də ekoloji sistemdə struktur dəyişiklikləri yaranır. 
Məlumdur  ki,  aqroekoloji  sistemin  normal  fəaliyyət 
göstərməsi  üçün  kimyəvi  tərkibinə  görə  zərərsiz  olan  su  tələb 
olunur.  Suyun  keyfiyyəti  aqroekoloji  sistemin  stabilliyinin  ən 
vacib  göstəricisidir.  O,  torpağın  münbitliyinə,  kənd  təsərrüfatı 
bitkilərinin su tələbatına, məhsuldarlığına və onun keyfiyyətinə 
təsir  göstərir.  Eyni  zamanda  suvarma  suyunun  keyfiyyəti 
hidromeliorativ 
sistemlərdə 
qurğuların 
materiallarının 
saxlanılması  və  onların  uzunömürlüyünə  də  təsir  göstərir.  Bu 
deyilənlərə 
əsasən, 
suvarma 
suyunun 
keyfiyyətinin 
qiymətləndirilməsi üçün ekoloji meyarlardan istifadə olunur. 
Ekoloji  meyarlar  ətraf  mühitin  obyektlərinin  mühafizəsi 
nöqteyi-nəzərdən onların çirklənməsinin qarşısının alınması və 
sanitar-gigiyena    təhlükəsizliyinin  təmin  edilməsi,  kənd 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə