89
Hacı Həsən gölü Bakı şəhərinin cənub-qərb hissəsində –
Yasamal dərəsində yerləşir. Akvatoriyası 175 ha, dərinliyi 2 m,
suyunun həcmi isə 3,2 mln m
3
-dir. Gölə il ərzində 9040 min m
3
məişər-sənaye çirkab suları atılır ki, onların da 80%-i məişət
mənşəli tullantılardır, suyunun minerallığı 2,5 q/l-dir. Gölün
suyunun fon tərkibində anionlar üstünlük təşkil edir və
konsentrasiyası sanitar normaları aşır. Xloridlərin miqdarı
normadan 44 dəfə, sulfatların miqdarı isə 1,6 dəfə yüksəkdir.
Hacı Həsən gölü ancaq fenollar (YVHQ=8), kadmium
(YVHQ=4) və mis (YVHQ=3,5) ilə orta səviyyədə
çirklənmişdir. Gölün su mühitinin və dib çöküntülərinin
çirklənmə dərəcəsi ekoloji baxımdan orta qiymətləndirilə bilər.
Zığ gölü səthinin sahəsi 20 ha, dərinliyi 1,5 m olmaqla
Zığ qəsəbəsindən axan məişət-sənaye suları və yeraltı sular
hesabına qidalanır. Gölə axıdılan məişət tullantı sularının illik
həcmi 1826 min m
3
, sənaye (neft, qaz) tullantıları isə
73 min m
3
-dir. Götürülmüş su nümunələrinin analizlərinin
nəticələri göstərir ki, gölün suyu şor olmaqla minerallaşma
dərəcəsi 166 q/l-ə çatır. İon tərkibində xloridlər 96, mqanezium
42,6 və sulfatlar 5,4 q/l olmaqla sanitar normaları müvafiq
olaraq 274,21 və 11 dəfə aşır. Gölün suyunun oksigen rejimi
pozulmuşdur. Oksigenin konsentrasiyası sanitar normadan
1,6 dəfə aşağıdır. Çirkləndirici maddələrdən yüksək miqdarda
kadmium 8,4 , mis 6, detergenlər 0,45 mq/l olmaqla müşahidə
olunur ki, bu da sanitar normadan uyğun olaraq 8,4 ; 6 ; 4,5
dəfə yüksəkdir.
Zığ gölünün dib çöküntülərində manqan (222 mq/kq),
neft məhsulları (63 mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq),
kadmium (21 mq/kq), sink (18 mq/kq), xrom (12 mq/kq) və
kobalt (8,6 mq/kq) toplanmışdır. Göldə ekoloji vəziyyəti orta
qiymətləndirmək olar.
Masazır gölü ellips formasında olub səthi 8,33 km
2
-dir.
Ən böyük eni 2,6 km, gölün orta dərinliyi 0,6 m, sahil xəttinin
uzunluğu 14 km, suyunun həcmi 6,8 mln m
3
-dir. Göl əsasən
90
atmosfer yağıntıları və qismən yeraltı sular hesabına qidalanır.
Bundan başqa, gölə Masazır və Novxanı qəsəbələrinin məişət-
kommunal suları axıdılır. Tullantı sularının miqdarı gün
ərzində 8 min m
3
təşkil edir. Gölün suyunun minerallaşma
dərəcəsi 280 q/l təşkil edir və bu göstəriciyə görə Masazır gölü
şor sulu göllər qrupuna aid edilir. Suyunun ion tərkibində
xloridlər (161 q/l) və sulfatlar (8,6 q/l) üstünlük təşkil edir,
onların konsentrasiyası sanitar normaları müvafiq olaraq 2 və
17 dəfə aşır. Kalsium (0,6 q/l) və maqnezium (3,4 q/l)
konsentrasiyası nisbətən az olsa da onların göstəriciləri sanitar
normadan 3,5 və 17 dəfə yüksək qeydə alınmışdır.
Çirkləndirici maddələrdən daha yüksək miqdarda misin və
kadmiumun konsentrasiyaları müşahidə edilir ki, onların da
göstəriciləri normanı müvafiq olaraq 10,5 və 17 dəfə aşır.
Detergenlərin və neft məhsullarının miqdarının nisbətən az
olmasına baxmayaraq onların da konsentrasiyaları normadan
müvafiq olaraq 6 və 2,4 dəfə yüksək qeydə alınmışdır.
Masazır gölünün suyunun davamlı çirklənməsi dib
çöküntülərinin də çirklənməsinə səbəb olur. Aparılan
müşahidələr və analizlər göstərir ki, dib çöküntülərinin hər
kiloqramında 891 mq neft məhsulları, 535 mq manqan, 32 mq
kadmium, 53 mq nikel, 27 mq xrom, 30 mq sink, 24 mq kobalt
toplanmışdır. Bu göstəricilər Masazır gölünün gərgin ekoloji
vəziyyətə malik olduğunu göstərir.
Mirzələdi gölü Novxanı və Binəqədi qəsəbələri arasında
dəniz səviyyəsindən 12,1 m hündürlükdə yerləşir. Gölün orta
dərinliyi 1 m, sahil zolağının uzunluğu 21 km, su tutumu
1,9 mln m
3
-dir. Mirzələdi gölü duzlu göldür. Gölə il ərzində,
əsasən, Binəqədi qəsəbəsindən məişət-kommunal suları
(1095 min m
3
) və yaxınlıqda yerləşən neft buruqlarından
(182 min m
3
) lay suları axıdılır. Suyunun minerallaşma
dərəcəsi 388 q/l olmaqla Mirzələdi gölü şor sulu göllər qrupuna
aiddir və onun fon tərkibində xloridlər (231 q/l) üstünlük təşkil
edir. Bu da sanitar normaları 160 dəfə aşır. Kalsium 0,6 q/l,
91
maqnezium isə 3,4 q/l olmaqla normadan müvafiq olaraq 3 və
6 dəfə yüksəkdir. Çirkləndirici maddələrin konsentrasiyaları
kifayət qədər yüksək olmaqla sanitar normaları dəfələrlə aşır.
Normanı daha çox kadmium 19 dəfə və mis 12 dəfə aşır. Neft
məhsulları və detergenlər normadan 7 və 4 dəfə yüksək qeydə
alınmışdır. Gölün suyunun oksigen rejimi də pozulmuşdur.
Suyun tərkibində həll olmuş oksigenin miqdarı normadan
8 dəfə azalaraq 0,49 mq/l təşkil edir.
Mirzələdi gölünün dib çöküntülərində hər kiloqramında
820 mq neft məhsulları, 560 mq manqan, 55 mq nikel, 42 mq
kadmium, 37 mq sink, 30 mq mis, 23 mq xrom və 22 mq
kobalt müşahidə olunur.
Son iki gölün – Mirzələdi və Masazır göllərinin sularının
və dib çöküntülərinin analizləri göstərir ki, onlar kifayət qədər
yüksək çirklənməyə məruz qalmışdır. Bu göllərin ekoloji
vəziyyətinin olduqca gərgin olması ətraf mühitə də öz təsirini
gösətərməkdədir.
Beləliklə, Abşeron yarımadasındakı 200-dən çox gölün
ekoloji cəhətdən vəziyyəti ilə əlaqədar problemləri və
respublika iqtisadiyyatı üçün onların törədə biləcəyi təhlükəni
yuxarıda adları çəkilən göllərin timsalında təsvir etməyə
çalışdıq.
Son illərdə Abşeron yarımadasının su hövzələrinin
ekoloji vəziyyətinin öyrənilməsində Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin,
Kompleks
Hidrogeologiya
və
Mühəndis
geologiyası
Ekspedisiyasının
və
Mineral-Xammal
Elmi-Tədqiqat
İnstitunun böyük xidmətləri olmuşdur. Bu işlər sössüz ki,
Abşeron yarımadasının daxili su hövzələrinin ekoloji cəhətdən
törədə biləcəyi təhlükələrin və ətraf mühitə, insan sağlamlığına
və iqtisadiyyata vurulacaq ziyanların aradan qaldırılmasında öz
xidmətini göstərəcəkdir.
Ekoloji problemlərin həlli kompleks şəkildə, çox sahəli
və effektli aparılmalıdır. Bunun üçün hər şeydən əvvəl
Dostları ilə paylaş: |