114
Süxurda üfüqi və şaquli çatların sayı get-gedə artır və
nəticədə yumşaq süxur əmələ gəlir, yəni süxurun müxtəlif
ölçülü qırıntıları və xırda hissələri yaranır.
Müxtəlif
mineralların
genişlənməsi
əmsalı
eyni
olmadığı üçün mürəkkəb süxurlar, bəsit (sadə) süxurlara
nisbətən sürətlə aşınır. Fiziki aşınma prosesində xırdalanan
hissələrin ölçüsü yəqin ki, 0,001 mm-dən kiçik olmur.
Torpaqəmələgəlmə prosesində fiziki aşınma böyük
əhəmiyyətə malikdir, o, kimyəvi və bioloji aşınmanın intensiv
getməsinə şərait yaradır. Bu onunla aydınlaşdırılır ki, hissələr
xırdalandıqca onun xüsusi səthi böyüyür və bununla da
aşınmanın kimyəvi və bioloji amilləri ilə daha asan əlaqə
yaranır.
Kimyəvi aşınma – Kimyəvi aşınma zamanı minerallar
parçalanmaya və sintezə məruz qalır. Bunun nəticəsində ilkin
süxurda olmayan yeni minerallar yaranır. Kimyəvi aşınmanın
əsas amilləri – su, oksigen, karbon qazı və temperaturdur.
Qranitin tərkibinə kvars, çöl şpatı, avqit, slyuda və digər
minerallar daxildir. Kvars (SiO2) yer səthində çox
davamlı mineral olduğu üçün planetimizdə olduqca çox
toplanmışdır. Çöl şpatı kimyəvi təsirə qarşı az davamlıdır.
Kimyəvi aşınma prosesinin intensivliyinə görə iki əsas
tip ayrılır: sialit və allit. Sialit aşınma tipi mülayim iqlimi və
orta
miqdarda
atmosfer
yağıntıları
olan
ərazi
üçün
xarakterikdir. Bu zaman aşınma zamanı əsasən alümosilikatlar
və ferrisilikatlar yaranır.
Allit tipli aşınma rütubətli və isti iqlimi olan ərazi üçün
xarakterikdir. Belə şəraitdə süxurda intensiv hidroliz gedərək
alüminium, dəmir və silisium hidroksidləri əmələ gəlir.
Bioloji aşınma. – Minerallara bitkinin kökləri,
həmçinin mikrobların, bitkinin və heyvanat aləminin fəaliyyəti
nəticəsində ayrılan və onların çürüməsindən alınan məhsullar
təsir göstərir.
115
Orqanizmlər davamlı məhsulların aşınmasına böyük
təsir göstərir. Akademik V.İ.Vernadski canlı orqanizmlərin
aşınma prosesində böyük əhəmiyyətini qeyd edərək, belə hesab
edir ki, kaolin abiotik şəraitdə davamlıdır. Lakin o,
orqanizmlərin bilavasitə iştirakilə, yəni bioloji olaraq
parçalanır. Bəzi yosunlar silisium turşuları ayıraraq kaolini
parçalayır. Belə parçalanma yosunlar tərəfindən ayrılan və
tərkibində pektin maddələri olan seliyin təsirilə gedir.
Yağlı-turşu və nitrifikasiya mikroorqanizmləri ayırdığı
maddələrlə apatit və silikatları sürətlə parçalayır. Süxurların
səthinə göy-yaşıl yosunlar da böyük təsir göstərir. Belə
yosunlar və nitrifikasiya bakteriyaları qranitə böyük təsir
göstərir.
Çöküntü süxurların aşınması.- Yer səthində çöküntü
süxurları daha geniş yayılmışdır. Bu süxurlar müxtəlif
torpaqların formalaşmasında çox iştirak edir.
Çöküntü süxurlar törəmə (təkrar) süxurlar hesab olunur.
Bu süxurların tərkibində həm ilkin minerallar, həm də massiv
kristallik və metamorfik süxurların aşınması nəticəsində əmələ
gələn davamlı minerallar vardır. Çöküntü süxurların aşınması
xüsusiyyəti onun quruluşundan və kimyəvi tərkibindən asılı
olaraq gedir. Məsələn, konqlomerat və brekçiya əsasən ilkin
süxurlardan təşkil olunub, ancaq sementləşmiş maddəsində
aşınma prosesində yaranan törəmə minerallar iştirak edir. Belə
halda çöküntü və ilkin süxurların aşınması prosesində az fərq
ola bilər. Əhəng daşları və gil şistlərinin aşınması isə başqa
cürdür. Bu süxurlar ilkin süxurların aşınmasından əmələ gələn
minerallardan ibarət olub, həmin termik şəraitdə özünü davamlı
göstərir.
Aşınma nəticəsində belə süxurlar az-çox dəyişkənliyə
uğraya bilən mineralların hesabına gedərək fiziki xırdalanır və
kimyəvi tərkibi dəyişir.
Əhəng daşı aşınma prosesində aşağıdakı dəyişikliyə
düçar olur. Onun tərkibinə karbon qazı, kaolin, krem silisium
116
turşusu, kvars, dəmir hidratı, alüminium, marqans, az miqdarda
fosfat, xlorid, sulfat və digər birləşmələr daxil olur. Bu
mineralların çoxu kimyəvi dəyişkənliyə uğramır. Belə ki,
xloridlər, sulfatlar və qismən fosfatlar suda həll olaraq
dəyişkənliyə uğramayaraq ayrılırlar. Kaolin – davamlı mineral
olub qismən mikroorqanizmlər tərəfindən parçalanır. Odur ki,
süxur bu mineralla zənginləşir. Onun tərkibindəki kalsitin
karbon qazının miqdarı kəskin dəyişəcək. Bu duz havadakı
karbon qazı və su ilə asan reaksiyaya uğrayır.
Bu zaman suda həll olan iki kalsium-karbonat əmələ
gəlir. Aydındır ki, belə reaksiya nəticəsində əhəng daşı kalsiti
itirəcək, eyni zamanda həll olmayan davamlı minerallarla (gil,
silikat turşusu, dəmir və alüminium oksidi) nisbətən
zənginləşəcəkdir. Əhəng daşı ağımtıl boz rəngdən qırmızımtıl
və qonur rəngə çevriləcəkdir. Onun aşınma məhsulu çox xırda
hissəciklərdən ibarət olur. Məhz buna görə də əhəng daşları
üzərində aşınma zamanı gilli torpaqlar yaranır.
Aşınma nəticəsində əhəng daşlarının yerində mergellər
– karbonatlı gillər və hətta təmiz, yəni karbonatsız gillər
yaranır. Sonralar onların üzərində gilli torpaqlar əmələ gəlir.
Gilli şistlər də göstərildiyi kimi aşınmaya məruz qalır.
4.5. Torpaqəmələgətirən amillər
Hələ 1875-76-ci illərdə Həsənbəy Zərdabi ilk dəfə
olaraq öz əsərlərində əsas 4 faktorun torpaqəmələgəlmə
prosesində rolunu göstərmişdir: ana süxur, bitki və canlı
orqanizmlər, iqlim və insanın təsərrüfat fəaliyyəti. Ondan 8 il
sonra V.V.Dokuçayev 5 amili (torpaqəmələgətirən süxurlar,
bitki və heyvan orqanizmləri, iqlim, relyef və ərazinin
(ölkənin) geoloji yaşı) torpağın əmələgəlməsində rolunu daha
geniş izah etmişdir. Sonralar V.R.Vilyams torpaqəmələgətirən
amillərə insan fəaliyyətini də daxil etmişdir. İndiki torpaqşünas
tədqiqatçılar torpaqəmələgəlmə prosesində qrunt sularının da
böyük rol oynadığını göstərirlər.
Dostları ilə paylaş: |