120
Bakteriyalar torpaqda olan mikrocanlıların ən çoxunu
təşkil edir. Bakteriyasız torpaq yoxdur. Onun çox miqdarı
torpağın üst, əsasən şum qatında yerləşir.
Oksigenə tələbinə görə bakteriyalar aerob, anaerob, və
fakültətiv bakteriyalara bölünür. Aerob bakteriyalar yalnız
havanın oksigeni şəraitdə, anaerob bakteriyalar havasız
şəraitdə, fakültətiv bakteriyalar isə həm havalı, həm də havasız
şəraitdə fəaliyyət göstərir.
Çöpşəkilli
bakteriyalar
batsilla,
kürəşəkilli
bakteriyalar-kokki,
bükülmüş
bakteriyalar-spiril,
çox
bükülmüş bakteriyalar isə spiroxetlər adlanır. Bakteriyalar
bitki aləminə daxil olanda hüceyrələrində xlorofil olmur.
Hərəkətli və hərəkətsiz bakteriyalar mövcuddur.
Qidalanmasına görə bakteriyalar avtotrof və heterotrof
bakteriyalara bölünürlər. Avtotrof bakteriyalar karbon qazını
mənimsəyərək və karbondan istifadə edərək üzvi maddələr
yaratmaq qabiliyyətinə malikdir. Heterotrof bakteriyalar isə
karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir.
Energiyadan istifadəsinə görə bakteriyalar fotoavtotrof,
hemoavtotrof və heterotrof bakteriyalara bölünür.
Fotoavtotroflar günəş işığından, hemoavtoqraflar-
mineral
birləşmələrin
oksidləşməsi
zamanı
ayrılan
energiyadan, heteroqraf bakteriyalar isə üzvi birləşmələrin
oksidləşmələrindən alınan energiyadan istifadə edirlər.
Torpaqda hemotraf bakteriyalar geniş yayılmışdır.
Bunlardan dəmir bakteriyaları böyük maraq doğurur. Onlar
dəmirin aşağı oksidli birləşməsini dəmir oksid formasına
çevirir:
2FeCO3+3H2O+O=2Fe(OH)3+2CO2+121.2 coul
Təbiətdə azotun dövranında bilavasitə iştirak edən
bakteriyalar xüsusi yer tutur. Bunlar torpaqda nitrifikasiya
prosesi apararaq ammoniumu azot turşusuna çevirir:
121
2NH3+3O2=2HNO2+2H2O+718.9 coul
belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların
köməyilə gedir.
Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:
2HNO2+O2=2HNO3+108.7 coul
Bu reaksiyada nitrobacterlər iştirak edir.
Nitrifikasiya
prosesindən
başqa
torpaqda
mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və
ya nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu
proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə qədər,
sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya)
olunur.
C6H12O6+4NO3=6CO2+6H2O+2N2
və ya
3C+4KNO2+H2O=2KHCO3+K2CO3+2N2
Denitrifikasiya prosesi denitrifikator bakteriyaların
təsirilə baş verir.
Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin
tərəfindən tapılan hemotroflar – kök bakteriyaları və anaerob
mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki
mikroorqanizm növü azotun dövranında fəal iştirak edir, odur
ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində
böyük əhəmiyyəti vardır.
İlk dəfə 1938-ci ildə fransız kimyaçısı Bussenq aşkar
etmişdir ki, paxlalı bitkilərdən sonra torpaqda daha çox azot
toplanır.
122
Aktinomisetlər və ya şüalı göbələklər torpaqda, suda
və peyində geniş yayılmışdır. 1qram torpaqda aktinomisetlər
15…36 milyona, və ya 1 hektarda 500:700 kq-a qədər ola bilər.
Aktinomisetlər humusun (çürüntünün) əmələ gəlməsində fəal
iştirak edir.
Göbələklər –tipik heterotroflar, yəni hazır üzvü
maddələrlə qidalananlar hesab olunur. Göbələyin vegetativ
gövdəsi
mitseli
adlanır.
Ali
göbələklərin
mitseliləri
çoxhüceyrəli olur.
Göbələklər
torpaqəmələgəlmə
prosesində
böyük
əhəmiyyətə malikdir, onlar mürəkkəb üzvi maddələri mineral
birləşmələrə qədər parçalaya bilir. Göbələklər özündən sonra
torpaqda suya davamlı struktur yarada bilən çoxlu humus
saxlayır.
Yosunlar. Yuxarıda göstərilən bitki orqanizmlərindən
fərqli olaraq yosunlar öz hüceyrələrində xlorofil saxlayır. Onlar
işıq şəraitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq
qabiliyyətinə malikdir (fotosintez).
Yosunlar torpaqda, ən çox torpağın üst qatında
hərtərəfli yaranıb. Torpaq səthinin nəmliyi yosunların əmələ
gəlməsi üçün mühüm şərait sayılır. İşıqda yosunlar karbondan
– CO2-dən istifadə edir,azotu isə mineral birləşmələrdən
mənimsəyir.Torpaqda yosunlar süxurların aşınması prosesində
fəal iştirak edir. Diatom yosunları qrupu əsasən alümosilikatları
parçalayır.
Bəzi göbələklərlə birlikdə yosunlar da CO2 – dən
istifadə edərək üzvi maddələrin toplanmasında iştirak edir.
Yaşıl, göy-yaşıl və diatom yosunlar mövcuddur.
Şibyələr. Yerüstü yosunlar olub birgə yaşayan
göbələklər qrupudur. Beləliklə, şibyədə iki bitki – göbələk və
onun üzərində yerləşib birgə yaşayan yosun görünür. Bu iki
bitkinin simbiozunda yosunlar bütün yaşıl bitkilər kimi üzvi
maddələr sintez edir, bu zaman onlar şibyələrin əldə etdiyi
sudan istifadə edir, göbələk isə yosunların hüceyrələrindən
Dostları ilə paylaş: |