123
qismən qida kimi istifadə edir. Şibyələrə həm ağaclarda, həm
yerdə, qayalarda, daş üzərində, dəmir yzərində, hətta şüşə
üzərində rast gəlmək olar.
Mamırlar şibyə və yosunlardan daha inkişaf etmiş
vegetativ və çoxalma üzvlərilə seçilir. Mamırlar yaxşı inkişaf
etmiş xloroplastı olan avtotrof orqanizimlərdir. Boyları 20…30
sm-dən hündür olmur. Kökləri olmur, sübstrata xüsusi
tükcüklərlə – rizoidlərlə yapışır. Quş mamırının gövdəsi və
xırda yarpaqları olur. Sfaqnum və ya torf mamırının da gövdə
və xırda yarpaqları olur, onlar həmçinin çoxlu miqdarda havalı
hüceyrələrə də malik olur.
Mamırlar və şibyələr yararsız sahələrdə, daşlar üzərində
pioner bitki kimi inkişaf edir. Məhv olarkən mamırlardan çoxlu
üzvi maddələr qalır, sonralar onların üzərində çiçəkli bitkilərin
inkişafına şərait yaranır. Mamırlar-bataqlıqlarda və bataqlıq
meşələrdə əsas torfəmələgətirən bitki sayılır.
İbtidailər. Torpaqda yaşayan ibtidailərə qamçılılar,
kökayaqlılar və infuzorlar daxildir. İbtidailər – aerobdurlar.
Üzvi maddələrlə zəngin olan torpaqlarda amyöblər yayılır.
İbtidailər mürəkkəb üzvi maddələri daha sadə üzvi maddələrə
çevirir.
Heyvanat
aləmi.
Torpaqda
çoxlu
miqdarda
soxulcanlar, qurdlar, gəmiricilər, qarışqalar və həşəratların
sürfələri yaşayır. Onlar öz həzm yolundan xırdalanmış üzvi
maddələri keçirərək torpağı ifrazatları ilə zənginləşdirir və
torpağın mikro və makrostrukturunun yaranmasına şərait
yaradır. Bu canlılar həm də torpağı qarışdırır, xırdalayır,
bununla da torpağın aerasiyası yaxşılaşır və torpaqəmələgəlmə
prosesi sürətlənir.
Torpaq soxulcanları öz orqanizmlərindən il ərzində bir
hektara 25 ton torpaq keçirir. Soxulcanların ifrazatları azot və
fosforla zəngin olub, suyadavamlı aqreqatlar yaradır.
Soxulcanlar öz həyat fəaliyyəti nəticəsində torpağın fiziki
xassələrini yaxşılaşdırır (məsaməliyi, susızdırmanı).
124
Ali bitkilərin torpaqəmələgəlmədə rolu xüsusilə
V.R.Vilyams tərəfindən aşkara çıxarılmışdır. O üzvi maddələr
yaradan 3 ali yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər
qrupu ayırır.
1. Ağac formasiyası – anaerob mikroblarının zəif
iştirakilə ağac bitkilərinin göbələk orqanizmlərilə birliyi.
2. Ot çəmən formasiyası – əsasən mezofil çəmən
bitkilərinin anaerob və aerob bakteriyalarilə birliyi.
3. Ot çöl (bozqır) formasiyası – kserofil çöl otlarının
aerob bakteriyalarilə birliyi.
İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında
podzoləmələgəlmə prosesi gedir və podzol torpaqlar yaranır.
Mezofil çəmən ot bitkiləri altında rütubətli çimli-
podzol, çimli-çəmən və çimli torpaqlar yaranır.
Çöl (kserofil) bitkiləri altında çöl (bozqır) torpaqları
(qaratorpaq, şabalıdı torpaq) və səhra torpaqları (bozqonur)
əmələ gəlir.
Antropogen amil. (insanın təsərrüfat fəaliyyəti)
Antropogen amillər bütün torpaq tiplərinə öz təsirini
göstərmişdir. Bununla əlaqədar olaraq çox yerdə təbii torpaq
tipi qalmamışdır, yeni mədəni torpaqlar yaranmışdır:
bataqlıqlar qurudulmuş, səhra, çöl torpaqlarında suvarılma
tətbiq olunmuş, şoran torpaqların
meliorasiyası
işləri
aparılmışdır. Dağ ərazilərdə meşələrin yerində bağlar,
üzümlüklər yaradılmış, bəzi yerdə təbii relyef dəyişmiş,
yamaclar terraslara çevrilmişdir.
Müasir insan nəinki bioloji, hətta geoloji amil
olmuşdur.
125
FƏSİL 5.
MÜASİR DÖVRDƏ ƏTRAF MÜHİTİN
MONİTORİNQİNİN ROLU
5.1. Ekoloji monitorinq anlayışı
“Monitorinq”
termini
latın
sözü
“monitor” sözündən əmələ gəlib, müşahidə edən,
xəbərdaredici (paruslu gəmidə irəliyə baxan matros
belə adlandırılırdı) deməkdir. İnsanı əhatə edən təbii
mühitin qlobal monitorinq ideyası və “monitorinq”
termininin özü 1971-ci ildə BMT-nin ətraf mühit üzrə
Stokholm konfransının keçirilməsinin (1972) hazırlığı
ilə əlaqədar olaraq yaranmışdır. Belə bir sistemin
işlənməsi üzrə ilk təkliflər ətraf mühitin problemləri
üzrə Elmi komitə tərəfindən irəli sürülmüşdür
(SKOPE).
1973-cü
ildə
professor
R.
Menn
məsələnin
qoyuluşu
aspektində
monitorinq
konsepsiyasını ifadə etmiş və bu monitorinq üzrə
birinci hökumətlərarası iclasda müzakirə edilmişdir
(Nayrobi, 1979-cu ilin fevralı). R. Menn təklif
etmişdir ki, ətraf təbii mühitin bir və ya daha çox
elementinin
əvvəlcədən
müəyyən
məqsədlərlə
hazırlanmış proqram üzrə məkan və zamana görə
təkrar
surətdə
aparılmış
müşahidələr
sistemi
monitorinq adlandırılsın.
Hal-hazırda “ekoloji monitorinq” termini
dedikdə ətraf təbii mühitin vəziyyətinin müşahidə,
126
nəzarət, qiymətləndirilmə sistemi, proqnozu və
idarəedici məsələlərin həllinin hazırlığı və qəbulunun
informasiya təminatı başa düşülür (şək.5.1).
Ekoloji monitorinqin məqsədi – təbiəti
mühafizə fəaliyyətinin idarə edilməsinin və ekoloji
təhlükəsizliyin
informasiya
təminatının
təmin
edilməsidir (şək. 2).
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün
hökmən aşağıdakı suallara cavab vermək lazımdır:
• təbii mühitin əvvəlki texnogenez
vəziyyətilə (nisbi və ya mütləq formada) müqayisədə
nəzərdən keçirilən zaman kəsiyində vəziyyəti necədir
və proqnoz edilən zaman ərzində təbii mühitdə hansı
dəyişikliklər (müsbət, mənfi) gözlənilir;
• baş vermiş dəyişikliklərin və gələcəkdə
baş verə biləcək dəyişikliklərin səbəbləri nədir (o
cümlədən arzuedilməz, məhvedici, böhran) və bu
dəyişikliklərin mənbəyi nə olub, nədir və nə ola bilər
(bir qayda olaraq zərərli texnogen təsirlər);
Şək. 1. Ekoloji monitorinqin blok-sxemi
Müşahidələr
Faktiki
vəziyyətin
qiymətləndirilmə
Mühitin
keyfiyyətinin
tənzimlənməsi
Vəziyyətin
proqnozu
Proqnozlaşdırıla
n vəziyyətin
qiymətləndirilmə
si
Dostları ilə paylaş: |