117
İqlim torpaqəmələgətirən amil kimi. Atmosfer
yağıntılarının miqdarı torpaqda nəmlik, yəni bitki və
mikroorqonizimlərin həyatı üçün şərait yaradır. Yağıntıların bir
hissəsi buxarlanır, bir hissəsi yamac boyu axır, bir hissəsini isə
torpaq özündə saxlayır. Torpağın rütubəti onun səthi ilə axan
və buxarlanan su torpaqəmələgəlmə prosesində iştirak edir.
Torpaqdakı su mineral maddələri həll edərək torpaq profili
boyu paylayır (qarışdırır): səth su axınları mineral və üzvi
hissəcikləri yamac boyu paylayaraq, ya hissəcikləri aparır,
yaxud da toplayır, buxarlanan su isə ətraf havanı
rütubətləndirərək torpağı sərinlədir.
Qar torpağı bərkidərək mikroorqanzimlərin fəaliyyət
dövrünü uzadır.
Qrunt suları duzlu olduqda torpağı şoranlaşdıra bilər. O
səthə yaxın yerləşdikdə bataqlaşmaya səbəb olur.
Havanın və torpağın temperatur şəraiti torpaqdakı
kimyəvi və biokimyəvi reaksiyanın sürətinə təsir göstərir.
Temperatur rütubətin buxarlanma intensivliyinə və torpağın
nəmliyinə təsir göstərir. Temperatur 20…350 oldurda
mikroorqonizm və bitkilərin fəaliyyəti artır. Torpağın
temperaturu 400- dən yüksək olduqda isə mikroorqonizimlərin
fəaliyyəti zəifləyir və yaxud dayanır. Temperatur sıfra endikdə
də orqanizmlər fəaliyyətdə olmurlar.
Səhra, step (çöl, bozqır) və tundrada küləyin rolu
xüsusilə böyükdür. Külək torpağın səthində toz və qum
hissəciklərini sovurub apararaq torpağın profilini dəyişir,
torpaq ilkin genetik xassələrini itirir.
Relyef torpaqəmələgətirən amil kimi
Yer səthində istiliyin və rütubətin paylanması relyefdən
çox asılıdır. Relyef küləyin istiqamətinə və gücünə, günəşin
torpaq
səthini
işıqlandırılmasına
və
bitki
örtüyünün
formalaşmasına təsir göstərir.
Torpaqəmələgəlmə prosesinə nəinki makrorelyef, hətta
mikro və nano relyef də öz təsirini göstərir. Səthin çökəklik və
118
hündürlük hissəsində torpaq ətrafındakı torpaqdan müəyyən
dərəcədə fərqlənir. Nanorelyef torpaqda olan heyvanat
aləminin təsirilə də yaranır. (siçan, köstəbək, sünbülqıran və
s.).
Torpaqəmələgəlmə prosesində relyefin forması və
cəhəti xüsusi rol oynayır, torpağın temperaturu və nəmliyi
yamacın dikliyi və istiqamətindən asılıdır. Cənub yamaclar isti,
quru, şimal yamaclar isə soyuq və rütubətli olur. Dik cənub
yamaclarda eroziya prosesi daha çox müşahidə olunur. Şimal
yamaclar çox vaxt az meyilli olur: orada qar daha uzun müddət
qalır ki, bu da torpaqəmələgəlməyə öz təsirini göstərir.
Ana süxur torpaqəmələgətirən amil kimi. Səthə çıxan
dağ süxurları torpağın əmələgəlməsində əsas mineral materialı
hesab
olunur.
Süxurun
tərkibində
kalsium-karbonatın
mövcudluğu torpaqda zəif qələvi reaksiyanın olmasına şərait
yaradır. Karbonatsız gillicəli və qumlu torpaqda isə turş
reaksiya yarana bilər. Qum üzərində əmələ gələn torpaqlar
gillicəli
süxurlar
üzərindəki
torpaqlara
nisbətən
qida
maddələrilə az zəngin olur.
Ana süxurun fiziki xassələri, yəni onun bərk və ya
yumşaq olması, məsaməliyi, suyu və havanı keçirmə
qabiliyyəti torpaqəmələgəlmə prosesində böyük rol oynayır.
Belə ki, hava və suyu özündən pis keçirən gilli süxurda
kimyəvi və bioloji proseslər, üzvi qalıqların parçalanması zəif
gedir.
Torpaqəmələgəlmə prosesində qrunt sularının da rolu az
deyildir. Bu prosesə suyun minerallıq dərəcəsi, kimyəvi tərkibi,
dərinliyi böyük təsir göstərir. Qrunt suyu yer səthindən çox
dərində yerləşmirsə torpağı kimyəvi maddələrlə zənginləşdirir,
onun su və hava rejimini dəyişdirir. Qrunt suları səthə yaxın
yerləşərsə torpağı hədsiz rütubətləndirir, onun şorlaşmasına və
bataqlaşmasına səbəb olur.
Ölkənin (ərazinin) yaşı (vaxt) torpaqəmələgətirən
amil kimi. Hər hansı torpaq tipinin yaranması üçün müəyyən
119
vaxt lazımdır. Burada torpağın mütləq və nisbi yaşını
ayırmalıdır. Məlum olduğu kimi keçmiş SSRİnin şimal hissəsi
yaxın vaxtlarda buzlaqlardan azad olmuşdur. Cənubi Rusiya və
Qazaxıstan çölləri (stepləri), Türkmənistan və Özbəkistan
səhraları, Sibirin və Uzaq Şərqin bir hissəsində buzlaq
olmamışdır.
Tundra torpaqlarını şərti olaraq ən cavan, podzol
torpaqları orta yaşlı, qaratorpaq və şabalıdı torpaqları isə
yetişmiş yaşlı torpaqlar hesab etmək olar. Ən cavan torpaqlar
çayların gətirmə konuslarında, müasir alluvial çöküntülər
üzərində inkişaf edən torpaq hesab olunur.
Beləliklə, torpağın mütləq yaşının başlanğıcı qurunun
buzlaqdan, dəniz, göl, okean altından azad olması vaxtı hesab
olunur. Torpağın nisbi yaşı dedikdə isə onun vaxta görə
formalaşması sürəti (müddəti) nəzərdə tutulur. H. Bennetə görə
ana süxurdan 2-3 sm torpağın yaranması üçün 200-1000 il vaxt
lazımdır.
Orqanizimlər və torpaqəmələgəlmə.
Torpaq
orqanizmləri.
Torpağın
münbitliyinin
yaranmasında canlı orqanizmlər və torpağın üzvi maddələri
əsəs amil sayılır.
Torpaqda və onun səthində bakteriyalar, göbələklər,
aktinomisetlər, yosunlar, şibyələr, ali bitkilər (mamırlar,
ayıdöşəyilər, otlar, ağac bitkiləri), ibtidailər, soxulcanlar,
həşəratlar və məməlilər yaşayır.
Əgər
edofonu
torpaqəmələgəlmə
prosesində
əhəmiyyətinə görə cərgələrə bölüşdürəsi olsaq, onda birinci
cərgədə bakterialar, ikincidə –aktinomisetlər, üçüncüdə isə
göbələklər durur. İbtidailərə, amyöblərə və yosunlara torpaqda
az rast gəlinir.
Y.H.Mişustinə görə kasıb torpağın (məsələn podzolun)
1qramında 0,3-0,6 milyard, münbit qaratorpaqda –2- 3 milyard
mikrob vardır. Suvarılan səhra boz torpağının 1 qramında da
mikroorqanizimlərin miqdarı 3milyarda çatır.
Dostları ilə paylaş: |