146
Məlumatların
şəbəkə
bazası
istiqamətlənmiş
qraf
strukturuna
malik
olan
məlumatların şəbəkə modeli əsasında qurulur.
Məlumatlar bazası istiqamətlənmiş şəbəkə ilə təqdim
edilir.
Konkret məlumatlar bazasının seçimi,
yerinə yetirilən məsələlərin xarakterindən asılıdır.
Yerüstü ölçmələr şəbəkəsinin ümumi strukturuna
müvafiq olaraq, aşağıdakı əsas məlumatlar bazası
yaradılmalıdır: hava üzrə, tullantı və atılmalar üzrə, su
obyektləri
üzrə,
kartoqrafiya
və
s.
Onların
əksəriyyətini
relyasion
kimi
qurmaq
məqsədəuyğundur. Eyni zamanda qeyd edək ki,
kartoqrafik sistemlər üçün iyerarxik növ məlumatlar
bazasından istifadə edilə bilər.
Şək. 5.5.
Monitorinq stansiyasının proqram təminatının işləmə
sxemi.
147
5.5. Ekoloji monitorinq strukturunda idarə
etmə
Müasir ekoloji proseslərin mahiyyətinin
öyrənilməsi,
təbii
və təbii-texnogen tarazlığın
tənzimlənmə cəhdləri, müxtəlif miqyaslı sistemlərin
elmi əsasda idarə edilməsindən kənarda qala bilməz.
Hal-hazırda ekoloji sistemlərə tətbiqdə idarə etmə
sxemi onun məzmununun analizində ən mürəkkəblər
sırasına keçir, insan cəmiyyəti ekoloji idarəetmə
məsələlərini tam şəkildə həll etmək üçün imkanlara
malik deyildir. Ekoloji idarəetmə dedikdə, dərk
edilmiş təbii və texnogen xarakterli obyektiv ekoloji
qanunauyğunluqlar əsasında
insan cəmiyyətinin
praktiki məqsədlərə müvafiq olaraq, ekosferin
tənzimlənməsi üzrə şüurlu fəaliyyət nəzərdə tutulur.
Ekoloji idarəetmə, ekosistemin əvvəlki
və
cari
göstəriciləri
nəzərə
almaqla
məqsəd
funksiyaları,
təşkilatı-texniki
təbiəti
mühafizə
tədbirlərinin planlaşdırılması hesaba alınmaqla model
proqnoz parametrləri əsasında yerinə yetirilir (şək. 5).
Ümimiyyətlə, ekoloji monitorinq sistemi
eyni zamanda iki məsələni həll edir: dərk etmə və
idarəetmə, özü də birincisinin ikinciyə keçməsi ilə
qarşıya qoyulur. Müşahidə və nəzarət məlumatları
yeni biliklərin alınması üçün baza rolunu oynayır
(şək.6) və obyektin idarə edilməsinin əsasını təşkil
edir. Obyekt haqqında nə qədər az məlumat olsa,
nəzarət obyekti və idarəetmə haqqında maksimal
148
informasiyanın əldə edilməsi üçün verici bir o qədər
mükəmməl olmalıdır.
Ən sərt təbiəti mühafizə normaları
çərçivəsində təbii mühitin keyfiyyətinin effektiv
surətdə tənzimlənməsi və keyfiyyətinin iqtisadi
cəhətdən səmərəliyinin əldə edilməsi aşağıdakı
məsələlərin həll edilməsi ilə mümkündür:
• təbii mühitin hansı keyfiyyətləri
kompleks və vahid göstəricilər şəklində “normal” və
“yüksək” kimi qəbul ediləcək;
• ekoloji və iqtisadi nöqteyi nəzərdən
təbiəti mühafizə fəaliyyətinin bərpaedici fəaliyyətində
ətraf mühitin hansı keyfiyyət səviyyəsinə çatmaq üçün
səy göstərmək lazımdır;
• bundan əvvəlki sualın cavabında, bu və
ya digər halda hansı meyarları rəhbər tutmaq lazımdır;
Şək.5.6. Ekoloji idarəetmənin məsələləri.
149
• zərərli texnogen təsirlərin azaldılması,
aşağı salınması və ya tam kompensasiyası, ekoloji
ziyanların aşağı salınması və ya tam aradan
qaldırılması, təbii mühitin keyfiyyətinin yeni daha
yüksək səviyyəsinin əldə edilməsi üçün hansı tədbirlər
görülməsi tələb edilir;
• uzunmüddətli zaman intervallarında
təbiəti mühafizə, bərpaedici və ya kompensasiya
hərəkətlərinin
effektivliyi
və
faydalılığı
nə
dərəcədədir (uzunmüddətli ekoloji proqnoz);
•
iqtisadi
və
ekoloji
maraqların
toqquşduğu zaman görülən tədbirlərin prioritetliyini
necə müəyyə etməli.
150
Şək.5.7.Regionun təbii mühitinin vəziyyətinin tənzimləmə
sisteminin strukturu.
151
FƏSİL 6.
ƏTRAF MÜHİTİN ƏSAS
KOMPONENTLƏRİNİN EKOLOJİ
MONİTORİNQ METODLARI.
6.1. Atmosferin monitorinqi.
Atmosferin öyrənilməsinin ilk cəhdləri M.V.Lomonosov
tərəfindən edilmişdir. Rusiyada ilk hava xidməti 1872-ci ildə
meydana gəlmişdir. Çoxlu sayda eksperimentlərlə atmosfer
çirklənməsilə
meteoroloji
parametrlər
arasındakı
əlaqə
təsdiqlənmişdir.
Meteorologiya – yer atmosferi, onun quruluşu,
xüsusiyyətləri və onda baş verən proseslər haqqında elmdir.
Atmosferin xüsusiyyətlərinə və onda baş verən proseslərə səth
örtüyünün ( quru və dəniz ) xüsusiyyətləri və onun təsiri ilə
əlaqədar baxılır. Meteorologiyanın əsas vəzifəsi havanın
müxtəlif müddətlərə proqnozlaşdırılmasıdır.
Meteoroloji
stansiya
–
atmosferin
vəziyyətinin
müntəzəm müşahidəsinin əsas komponentidir. Aşağıdakıları
yerinə yetirir:
- havanın temperaturunun, vəziyyətinin və rütubətinin
ölçülməsi;
- küləyin sürət və istiqaməti;
- buludluğa, yağıntıların səviyyəsinə, görünməyə,
günəş radiasiyasına nəzarət.
Yerüstü və gəmilərdə, açıq dənizdə buylarda yerləşdirilən
dreyfedici stansiyalar fərqləndirilir.
Məlumatların
alınmasının
yerüstü
altsistemi
65
hidrometeoroloji və ətraf mühitin monitorinqi üzrə mərkəzdən,
21
hidrometeoroloji
mərkəzdən,
21
hidrometeoroloji
rəsədxanadan, 16 hidrometeobürodan, 18 aviameteoroloji
mərkəzdən, 343 aviameteostansiyadan, 22 ətraf mühitin
çirklənməsinin
monitorinq
mərkəzindən,
1606
hidrometeoroloji
stansiyalardan,
ÇMM
(
çirklənmənin
müşahidə məntəqəsi) də daxil olmaqla 4142 məntəqədən, 140
Dostları ilə paylaş: |