152
aeroloji stansiyadan, Antarktidada işləyən 5 stansiyadan, 17
ionosfer-maqnit və 30 ozonometrik stansiyadan ibarətdir. 1450
stansiya və məntəqədə radiometrik ölşmələr aparılır. Atmosfer
havasının çirklənməsi 299 şəhərdə 687 stansiyada təyin edilir.
Meteostnsiyaların təhcizatı.
Termomet. Havanın temperaturunu ölçmək üçün daha
çox civə və spirtli termometrlərdən istifadə də olunur. Torpağın
temperaturunu
ölçmək
üçün
isə
elektrotermometrlər
mövcuddur. (məsələn, Savinov termometri – 20 sm dərinliyə
kimi).
Aktinometr – günəş radiasiyasının intensivliyini
ölçülməsi.
Anemometr – küləyin və qaz axınının sürət və
istiqamətinin ölçülməsi. Küləyin sürətinin ölçülməsi üçün ən
sadə cihaz flügerdir. Daha dəqiq nəticələr əldə etmək üçün
müxtəlif
növ
anemoqraflardan,
anerorumbometrlərdən,
anemorumboqraflardan istifadə olunur.
Barometr – atmosfer təzyiqinin ölçülməsi. Civəli
barometr, barometr aneroid. Baroqraf.
Hüqrometr – havanın mütləq və ya nisbi rütubətinin
ölçülməsi. Bu cihaz rütubətin dəyişməsi ilə insan tükünün
uzunluğunun dəyişməsinə əsaslanır. Psixrometr – nəm və quru
termometrlərin temperaturunun müqayisəsi. Əgər cihaz
fiksəedici şkala ilə təhciz edilmişsə, onda o hüqroqraf adlanır.
Yağıntıölçən – maye və bərk yağıntıların səviyyəsini
ölçmək üçün cihaz.
Meteoqraf – temperaturu,təzyiqi və rütubəti kompleks
ölçmək üçün cihaz.
Avtomatik meteoroloji stansiyalar telemetrik qurğular
şəklindədir. Meteoroloji məlumatların avtonom ölçülməsi və
ötürülməsi üçün təyin olunmuşdur. Şək.6.1-də M-109
avtomatik meteoroloji stansiya göstərilmişdir. Belə stansiyalar
çətinliklə gedilə bilən və ya yaşayış olmayan rayonlarda
(hündür dağlarda, arktik adalarda və s. ) yerləşdirilir. Stansiya
153
hər 3 saatdan bir ötürməklə, 10 meteokəmiyyyəti ölçür. Fırtına
haqqında məlumat hər 1 saatdan bir ötürülür.
Şək.6.1
. M – 109 AMS yerləşdirilmə sxemi.
1 – külək ötürücüsü, 2 – antena, 3 - günəş parlaqlığının
ötürücüsü, 4 – külək generatoru, 5 – yağıntı ölçən, 6 – avtomatika
bloku, 7 – təzyiq ötürücüsü, 8 – akumlyator, 9 – radioötürücü, 10 –
temperatur ötürücüsü.
Radiozond – atmosferin əsas parametrlərinin şar-zond
vasitəsilə ölçülməsi və ölçü nəticələrinin telemetrik sistem
vasitəsilə ötürülməsi. Uçuş hündürlüyü 30 – 40 km, təsir
uzaqlığı 150 – 200 km -ə kimidir.
Raket zondlanması. Atmosferin yuxarı təbəqələrinin –
15-20 km –dən 80-120 km -ə kimi ( stratosfer və mezosfer )
zondlanması üçün istifadə olunur. Bu hündürlükdə ozonosferin
çox hissəsi və ionosferin aşağı hissəsi və termosfer və
ekzosferin daha hündür təbəqələri yerləşir.
Orta atmosferi öyrənmək üçün 80-100 km -ə kimi
qaldırılan meteoroloji raketlərdən istifadə olunur. Onlar maye
154
və bərk yanacaqla işləyirlər. Meteoroloji raketlərlə ölçülən əsas
parametrlər bunlardır: təzyiq, temperatur, sıxlıq vı havanın qaz
tərkibi.
Tədqiqat
proqramından
asılı
olaraq,
digər
xarakteristikalar da ölçülə bilər.
Yuxarı atmosferi öyrənmək üçün 100-150 km –dən yuxrı
qaldırılan güclü geofiziki raketlərdən istifadə edilir. Bu
raketlərin köməyi ilə günəş və kosmik şüalanmanın
intensivliyi, havanın optik xüsusiyyətləri, onun termodinamik
və elektrik xüsusiyyətləri, Yerin maqnit sahəsinin parametləri
ölçülür.
Düzünə
ölçmə
metodlarına
aid
olan
raket
zondlanmasından əlavə, yuxarı atmosferi öyrənmək üçün
radiolokasiya, meteolidar, İYT, optiki texnika və s. istifadə
etməklə dolayı metodlar da tətbiq edilir.
Raket zondlama sistemi, ölçü cihazları ilə təhciz olunmuş
raketin özündən və yerüstü ölçü kompleksindən ibarətdir. Bu
kompleks
atmosfer
parametrləri
haqqında
telemetrik
informasiyanı qəbul etmək və uçuş vaxtı raketin koordinatlarını
ölçmək üçün təyin olunan yerüstü radiotexniki vasitələr
yığınından ibarətdir ( şək. 6.2 ).
Cihaz konteynerinin yerə çatdırılması paraşütlə həyata
keçirilir.
Exolokator – atmosferin səs dalğaları vasitəsilə
zondlanması.
Atmosfer
sıxlığının
irimiqyaslı
dəyişmə
zonalarını müəyyən edir.
Radiolokator, RLS – metrdən millimetrə qədər olan
radio dalğalar vasitəsilə atmosferin zondlanması. Atmosferdə
hərəkət edən təbii və süni mənşəli ixtiyarı obyektləri qeyd
etməyə, onlara qədər olan məsafəni və sürəti təyin etməyə
imkan verir.
s məsafəsinin təyini
,
2
1
c
s
burada
- şüalanma
anından əks olunan siqnalın qəbul olunan anına qədər keçən
vaxt;
c - işığın sürəti.
Dopler effektinə əsasən obyektin sürətinin təyini:
155
Şək.6.2
.
M-100B
meteoroloji
raketin
qalxma
və
uçuş
trayektoriyasının sxemi.
c
c
(2.1)
- radiolokator şüalanmasının dalğa uzunluğu;
- hədəfdən
əks olunandan sonra bu dalğa uzunluğunun dəyişməsi.
Meteoroloji RLS –də 3000 – 30000 mH (dalğa uzunluğu
10 – 1 sm) tezliklərdən istifadə olunur. Zondlayıcı impulsun
davam etmə müddəti 0,5 – 4 mksan-dir. İmpulsun təkrarlanma
200 – 1000 H. Zondlayıcı şüanın istiqamətlənmə diaqramının
bucağı vahidin hissələrindən 1,5
0
-ə kimi təşkil edir.
MeteoRLS-in təsir uzaqlığı 80-dən 150 km-ə kimidir.
Dostları ilə paylaş: |