130
Həmçinin, təbii ehtiyatların vəziyyətinin
və
antropogen
təsir
amillərinin
monitorinqi
fərqləndirilir.
Ekoloji
vəziyyətin
stabilləşdirilməsi
tədbirləri arasında Ekoloji monitorinqin vahid dövlət
sisteminin
yaradılmasına
xüsusi
önəm
verilir
(EMVDS). Onun əsas məqsədi ölkənin müxtəlif
regionlarında dövlət idarəçilik orqanlarının və
təbiətdən istifadəçilərin ekoloji vəziyyət haqqında
informasiya ilə təmin edilməsi, təbiəti mühafizə
fəaliyyəti və ekoloji təhlükəsizlik sahəsində qərarların
qəbul edilməsi prosedurunun informasiya dəstəyindən
ibarətdir.
EMVDS ekoloji monitorinq sahəsində
vahid elmi-texniki siyasətin mərkəzi kimi təmin
etməlidir:
• ətraf mühitin vəziyyətinin müşahidə
proqramlarının işlənməsini və həyata keçirilməsinin
koordinasiyasını;
• həqiqi məlumatların yığılmasının və
emalının reqlamentləşdirilməsini və nəzarətini;
• informasiyanın saxlanmasını, xüsusi
məlumatlar bankının yaradılmasını;
•
ətraf
mühit
obyektlərinin,
təbii
ehtiyatların,
ekosistemlərin
cavab
verməsi
və
antropogen təsir nəticəsində əhalinin sağlamlıq
vəziyyətinin qiymətləndirilməsi və proqnozu üzrə
fəaliyyəti;
131
• ekoloji informasiyanın geniş istehlakçı
qrupu üçün açıq olmasını.
EMVDS strukturunda xüsusi yeri ekoloji
– analitik nəzarət (EAN) – təbiətdən müxtəlif
istifadəçilər tərəfindən təbii obyektlərin zərərli
maddələr və digər texnogen çirkləndiricilər vasitəsilə
çirklənmə mənbələrinin aşkar edilməsi və çirklənmə
səviyyəsinin qiymətləndirilməsi üzrə tədbirlər sistemi
tutur. EAN strukturuna aşağıdakı obyektlər daxildir:
• hava (atmosfer, təbii qoruqların, şəhər
və sənaye zonalarının, işçi zonalarının);
• sular (səthi, yeraltı, dəniz, qar suyu,
axıntı, atmosfer yağıntıları);
• torpaqlar (çirklənmə aspektində);
• biota (müxtəlif dərəcəli biosistemlərin
kimyəvi və radioaktiv çirklənməsi) (şək.5.3, 5.4).
Nəzarət edilən parametrin təyin olunma
üsuluna görə EAN-nın növləri alət, alət-laboratoriya,
indikator
və
hesablanmış
olurlar.
Çirklənmə
səviyyəsinin ölçülməsi və təhlili arbitraj və ekspress
metodlarla yerinə yetirilir. Birincisi böyük dəqiqliklə
uzun zaman müddəti üçün yerinə yetirilir. Ekspress-
analiz
təbii
mühitin
vəziyyətinin
gündəlik
qiymətləndirilməsi
və
çirklənmə
mənbələrinin
operativ nəzarəti üçün həyata keçirilir.
EAN
sistemində
stasionar
nəzarət
məntəqələri,
səyyar
laboratoriyalar,
nəzarətin
avtomatlaşdırılmış sistemləri və qurğuları, analitik
laboratoriyalar (mərkəzlər) fəaliyyət göstərir. Belə ki,
132
sənaye
şəhərlərində
atmosfer
havasının
çirklənməsinin nəzarəti üçün müşahidə məntəqəsinin
üç növü nəzərdə tutulur: stasionar, marşrut və
səyyar (məşəlaltı). Stasionar məntəqə fasiləsiz
surətdə çirkləndirici maddələrin konsentrasiyasının
qeyd edilməsi və hava nümunələrinin müntəzəm
surətdə götürülməsi və sonrakı təhlili üçün nəzərdə
tutulmuşdur (ПОСТ-1, ПОСТ-2 tipli pavilyonlar).
Marşrut məntəqəsi müəyyən edilmiş müşahidələr
qrafikinə uyğun olaraq, rayonun qeyd edilmiş
yerlərində hava nümunəsinin götürülməsi üçün
1460 4000 1300 1750
müşahidə müşahidə stansiya müşahidə
məntəqəsi məntəqəsi məntəqəsi
Şək. 5.3. VEMDS-in strukturu və funksiyaları.
133
istifadə edilir. Səyyar məntəqə tüstü (qaz)
məşəlinin altında nümunələrin götürülməsi məqsədini
daşıyır. Səyyar və məşəlaltı müşahidələr müvafiq
cihazlarla təchiz edilmiş xüsusi nəqliyyat vasitələri ilə
aparılır.
Səth sularının çirklənmə səviyyəsinin
müşahidələri su hövzələrinin və axınlarının suyun
keyfiyyətinə nəzarətinin stasionar məntəqələrində və
müvəqqəti
ekspedisiya
məntəqələrində
aparılır.
Nümunələrin analizi hidrokimyəvi laboratoriyalarda
yerinə yetirilir. Nümunələrin seçilməsi və
Şək. 5.4. Ətraf mühitin çirklənməsinin nəzarətinin ümumi sxemi. 1-5 təsir
və cavab vermə mərhələləri; A- proseslər səviyyəsi; B-nəzarət və korreksiya
səviyyəsi; C- qiymətləndirmə və qərar qəbulu səviyyəsi; Ç-normativlər
səviyyəsi. Praktiki tənzimləmənin səviyyəsi tünd oxlarla göstərilmişdir.
134
Şək. 4-də qəbul edilmiş ixtisarlar:
MRT – müvəqqəti razılaşdırılmış tullantı;
MRA – müvəqqəti razılaşdırılmış axıntı;
BBT – buraxıla bilən tullanrı;
BBA – buraxıla bilən axıntı;
BBTY – buraxıla bilən texnogen yüklənmə;
BBK – buraxıla bilən konsentrasiya;
BBS – buraxıla bilən səviyyə.
analizi arasındakı müddət bəzi hallarda bir neçə
sutka təşkil edir ki, bu da su obyektlərinin analitik
nəzarət zəncirinin ən zəif yeridir. Onun aradan
qaldrılmasının
yolu
nəzarət
obyektlərində
avtomatlaşdırılımış nümunə seçiminin tətbiq edilməsi
və
daha
sonra
kompüterləşdirilmiş
analitik
komplekslər vasitəsilə stasionar laboratoriyalarda
suyun keyfiyyətinin analizindən ibarətdir.
5.2. Ekoloji monitorinqin prioritet istiqamətləri
Təbii
mühitə
təsirin
amilləri
və
mənbələrinin tədqiqində monitorinq obyektlərinə görə
bir sıra prioritetlər müəyyən edilmişdir (cəd.5.1).
Prioritetlərin
müəyyən
edilməsi
çirkləndiricilərin xüsusiyyətlərinə və müşahidələrin
təşkili imkanlarına əsaslanır və aşağıdakı meyarlar
üzrə aparılır:
- insanın sağlamlığı və rifahına, iqlimə və
ya ekoloji sistemə göstərilən faktiki və ya mümkün
effektin ölçüsü;
Dostları ilə paylaş: |