107
Torpağın qaz-atmosfer funksiyası –mürəkkəb və bir-
birinə zidd xarakter daşıyır. Üzvi maddələrin parçalanması
zamanı bioloji dövran prosesində torpaq atmosferə karbon qazı
(CO2) ayırır. O, bitkilər tərəfindən fotosintez üçün sitifadə
edilir.
Əgər atmosfer və torpaq arasında daim hava mübadiləsi
getməsəydi, torpaqda oksigenin ehtiyatı cəmi 12-48 saata, ən
zəngin torpaqlarda isə maksimum 100 saata çatardı. Belə
yüksək sürətli qarşılıqlı mübadiləyə baxmayaraq, torpağın
havası bir sıra göstəricilərinə görə atmosfer havasından
fərqlənib, tərkibində 10-100 dəfə çox karbon qazı və xeyli az
miqdarda oksigen saxlayır.
Torpağın
bioloji
funksiyası
-
onun
canlı
orqanizmlərinin,
mezo
və
mikrofaunasının
kəmiyyətcə
xarakteristikası
ilə
səciyyələnir.
Mikroorqanizmlər
aktinomisetlər
(şüalı
göbələklər),
bakteriyalar,
azot
bakteriyaları və mezofauna (o cümlədən torpaq soxulcanı)
miqdarına görə müxtəlif torpaq tipləri bin-birindən kəskin
ayrılır. Bütün bu canlı orqanizmlər torpaqəmələgəlmə
proseslərində, torpağın münbitliyində böyük rol oynayır.
Biogeokimyəvi funksiya -torpağın üst qatlarında biofil
elementlər, o cümlədən mikroelementlərin toplanmasına şərait
yaradır, torpağın akkumulyasiya rolu olmasaydı, onların çoxu
yer qabığında və hidrosferdə «səpələnər » və biologi dövrandan
çıxardı. Bu fikri dəfələrlə Vernadski (1967) irəli sürmüşdür.
Torpaqda üzvi karbon humus formasında konsentrasiya olunur.
Biofil element olan azotun miqdarı (ümumi azot) humus kimi
torpağın aşağı qatlarına doğru azalır. Fosfor mühüm və çox
defisit biofil və aqrofil element hesab olunur. O, canlı
orqanizmələr –bitki, heyvan, insan tərəfindən çox istifadə
edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır.
Torpağın informasiya funksiyası. Torağın profilində
həm müasir, həm də qədim torpaq proseslərinin «dəlillərini»
(izlərini) görmək olar. Müasir proseslərə torpağın islanma
108
dərinliyi, rütubətliyi, strukturu, biogenliyi və s., qədim
proseslərə isə torpağın qalınlığı, humusun ehtiyatı, karbonatlar,
gömülmüş horizontlar və s.aiddir. Qədim «dəlillərə» əsasən
torpağın tarixini, onun keçdiyi mərhələləri, hazırda şumlanan
torpaqların vaxtilə meşə altında olmasını bərpa etmək, yəni,
ərazinin
qədim
landşaftının
qanunauyğun
paleocoğrafi
rekonstruksiyasını keçirmək olar.
4.3. Yer qabığının mineralları və süxurları
Yer qabığı olduqca mürəkkəb kimyəvi tərkibə malik
olub təbiətdə rast gəlinən bütün kimyəvi elementlərə təsadüf
etmək olar.Amerika alimi Klark Yer qabığında geniş yayılmış
50 kimyəvi elementin orta miqdarını göstərmişdir.Litosferdə ən
geniş yayılan kimyəvi elementlər aşağıdakılardır.(% - lə).
Oksigen- 49,42 Hidrogen- 0,01
Silisium- 33,0 Titan- 0,61
Alüminium- 7,13 Karbon- 2,0
Dəmir-3,80 Xlor- 0,02
Kalsium- 1,37 Fosfor- 0,08
Natrium- 0,60 Kükürd- 0,08
Kalium – 1,36 Azot- 0,01
Yer qabığı kütləsinin 99,95% - ni 25 element, 0,05 % -
ni isə qalan elementlər təşkil edir.Bu kimyəvi elementlərdən
Yer qabığını yaradan aşağıdakı minerallar əmələ gəlmişdir.
Minerallar.
Yer
qabığı
müxtəlif
süxurlardan
təşkil
olunmuşdur. Hər süxur isə özü mineraldan ibarətdir. Bəsit
süxurun tərkibinə yalnız hər hansı bir mineral daxil olur.
Mürəkkəb süxur isə bir neçə müxtəlif mineraldan ibarətdir.
Kimyəvi cəhətdən eyni olub tərkibi dəyişməyən və
müəyyən fiziki xüsusiyyətlərə malik olan cisimlərə mineral
deyilir.Mənşəyinə görə minerallar 3 qrupa bölünür: maqmatik,
çöküntü və metomorfik.
109
Maqmatik
(ilk)
minerallar
maqmada
yüksək
temperatur və təzyiq şəraitində əmələ gəlir.
Çöküntü süxurların mineralları (törəmə) aşınma
nəticəsində yaranır.
Metamorfik süxurların mineralları süxurda yüksək
temperatur və təzyiq şəraitində baş verən fiziki–kimyəvi
proseslər nəticəsində əmələ gəlir.
Minerallar əsasən siniflərə, siniflər isə qruplara bölünür.
I sinif - Saf elementlər, bura təbii halda olan bütün
bəsit minerallar daxildir: qızıl, gümüş, platin , metalloidlərdən:
kükürd, qrafit, almaz.
II sinif - Sulfidlər: pirit və ya dəmir, kükürd kolçedanı,
halqopirit və ya kolçedanı
III sinif - halloidlər: halloid turşuların duzları: kalit və
ya daş duz,karnallit, kainit.
IV sinif - Oksidlər və hidroksidlər: kvars, çaxmaq
daşı, boksit, qematit və ya qırmızı dəmir filizi, maqnetit
V sinif - Oksigen turşularının duzları: sulfatlar -
mirabilit, gips, karbonatlar – soda, maqnezium, kaloit, dololit,
sidert və ya dəmir şpatı; fosfatlar- ftorapatiat, fosforitlər –
vivianit; silikatlar – olivin, çöl şpatları: ortoqlaz, albit, inortit,
gil mineralları – törəmə minerallar montmorillonit, kaolinit.
VI sinif - üzvi birləşmələr: neft, dağ yağı, dağ mumu,
asvalt, yantar və s.
Dağ süxurları (ana süxurlar). Yer üzərində müəyyən
massiv qaya və ya təbəqə şəkilində minerallar birləşmiş halda
süxurları yaradır.Dağ süxurları torpaqəmələgətirən süxurlar
üçün
əsas
sayılır,
onların
üst
qatlarından
torpaq
yaranır.Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki
xassələrinə müəyyən qədər təsir göstərir.Qranit üzərində əsasən
az münbit torpaqlar əmələ gəlir.Bazalt süxurlar isə münbit
torpağın
yaranması
üçün
qiymətli
material
hesab
olunur.Landşaftın,
hidroqrafiyanın
və
bitki
örtüyünün
xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır.
Dostları ilə paylaş: |