104
Torpaq havası və atmosfer arasında mübadilə gedir.
İnfiltrasiya, buxarlanma, axım və s. proseslər zamanı suyun
torpağın daxilində hərəkəti, torpağın suyun qlobal dövranında
aktiv iştirak etməsinə səbəb olur.
Bu zaman su torpaq məhlulunu əmələ gətirərək
torpaqəmələgətirmə prosesində aktiv iştirak edir. Aşınma
proseslərinə məruz qalan litosferin üst hissəsi torpağın mineral
komponentlərinin mənbəyi hesab olunur.
Beləliklə torpaq, həm təbii cisim, həm dinamik sistem,
həm də landşaftın bir hissəsi hesab edilir.
V.A.Kovdaya (1985) görə torpaq örtüyünün əsas
funksiyaları aşağıdakılardır:
- bioekoloji (torpaq canlı maddələrin yerləşdiyi və
fəaliyyətdə olduğu yerdir);
- bioenergetik (humus və digər üzvi maddələrdə günəş
enerjisinin toplanaraq bioloji kütləyə çevrilmə sahəsi);
- azotun fiksasiya funksiyası və zülalların əmələ
gəlməsi;
- əsas kimyəvi elementlərin qlobal biogeokimyəvi
dövriyyəsində aktiv agentlərin funksiyası;
- Alt kristal süxurları xırda fraksiyalara çevirmə
funksiyası (aşınma);
- hidroloji funksiya (geosferlər arasında aktiv su
mübadiləsi sahəsi);
- meteroloji funksiya (atmosferin tərkib və rejiminin
formalaşmasına aydın təsir göstərən sahə.).
Ekoloji
problemlərin
çoxu
pedosferlə
bağlıdır.
Atmosferin kimyəvi dəyişməsi və onun yaratdığı nəticələr
maddələrin qlobal biogeokimyəvi tsiklində iştirak etməsindən
asılıdır. Okeanların, kənar və daxili dənizlərin, xüsusən sahil
zonasının vəziyyəti materiklərdən axım vasitəsilə gətirilən həll
olan və asılı kimyəvi maddələrlə təyin olunur. Bütün bu
maddələrin maye axınının formalaşmasında torpaq örtüyü və
onun vəziyyəti olduqca böyük rol oynayır.
105
Təbii ekosistemlərin vəziyyətinin və məhsuldarlığının
dəyişməsi, xüsusilə meşəsizləşdirmə və səhralaşma torpaq
örtüyünün vəziyyətinə təsir göstərir, bu isə onun sonrakı
məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Nəhayət, süni
yaradılan və ya insan tərəfindən güclü dəyişikliyə uğrayan
ekosistemlərdə (aqroekosistemlərdə) baş verən ətraf mühit
problemləri də torpaq örtüyünün vəziyyətilə sıxı surətdə
bağlıdır.
Potensial münbitlik nöqteyi nəzərincə qurunun böyük
hissəsi aşağıdakı məhduddiyyətlərə görə əkinçilik üçün
yararsız, azyararlı və ya əlverişsiz sayılır. (buzlaqlar daxil
olmaqla ümumi sahəyə görə %-lə). (Cədvəl 4.1).
Cədvəl 4.1.
Qeyd edək ki, torpaq bir neçə əlamətə görə azyararlı ola
bilər. Odur ki, istifadə üçün yararsız torpaqların ümumi cəmi
cədvəldə göstərilənə nisbətən azdır. Belə qiymətlərdən birinə
görə dünyada şumlama üçün yararlı torpaqların sahəsi 32,8
milyon km2-dir. Bu isə qurunun ümumi sahəsinin 22%-ni
təşkil edir.
İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski,
Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992) elmi işlərinə
və fikirlərinə əsaslanaraq torpağın aşağıdakı əsas ekoloji
funksiyalarını göstərir:
Energetik funksiya. Enerjinin çox miqdarı torpağın
mineral hissəsində toplanır, lakin bu enerji olduqca stabil olub
onun davamlığını təmin edir, maddələrin dövranı proseslərində
və ekosistemlərin bioloji məhsuldarlığında isə nisbətən az
iştirak edir. Digər mühüm məsələ odur ki, bitki fotosintez
prosesində günəş enerjisini toplayır. Canlı maddədə onun
dövranı tez (bir neçə il, on illər) başa çatır, lakin canlı maddə
106
ölmüş, quru (bitki) halında torpağa düşdükdə qismən ilkin son
məhsullara (su, CO2, azot və başqa kimyəvi maddələr) qədər
parçalanır, qismən isə humusa çevrilir. Humusda böyük
(əsrliklər) enerji ehtiyatı cəmləşərək hər il bioloji dövrandan
kənarlaşır və beləliklə, torpağın güclü enerji potensialı yaranır.
Hidroloji funksiya. Əgər torpaq olmasaydı, okeanla
quru arasında suyun dövranı tez başa çatardı. Yer səthinə düşən
atmosfer yağıntıları yamac boyu böyük sürətlə axıb çaylara,
sonra isə dəniz və okeanlara axıb gedərdi.
Özünün
humusluluğu,
strukturluğu
(aqreqatlığı),
məsaməliyi, sukeçiriciliyi və rütubət tutumu ilə torpaq suyun
dövranını kəskin zəiflədir, müntəzəmləşdirir, quruda suyun
böyük və geniş differensial ehtiyatının yaranmasına şərait
yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən
istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya
sərf olunur.
Torpağın hidroloji və energetik funksiyaları arasında
birbaşa əlaqə vardır, torpaqda nə qədər çox (müəyyən həddə
qədər) enerji toplanarsa, onun hidroloji funksiyası da artar.
Burada da torpağın humusu müəyyən rola malikdir. Qumlu və
torflu torpaqlar istisnalıq təşkil edir.
Geoloji funksiya bir-birinə əks olan iki proseslə ifadə
olunur. Birinci, bu funksiya sayəsində torpaq davamlı
təbii törəmə kimi alt qatda yerləşən yumşaq dağ süxurlarını
istənilən xarakterli (yuyulma, uçqun) dağılmaqdan qoruyur.
İkinci, torpaq dağıldıqda mexaniki təsirlərin gücü (qravitasiya,
külək, xüsusən axar sular) nəticəsində aparılan torpaq
materialından yeni – delüvial, hətta prolüvial dağ süxurları
əmələ gəlir, onlar bir qədər dəyişilmiş şəkildə torpağın bir çox
xassələrini özündə saxlayır. Lakin dağıdıcı proseslər davam
etdikdə «qalıq» torpaq xassələri də zəifləyir. Torpaq kütləsinin
bir hissəsi eroziya (denudasiya) zamanı dəniz və okeanlara
çataraq dəniz çöküntü materialı əmələ gətirir.
Dostları ilə paylaş: |