86
Yarımadanın
hidroloji
şəbəkəsi
Sumqayıt
və
Ceyrankeçməz çaylarından (aşağı axarlarından), 200-dən çox
irili-xırdalı duzlu göllərdən, həmçinin Ceyranbatan su
anbarından, Abşeron magistral kanalından ibarətdir. Abşeron
yarınmadası, demək olar ki, bütün texnogen təsirlərin
cəmləşdiyi poliqona bənzəyir. Hal-hazırda bu ərazidə elə bir
göl və ya su hövzəsi yoxdur ki, texnogen təsirə məruz
qalmasın.
Son 50-60 ildə Abşeron yarımadasının göllərində ekoloji
vəziyyət kəskin surətdə dəyişməkdədir. Bu, yarımada
ərazisində neft sənayesinin inkişafı ilə bağlı olaraq buruq
quyularının sularının, mədənlərin neftli axınlarının və
təsərrüfat axınlarının artması ilə bağlıdır. Son 20 ildə Xəzər
dənizində su səviyyəsinin yüksəlməsi də göllərin ekoloji
şəraitinə və hidroloji rejiminə təsir göstərmişdir. Belə ki,
göllərin sahələri artmış, suların tərkibində neft məhsullarının,
fenolların, səthi aktiv maddələrin, ağır metalların və digər
zərərli maddələrin qatılığı buraxıla bilən həddən dəfələrlə
çoxalmışdır. Dib çöküntülərində radionuklidlərin artması və
suda həll olmuş oksigenin azalması təhlükəsi mövcuddur.
Abşeron yarımadası göllərinə aid müxtəlif illərdə ayrı-ayrı
mütəxəssislər tərəfindən müəyyən məlumatlar nəşr olunsa da
yarımadanın gölləri yaxın illərə kimi kompleks şəkildə tədqiq
olunmamışdır.
Son 100 ildə və xüsusən də son on illikdə göl hövzələrinə
antropogen təsirlər artmışdır. Bu təsirlərin nəticəsində göllərin
həm morfoloji xüsusiyyətləri və həm də hidrofiziki-biokimyəvi
xassələri dəyişmişdir.
Yarımada gölləri axarsız, əsasən dayaz, suları şortəhər və
həll olmuş duzlarla ifrat dərəcədə doymuş, əksəri yayda
quruyaraq dibinə duz çökdürmə xassələrinə malikdirlər.
Yarımadada göllərin ehtiyatlarını onların su kütləsi, çalarlarına
çökən duzlar və zaman-zaman toplanan dib çöküntüləri təşkil
edir.
87
Abşeron yarımadasının daxili su hövzələrinin geoekoloji
vəziyyəti ilə əlaqədar problemləri və respublika iqtisadiyyatı
üçün onların törədə biləcəyi təhlükəni hərtərəfli təsəvvür etmək
məqsədilə ekoloji cəhətdən daha çox təhlükəli hesab edilən su
hövzələrinin vəziyyətinin yığcam şəkildə təsvirini verməyi
məqsədə-müvafiq hesab edirik.
Böyük şor gölü Abşeron yarımadasının mərkəzində,
dəniz səviyyəsindən 4 m yüksəklikdə yerləşir. Gölün səthinin
sahəsi 1300 ha, suyunun həcmi 47,3 mln.m
3
-dir. Göldən
götürülmüş su nümunələrinin təhlili göstərir ki, gölün suyu
həddindən artıq çirklənmiş və minerallaşmışdır (120 q/l).
Yaxınlıqda yerləşən müəssisələrin və yaşayış məntəqələrinin
tullantı suları bu gölə axıdılır. Gölə il ərzində daxil olan çirkab
sularının həcmi 8614 min.m
3
təşkil edir. Onun oksigen rejimi
tam pozulmuşdur və suda konsentrasiyası 1-2 mq/l arasındakı
tərəddüd edir ki, bu da sanitar normadan 2-4 dəfə azdır. Gölün
suyunda oksigenin azlığı görünür ki, gölə atılan çirkləndirici
maddələrin oksidləşməsindən irəli gəlir. Burada oksigenin
biokimyəvi sərfi 16 mq/l təşkil edir ki, bu da normadan 4 dəfə
artıqdır.
Böyük şor gölündə kation və anionların konsentrasiyası
normanı kəskin şəkildə aşır. Belə ki, kalsiumun miqdarı yol
verilən qatılıq həddindən (YVQH) 45 dəfə, maqnezium
15 dəfə, xloridlər 205 dəfə, sulfatlar isə 3 dəfə çoxdur. Neft
məhsulları və fenolların konsentrasiyası sanitar normaları
uyğun olaraq 66 və 20 dəfə aşmışdır. Detergenlərin də (sintetik
yuyucu maddələrin) miqdarı normadan 9 dəfə yüksəkdir. Ağır
metalların
misin
konsentrasiyası
6
dəfə,
kadmiumun
konsentrasiyası isə 2 dəfə normadan artıqdır.
Hal-hazırda Böyük şor gölünü qurutmağa çalışırlar. Onun
su hövzəsinin çirklənmə səviyyəsi olduqca yüksəkdir və
ekoloji təhlükənin artması davam etməkdədir.
Bülbülə gölü səthinin sahəsi 300 ha, dərinliyi 2,5 m
olmaqla Abşeron yarımadasının mərkəzində yerləşir. Gölə
88
axıdılan məişət tullantılarının gündəlik miqdarı 25,1 min m
3
,
uyğun olaraq illik həcmi isə 9162 min m
3
təşkil edir. Bu
tullantılar əsasən Bakıxanov, Bülbülə, Əmircan və Qaraçuxur
qəsəbələrinin məişət-çirkab sularından ibarətdir.
Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi
1,7
q/l-dir.
Kationların
(kalsium
və
maqneziumun)
konsentrasiyası norma daxilində tərəddüd edir, anionların
(xloridlər və sulaftların) miqdarı isə normadan cüzi dərəcədə
yüksəkdir. Detergenlərin miqdarı YVHQ-dən 9,5 dəfə,
fenolların miqdarı 8 dəfə, neft məhsullarının və misin
konsentrasiyası isə 3,5-4 dəfə artıqdır. Gölün oksigen rejimi
norma daxilindədir və bu göl Böyük şor gölü ilə müqayisədə
çirklənməyə o qədər də yüksək dərəcədə məruz qalmamışdır.
Qırmızı gölün ərazisi 700 ha, suyunun həcmi isə
8,3 mln.m
3
-dir. 1976-cı ilə kimi göl neft mədənlərindən çıxan
lay sularının qəbuledicisi kimi istifadə olunmuşdur. Hal-
hazırda hər gün Lökbatan qəsəbəsindən 47,3 min m
3
məişət
tullantıları gölə daxil olur.
Beləliklə, Qırmızı gölə il ərzində 17955 min m
3
çirkab
suları buraxılır ki, onların da əsasını Lökbatan qəsəbəsinin
məişət-çirkab suları (9115 min m
3
) və Hacı Həsən gölündən
axan sular (6570 min m
3
) təşkil edir. Gölün suyunun oksigen
rejimi ciddi pozulmuşdur. Belə ki, həll olmuş oksigen
normadan 2-2,5 dəfə az müşahidə olunur. Suyu şor olmaqla
minerallaşma dərəcəsi 55 q/l-dir. Aparılan laboratoriya
tədqiqatlarının nəticələri göstərir ki, gölün suyunun tərkibində
anion və kationların konsentrasiyası YVHQ-ni dəfələrlə aşır.
Bu zaman kalsiumun miqdarı normadan 2,3 dəfə, maqnezium
5,7 dəfə, xloridlər 8,5 dəfə, sulfatlar isə 8 dəfə yüksək qeydə
alınmışdır. Suda fenolların konsentrasiyası normanı 15 dəfə,
neft məhsulları 5 dəfə, mis 4 dəfə, kadmium və detergenlərin
miqdarı isə 3 dəfə aşır. Bütün bunlar gölün ekoloji durumunun
gərgin olduğunu deməyə əsas verir.
Dostları ilə paylaş: |