71
müqayisədə təxminən 2 dəfə yüksəkdir. Regionun inzibati
rayonları üzrə minerallıq aşağıdakı göstəricilərlə səciyyələnir:
Quba rayonunun sularında 490-950 mq/l, Xaçmazda 260-
2350 mq/l, Qusarda 220-1760 mq/l. Yeraltı quyu sularında
sulfatın miqdarı Quba rayonu üzrə 60-230 mq/l, Xaçmazda 50-
1060 mq/l, Qusarda 8-264 mq/l təşkil edir. Bölgə üzrə quyu
sularının tərkibində olan xloridin miqdarı aşağıdakı kimi
dəyişir: Quba rayonu 12-50 mq/l, Xaçmaz 6-560 mq/l, Qusar
8-430 mq/l. Bununla belə regionun quyu sularının ümumi
codluğu böyük diapazonda (2-34 mq.ekv/l) dəyişir.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yeraltı
sularda orqanik maddələr (oksidləşmədə) rayonlar üzrə
dəyişgəndir. Bəzi meşə sahələrində bulaq sularında mövcud
azot
birləşmələri
bitki
mənşəli
orqanik
maddələri
oksidləşmənin yüksək göstəricisinə gətirib çıxarır.
Regionda olan artezian quyuları və bulaqlar sanitar
baxımdan yaxşı mühafizə olunduqlarından, çox yerdə yeraltı
sular yüksək keyfiyyətdə saxlanılır. Ancaq bəzi rayonlarda
artezian quyularının istismarındakı mövcud pozuntular,
elementar texniki-sanitar normalara verməyib, acınacaqlı
vəziyyət yaradır, ətraf mühitin çirklənməsinə və bataqlığa
gətirib çıxarır.
Buradakı yeraltı suların tərkibində dəmir və nitritlərin
olmaması, sulfat, xlorid və permanqanat turşulanmanın
miqdarının cüzi olması suyun dadı və şəffaflığı regionun yeraltı
sularını yüksək keyfiyyətli su kimi qəbul etməyə imkan verir.
Quba-Xaçmaz regionunun yeraltı suları su balansı
baxımından yaxşı öyrənilmişdir. Hidrogeoloji tədqiqatlar
zonada əsas yeraltı su hövzəsinin Samur-Vəlvələçay arasında
yerləşdiyini göstərir. Hövzənin su balansının mədaxil və
məxaric
elementlərini
müxtəlif
müəlliflər
tərəfindən
hesablanmışdır. Tədqiqatların nəticələri göstərir ki, Qusar-
Şabran dağətəyi düzənliyində yeraltı suların istismar ehtiyatı
72
19,5 m
3
/san, Quba-Xaçmaz regionu üzrə isə 340 m
3
/san təşkil
edir.
Yeraltı suların çirklənməsi kimyəvi (üzvi və qeyri-üzvi),
bioloji və radioaktiv yollarla ola bilər. Bunların geniş yayılan,
həm də ən çətin təmizləniləni kimyəvi təmizlənməlidir.
Çirklənmənin əsas mənbələri qabaqcadan təmizlənmədən açıq
sahələrə və çay dərələrinə axıdılan məişət çirkab suları, sənaye
tullantıları, suvarılan sahələrdə işlədilən kimyəvi gübrələrvə
kimyəvi zəhərləyici maddələr saxlanılan anbarlar və s. Əks
hallarda çirkləndirici maddələr yeraltı sulara aerasiya
zonasından süzülərək sulu məhlul şəklində daxil olur.
Respublika ərazisində yüksək keyfiyyət göstəricilərinə
malik olan Quba-Xaçmaz zonasının yeraltı suları axın
istiqaməti
boyu
qidalanma
zonasından
uzaqlaşdıqca,
hidrodinamiki göstəriciləri ilə yanaşı ərazinin fiziki-coğrafi
şəraiti və geoloji quruluşunun təsiri ilə hidrokimyəvi
göstəricilərini də dəyişir. Suların axım istiqamətində ion və
kation tərkibində hidrokarbonat və kalsium miqdarının
azalması, sulfat, xlor, natrium ionlarının artması müşahidə
edilir. Göstərilən təbii amillərlə yanaşı bu istiqamətdə yeraltı
suların keyfiyyətinə texnogen amillər də təsir göstərir. Yeraltı
su
hövzələrinin
texnogen
amillərdən
çirklənməsindən
qorunmaq üçün kənd təsərrüfatı və sənaye tikinti obyektlərinin
layihə və inşasında aerasiya zonasının süxurlarının təbii
mühafizə şəraiti, fiziki-mexaniki xüsusiyyətləri, su keçirməyən
qatın dərinliyi və digər amillər düzgün qiymətləndirilməlidir.
3.3. Su ehtiyatlarının çirklənmə növləri və
mənbələri
Suyun keyfiyyətinə təsir edən hər hansı bir maddə
çirkləndiricidir. Təbii su ehtiyatlarına daxil olan çirkləndiricilər
(mineral, üzvi və bakterial-bioloji maddələr) onun keyfiyyətinə
təsir göstərir. Bu təsirlər aşağıdakılardır:
73
-
suyun fiziki xassələrinin dəyişməsi (şəffaflığı, rəngi, iyi,
dadı və s.);
-
suyun kimyəvi xassələrinin dəyişməsi;
-
suda oksigenin (hər hansı oksidləşmə baş verdikdə)
azalması;
-
suda xəstəlik törədən mikroiqlimin yaranması;
-
suda gedən bio və hidro kimyəvi proseslər nəticəsində
çöküntü və üzən maddələrin əmələ gəlməsi.
Suyun çirklənmə növləri 3 qrupa bölünür:
1. Mineral maddələrlə çirklənmə – bu növ çirklənmədə
aktiv iştirak edən qum, gil, duzlar, qələvilər, turşular, mineral
yağlar, şlak, radioaktiv tullantılar və s. qeyri-üzvi maddələrdir.
Bu maddələr suyun fiziki, kimyəvi, orqanoplastik xassələrini
pisləşdirir və canlıları zəhərləyib məhv edir. Bu növ
maddələrin su mənbəyinə atılması qəti qadağan edilməlidir.
2. Üzvi çirkləndirici maddələr – bu növ çirklənmədə
meyvə, tərəvəz, bitki, kağız, heyvan qalıqları, yapışqan
maddələri və s. göstərmək olar. Bu növ maddələr suda karbon
və azotu çoxaldar və onlar zəhərli olduğundan suyu istifadə
üçün
yararsız
edir.
Üzvi
çirkləndirici
maddələrin
oksidləşməsinə çoxlu miqdarda oksigen sərf olunur, suda
oksigen çatışmazlığı yaranır və bu da suda zəhərli göy-yaşıl
yosunun inkişafına səbəb olur. Nəticədə suyun dadı dəyişir,
müxtəlif iylər yaranır və şəffaflığı itir.
3. Bakterial-bioloji çirklənmə – burada mikroorqanizmlər,
göbələklər və xırda yosunlar çirklənmədə əsas rol oynayır.
Belə növ çirkləndirmə təbiətinə görə üzvi çirklənməyə aid ola
bilər. Belə sular istifadə olunduqda müxtəlif infeksion
xəstəliklərlə üzləşmək qaçılmaz olur.
Su ehtiyatlarının əsas çirklənmə mənbələri sənaye və
kommunal çirkab suları, kənd təsərrüfatında istifadə olunan
mineral gübrələr, meşə materiallarının çaylarla daşınması,
radioaktiv tullantılar, istilik və atom elektrik stansiyasından isti
suların tullantısı və atmosferdir.
Dostları ilə paylaş: |