55
təşkil edir.Dünyada sənayedə və energetikada sərf olunan
suyun miqdarı 9.2 saylı cədvəldə verilir.
Cədvəl 9.1
Suvarma əkinçiliyində sudan istifadə
Ayrı-ayrı sənaye sahələrində sudan istifadə həcmi
olduqca fərqlənir.Belə ki, 1 ton pambıq parçasının istehsalında
250 m
3
, 1 ton lif əldə etmək üçün 2500 – 5000 m
3
su sərf
olunur. Su ən çox əlvan metalların istehsalına sərf edilir: 1 ton
nikel əridilməsinə 4000 m
3
su tələb olunur.Daha çox su ABŞ –
56
ın sənayesində ( 260 km
3
/il ) işlədilir və dünyada sərf olunan
suyun cəminin üçdə birini təşkil edir.
Alimlərin fikirincə XXI əsrin əvvəlinə Asiya, Afrika,
Latın Amerikasında suqəbuledicilər 3 – 5 dəfə, iqtisadi
cəhətdən inkişaf etmiş ölkələrdə cəmi 10 – 25 % artacaqdır, bu
su resurslarının kəmiyyət və keyfiyyətcə azalmasıilə bağlıdır.
Hidrosfer - Yerin su örtüyü olub planetin bütün su
obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər, bataqlıqlar,
buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmuudur.
Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq
suyu və canlı orqanizimlərdə olan sular daxildir. Hidrosferdə
(təbiətdə ) su 5 faza vəziyyətində mövcuddur: maye , bərk
(buz, qar ) və qaz ( buxar ). Yerin bütöv örtüyü olan hidrosfer ,
bəzən «görünməz» halda ( yalnız su buxarı və torpaq
rütubətliyi şəklində) olur.
Hidrosferin ayrı – ayrı «görünməyən» sahələrinin rolu
az deyildir, əksinə, atmosferdə olan su buxarı mühüm
geoekoloji prosesin - ilkin bioloji məhsulun və ya fotosintezin
zəruri yaradıcısı; torpağın rütubətliyi isə Yerin bitki örtüyü
kütləsinin
yaradıcı
prosesinin
praktiki
olaraq
vacib
komponentidir. Bununla yanaşı həm su buxarı, həm də torpağın
rütubətliyi qlobal hidroloji tsiklində mühüm rol oynayır.
Məkanca hidrosfer faktiki olaraq ekosferlə birləşir.
Hidrosfer bütün digər geosferlərə daxil olaraq (girərək)
maddələr və enerji mübadiləsinin qlobal proseslərində mühüm
rol oynayır.
Su olduqca spesifik xüsusiyyətlərə malikdir. Bu
xüsusiyyətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii
proseslərə ciddi təsir göstərərək planetdə həyatın inkişafını
təmin edir. Aşağıdakı 9.3 saylı cədvəldə suyun nadir fiziki –
kimyəvi xassələri və əhəmiyyəti verilir.
Okean və dənizlər Yerin ymumi sahəsinin 71 % - ni
tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları ,
57
bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil
edir. Dünya okeanı hidrosferin həcminin 96,4% - qədərdir.
Cədvəl 9.2
Sənaye və energetikada istifadə edilən sular (km3 / il )
Qurudakı
suyun əsas kütləsi
Antarktida,
Qrenlandiya qütb adaları və dağlarda olan buzlaqlar olub
ümumi su ehtiyatının 1,86% – ni, şirin suyun isə 70,3% -ni
təşkil edərək yüksək əks etdirmə qabiliyyətilə (albedo) Yer
üzərində atmosferin qlobal istilik balansının formalaşmasına
böyük təsir göstərir.
Yeraltı suların ümumi həcmi hidrosferin 1,68% -ni
təşkil edir, onların təxminən yarısı – şirin sulardır.
Dünya okeanı, buzlaqlar və yeraltı sular hidrosfer
suyunun 99,94 % - ni təşkil edir.Çaylar hidrosferin əsas
komponenti olub dünyada onların suyunun həcmi ümumi su
58
ehtiyatının yalnız 0,0002 % - i , şirin su ehtiyatının isə 0,006 %
- i qədərdir.
Cədvəl 9.3
Suyun fiziki – kimyəvi xassələri və əhəmiyyəti
Dünya okeanı, buzlaqlar və yeraltı sular hidrosfer
suyunun 99,94 % - ni təşkil edir.Çaylar hidrosferin əsas
komponenti olub dünyada onların suyunun həcmi ümumi su
59
ehtiyatının yalnız 0,0002 % - i , şirin su ehtiyatının isə 0,006 %
- i qədərdir.
Cədvəl 9.4
Yerin su ehtiyatları. (E.P.Romanova və b. , 1993)
Suyun qlobal dövranının təbiətdə əsas mənbəyi Günəş
sayılır. Günəş enerjisinin təsiri ilə okeanın və qurunun
səthindən su buxarlanaraq atmosferə qalxır. Su buxarları
havaya qalxaraq soyuyur, kondensasiya olunaraq buludlar
əmələ gətirir. Buludlar kifayət qədər soyuduqdan sonra yağış
və qar şəklində okeanın və qurunun səthinə düşür. Düşən
yağıntılar yenidən buxarlanaraq atmosfer yağıntıları şəklində
yenidən qayıdır. Quruya düşən yağmurların bir hissəsi torpağa
hopur, bir hissəsi səthi axım əmələ gətirərək çaylara tökülür və
yenidən okeanlara qayıdır. Qrunt suları isə bulaqlar şəkilində
Yer səthinə çıxır və ya bitki örtüyünün fəaliyyəti nəticəsində
transpirasiya olunur. Materik və okeanlar daxilində su dövranı
bu cür gedir (Şəkil 9.1.).
Dostları ilə paylaş: |