64
hədd hesab olunur. Adambaşına 1000m
3
su adətən kritik hədd
sayılır və həmin ölkədə su ehtiyatının kəskin qıt olmasını
göstərir.
Cədvəl 9.6
Yerdə çay sularının illik axımı
Su
təsərrüfatı
ölkənin
bütün
iqtisadiyyatını
müəyyənləşdirir. Misir, Suriya və Pakistanda su ilə təmin
olunma səviyyəsi adambaşına 1200-2200m
3
təşkil edir.
Hazırda əhalisi 110 mln olan 15 ölkədə (məlumat
toplanan 145 ölkədə) su ilə təmin olunma səviyyəsi
adambaşına 500m
3
– dan aşağıdır.
Əhalisi 120 mln olan 12 ölkənin su resursları aşağı
səviyyədədir (ildə adambaşına 500 – 1000m
3
). Göstərilən 27
ölkədə su qıtlığı əhalinin həyatını müəyyənləşdirir.Bu vəziyyət
«ya olum ya ölüm»məsələsi olub dövlətlər onun mühüm
strateji həllini tapmalıdır. Əhalisi 3,4 mlrd olan 58 ölkə su
ehtiyatının azlığı ildə adambaşına 1000-5000m3 şəraitində
yaşayır.1990-cı ilə dünya əhalisinin 70 % -ni təşkil edən 80
ölkə su resurslarının qıtlığı problemi ilə üzləşir. (cədvəl 9.7).
65
Cədvəl 9.7
Əhalinin adambaşına il ərzində düşən
su ehtiyatı (m3 – lə )
Øÿêèë 9.1. Éåð êöðÿñèíäÿ èëëèê éàüûíòûëàðûí çîíàë ïàéëàíìàñû
Bunlar əsasən inkişaf etməkdə olan ölkələr olub suyun
çatışmaması onların sosial və iqtisadi inkişafına mühüm əngəl
hesab olunur.
Hazırda dünyanın əhalisi durmadan artmaqda davam
edir, mövcud su ehtiyatlarının həcmi isə dəyişmədiyindən onun
qıtlığı vəziyyəti pisləşəcəkdir.
66
2025 –ci ilə artıq dünyanın 1,4 mld. əhalisi olan 45
ölkədə adambaşına 1000m3 - dan az su düşəcəkdir. Dünya
əhalisinin dörddə üçü qədəri təxminən 100 ölkədə suyun qıtlığı
şəraitində və ya başqa sözlə ekoloji, iqtisadi və siyasi
dayanıqsız təhlükəsi altında yaşayacaqdır. Əgər təsərrüfatın
idarə olunmasının mövcud üsulları dəyişilməsə suyun
keyfiyyətinin pisləşməsi davam edəcək və vəziyyət daha da
mürəkkəbləşəcəkdir.
3.2. Azərbaycanın su ehtiyatlarının ekoloji vəziyyəti
Suvarma əkinçiliyi ilə çox qədimdən məşğul olan
Azərbaycanın həmişə olduğu kimi, bu gün də suvarma sularına
çox böyük ehtiyac vardır. Respublikamız su ilə az təmin
olunmuş ölkələr sırasına daxildir. Öz ərazisi daxilində yaranan
su ehtiyatlarının hər nəfər və hər kvadrat kilometr əraziyə görə
Azərbaycan Respublikasının su təminatı qonşu respublikalarla
müqayisədə 2,5-8 dəfədən də azdır.
Su ehtiyatlarının həcmi ilin fəsillərinə görə kəskin
dəyişir. Respublikanın çaylarının əksəriyyətində, suya olan
tələbat çoxaldığı aylarda onlardan axan suyun miqdarı xeyli
azalır. Çaylardan axan suyun 60%-dən çoxu (Lənkəran
çaylarından başqa) yaz, yaz-yay (mart-iyun) aylarına, su
ehtiyatının cəmi 10-15%-i isə isti aylara (iyul-sentyabr) düşür.
Çayların axan rejimi ilə su tələbatı arasında olan qeyri-
mütənasiblik su təsərrüfatı qurğularının tikintisi ilə nizamlanır.
Hal-hazırda respublikanın təqribən 1,45 mln hektar
suvarılan torpağının 17%-ə qədəri yeraltı sularla, 20%-i çay
məcrasından kənarda tikilmiş su anbarlarından və çayların
özündən götürülən kanallar vasitəsilə suvarılır.
Mövcud su ehtiyatlarına dair məlumatların analizi
nəticəsində demək olar ki, respublikanın su ehtiyatlarının əsas
hissəsini Kür, Araz və Samur çayları hövzələri təşkil edir. Su
67
ehtiyatlarının qalan hissəsi xırda çayların hövzələrini, süni və
təbii göllər, bulaqlar və yeraltı suların payına düşür.
Hələ bu yaxınlara qədər minerallığı 1,0 q/l-ə qədər olan
sular suvarma üçün yararlı hesab olunurdu, lakin antropogen
təsirlər nəticəsində su mənbələrində suvarma suyunun
keyfiyyəti pisləşməkdə davam edir. Həm də su ehtiyatlarının
məhdudluğu üzündən yeni su mənbələrindən (kollektor-drenaj,
dəniz, tullantı suları və s.) istifadə olunması variantlarına
ehtiyac artmaqdadır. Bununla əlaqədar olaraq son 20-30 ildə
başqa ölkələrdə olduğu kimi, bizdə də suvarma suyunun
keyfiyyətinin yaxşılaşdırılması üzərində ardıcıl olaraq elmi-
tədqiqat işləri aparılır. Alınmış nəticələr göstərir ki, suvarma
suyunda duzların buraxıla bilən miqdarı torpağın mexaniki
tərkibindən, onun su-fiziki, fiziki-kimyəvi xüsusiyyətlərindən,
bitkilərin duza davamlığından, ərazinin drenləmə dərəcəsindən
və s. şərtlərdən asılıdır.
Suvarma suyunun keyfiyyətinin pisləşməsi ətraf mühitə
və ekoloji sistemə də öz mənfi təsirini göstərir. Məişət-
kommunal, istehsalat, kənd təsərrüfatının tullantı suları vasitəsi
ilə su hövzələrinə müxtəlif toksik maddələr atılır və bunun
nəticəsində də ekoloji sistemdə struktur dəyişiklikləri yaranır.
Məlumdur ki, aqroekoloji sistemin normal fəaliyyət
göstərməsi üçün kimyəvi tərkibinə görə zərərsiz olan su tələb
olunur. Suyun keyfiyyəti aqroekoloji sistemin stabilliyinin ən
vacib göstəricisidir. O, torpağın münbitliyinə, kənd təsərrüfatı
bitkilərinin su tələbatına, məhsuldarlığına və onun keyfiyyətinə
təsir göstərir. Eyni zamanda suvarma suyunun keyfiyyəti
hidromeliorativ
sistemlərdə
qurğuların
materiallarının
saxlanılması və onların uzunömürlüyünə də təsir göstərir. Bu
deyilənlərə
əsasən,
suvarma
suyunun
keyfiyyətinin
qiymətləndirilməsi üçün ekoloji meyarlardan istifadə olunur.
Ekoloji meyarlar ətraf mühitin obyektlərinin mühafizəsi
nöqteyi-nəzərdən onların çirklənməsinin qarşısının alınması və
sanitar-gigiyena təhlükəsizliyinin təmin edilməsi, kənd
Dostları ilə paylaş: |