Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə159/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   155   156   157   158   159   160   161   162   ...   205

biokütləsi,  məhsuldarlığı,  mövsümlərlə  əlaqədar  olaraq 

mövcud 


ekoloji 

faktorların 

heyvanat 

aləminə 


təsiri 

öyrənilmişdir (4).

Tədqiqat  işləri  dövründə  Naxçıvan  və  Arpaçay 

sututarları  xüsusi  diqqət  mərkəzində  olmuşdur.  610  hektar 

sahəyə,  150  milyon  m3  həcmində  su  tutumuna  və  suyunun 

şəffaflığına  görə Arpaçay su  anbarı  balıqçılıq  təsərrüfatı  üçün 

tam  yararlı  sututarıdır.  Eyni  zamanda  digər  su  anbarlarının 

tədqiq olunması elmi cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Tədqiqatlar  su  anbarlarında  zooplankton,  zoobentos 

və  ixtiofaunanın 

növ 

tərkibi, 



onların 

məhsuldarlığı 

öyrənilmiş,  ekoloji  amillərin  heyvanat aləminə  təsiri  müəyyən 

edilmişdir.

Naxçıvan  su  anbarında ekoloji  amillərin  hidrofaunaya 

təsiri.  Naxçıvan  su  anbarı  sərt  kontinental  iqlim  zonasında 

yerləşdiyindən  qış  aylarında  suyunun  temperaturu  +5°  C,  isti 

yay aylarında  isə  +25°C  +  27°C olur.  Suyun  illik  sərfi,  üstəgəl 

isti  aylarda  intensiv  buxarlanma  sututarda  səviyyənin 

təxminən  13  m-ə  qədər  aşağı  düşməsinə  səbəb  olur.  Bu 

dövrdə  litoral  zonada  100  km2-ə  qədər  sahə  quruduğundan, 

su  tutumu  240  milyon  m3-dək  azaldığından  su  anbarında 

yaşayan  orqanizmlər,  onların  yumurta  və  kürülərinin  xeyli 

hissəsi  quruyub  tələf  olur.  Proses  sututarın  ümumi  bioloji 

məhsuldarlığının  aşağı düşməsinə səbəb olur.

Digər  tərəfdən  isti  yay  aylarında  göy-yaşıl  yosunların 

sürətli  inkişafı,  pH-ın  6,4-dən  9-a  qədər  artması,  oksigen 

rejiminin  pozulması,  yəni  çatışrnamazlığı  müşahidə  edilir.  Bu 

dövrdə  xüsusilə  iri  çəki  fərdləri  arasında  oksigen  azlığından 

təlafat baş verir.

Naxçıvan  su  anbarının  zooplankton  faunası.  Su 

anbarında  zooplankton  orqanizmlərin  növ  tərkibi  və 

biokütləsinin  öyrənilməsi  məqsədilə  300-dən  artıq  keyfiyyət, 

800-ə  qədər  kəmiyyət  nümunələri  götürülmüşdür,  eyni 

zamanda,  həmin  orqanizmlərin  balıqların  qidalanmasında 

rolunu  öyrənmək  üçün  300  balıq  körpəsinin,  30  iri  balıq 

fərdinin mədələrindəki möhtəviyyat analiz edilmişdir.

481



Tədqiqatlar  dövründə  Naxçıvan  su  anbarında  71  növ 

zooplankton 

orqanizmin 

yaşadığı 

qeydə 

alınmışdır. 



Mövsümlər  üzrə  növ  tərkibində  dəyişkənliklər  baş  verməyə 

başlayır.  Yazda  növlərin  sayı  71  olduğu  halda,  yayda  -   40, 

payızda -  34,  qışda isə  14 növə qədər dəyişilir.  Orqanizmlərin 

sayının  yüksək  göstəricisi  110000  əd/m3,  biokütləsi  isə  3,1 

q/m3  olmuşdur.  1985-ci  ildə  sayın  ən  aşağı  göstəricisi  -2986 

əd/m3, biokütləsi -0,136 q/m3  1986-cı  ildə qeyd  edilmişdir.

Qeyd  etmək  lazımdır  ki,  ekoloji  amillərin  təsir 

dərəcəsindən  asılı  olaraq  zooplankton  orqanizmlərin  növ 

tərkibi və biokütləsində hər il dəyişiklik baş verir.

Analizlərdən  məlum  olmuşdur  ki,  sututarda  yaşayan 

balıqlar içərisində yalnız zooplanktonla qidalanan  balıq  növü 

yoxdur.  Çəki  körpələrini  qidalanmasına görə 4 qrupa bölmək 

olar:  -  8,-10,8  mm  böyüklüyündə  olan  sürfələrin  qidasının 

98%-ni zooplankton,  10-13  mm  böyüklüyündə olan süfrələrin 

qidasının 

92%-ni 


zooplankton, 

7,3%-ni 


isə 

bentik 


orqanizmlər təşkil edir.

Naxçıvan 

su 

anbarının 



bentik 

orqanizmləri. 

Tədqiqatlar  dövründə  su  anbarında  16  sistematik  qrupa  aid 

olan  117  növ  və  forma  dib  orqanizmi  aşkar  edilmişdir. 

Növlərin  tərkibinin  çoxluğuna  görə  xironomidlər  birinci  yeri 

(22,2%),  ikinci  yeri  sərtqanadlılar  (16,2%),  üçüncü  yeri 

oliqoxetlər  (6,0%)  tutmuşlar.  Qalan  faizlər  isə  müxtəlif 

qruplar  arasında  bölüşdürülmüşdür. 

Dib  orqanizmləri 

müxtəlif  ekoloji  qruplardan  -   fitofıl,  daşlı,  lilli,  qumlu 

qruntlarda yaşayan  növlərdən ibarətdirlər.

Növlər  üçün  optimal  şəraitə  malik  olan  may,  iyun, 

iyul  aylarıdır.  Bu 

aylarda  sututarda  suyun  səviyyəsi 

maksimuma çatmaqla  ekoloji  şəraitin  bərpa olunması,  suyun 

t°  -nun  +  23°  C-də  uzun  müddət  stabil  qalması,  çoxalmaq 

üçün  kənardan  uçub  gələn  hava-su  orqanizmlərin  yumurta, 

balıqların  kürü  tökmələri  üçün  əlverişli  şərait  yaranmış  olur. 

Bu dövrdə növlərin tərkibi və biokütlələri də artmış olur.

iyun,  iyul  aylarından  başlayaraq  su  anbarında  suyun 

səviyyəsinin  aşağı  düşməsi  nəticəsində  dib  orqanizmlərinin

482



növ tərkibinin  və  biokütləsinin  tədricən  aşağı  düşməsi  prosesi 

başlayır.

Müxtəlif  illərdə  dib  orqanizmlərin  növ  tərkibi  və 

biokütlələri  fərqli  surətdə  dəyişmiş  olur.  1986-cı  ildə  bentik 

orqanizmlərin  sayı  3088  əd/m2,  və  biokütləsi  6,638q/m2 

olmuşdur.

Lilli 

biotop 


böyük 

sahəni 


əhatə 

etdiyindən 

məhsuldarlığı  da  yüksəkdir.  Belə  ki,  burada  5  il  ərzində 

növlərin  sayı  10-12,  fərdlərin  sayı  isə  5910  əd/m2-ə  bərabər 

olmuşdur(l).

Çəkinin  13-20  ram  böyüklüyündə  olan  körpələrinin 

qida  rasionunun  təxminən  70%-ni  dib  orqanizmləri  təşkil 

edir. Qeyd etmək lazımdır ki, Çəki  balığı (Cyprinus carpio L.) 

bütün illərdə balıq ovunda mühüm əhəmiyyət  kəsb etmişdir.

Hal-hazııda 

Naxçıvan 

su 


anbarında 

bentik 


orqanizmlərə  aid  olan  çay  xərçəngi  (Astacus  leptodactylus 

Esch.)  geniş  yayılmış,  sututarda  sanitar  vəzifəsini  görməklə 

bərabər sənaye ovunda  da mühüm rol oynayır.

Dib  orqanizmlərinin  Naxçıvan  su  anbarında  sahələr 

üzrə  yayılmaları.  Su  anbarında  hidroloji  rejim,  biotik  və 

abiotik  faktorlar,  o  cümlədən  suyun  axını,  dərinlik,  suyun  t°- 

u, şəffaflığı və qruntların  tərkibi biri-birindən  fərqləndiyindən 

sututarın  yatağım  şərti  olaraq  yuxarı,  orta  və  aşağı  hissələrə 

bölmək  məqsədyönlüdür.  Yuxarı  hissə  relyefinə  görə 

hündürlüyə  malik  olduğundan  axının  güclü  olması,  isti 

aylarda  suyun  səviyyəsinin  sürətlə  aşağı  düşməsi  bu  zonada 

orqanizmlərin,  balıq  kürüsünün,  hava-su  orqanizmlərinin 

sürfə  və  yumurtalarının  məhvinə,  ekosistemin  bioloji 

məhsuldarlığının  aşağı  düşməsinə  səbəb  olur.  Bu  hissə əsasən 

pelofil  biolopdan  ibarət  olduğundan  xiromomid  və  oligoxet 

sürfələri ilə zəngin olur.

Orta  hissədə  dərinlik  15-16  m  olmasına  baxmayaraq 

litoral  zonada  da  yay  aylarında  quruma  prosesi  intensiv 

getdiyindən  orqanizmlər  arasında  təlafat  çox  olur.  Hər  iki 

hissədə suyun şəffaflığı azdır.

483



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə