Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə161/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   157   158   159   160   161   162   163   164   ...   205

vadilərində  olan  kolluqlardır.  Antropogen  landşaftlardan 

muxtar  respublikada,  xüsusən  Ordubad  rayonunda  olan 

oazis  xarakterli  meyvə  bağları  dendrofıl  quşların  steriotip 

tələblərinə uyğun  biotopdur.

Petrofil  və  oreofıl  qruplar  ikisi  biridikdə  dendrofıl 

qrup  qədər  növü  birləşdirir  (57  növ  və  ya  26,4%).  Bu  da 

təbiidir.  Ona  görə  ki,  Naxçıvan  MR  dağlıq  ölkədir  və  onun 

ərazisində  qayalıqlar  və  başqa  açıq  sahələr  böyük  yer  tutur. 

Qayalıqlar  petrofil  növlər  üçün,  qumsal  torpaqlı  açıq  sahələr 

isə  oreofıl  quşlar  üçün  əlverişli  sığınacaq  və  nəsilvermə 

yerləridir.

Naxçıvanın  selitep  sahələrində  bir  sıra  sirıantrop 

quşlar  məskunlaşır.  Q.T.Mustafayevin 

bölgüsünə  görə 

quşlardan  ağ  leylək,  çöl  göyərçini,  qara  uzunqanad,  şəhər 

qaranquşu  və  adi  sığırçın  natamam  sinantrop,  qumru,  dam 

bayquşu,  kənd  qaranquşu  və dam sərçəsi isə tamam sinantrop 

quşlardır(l).

Cədvəl  3.

Naxçıvanda yayılmış quşların  biotopuna görə bölgüsü

Ekoloji

qruplar


Növün sayı

%-lə


Limnodofıl

63

29,0



Dendrofıl

59

27,2



Evritop

35

16,1



Petrofil

28

12,9



Oreofıl

28

13,0



Sinantrop

4

1,8



Cəmi:

217


100

Naxçıvan  MR-də  nəsil  verən  quşların  (166  növ)  yuva 

şəraitinə  görə  bölgüsü  onların  əsas  biotopları  ilə  bağlıdır. 

Açıq  şəraitdə  (yerdə,  qaya  üzərində,  ağac  və  kol  Ü

2

:ərində, 



damların  üstündə  və  s.)  yuvalayanlar  çoxluq  təşkil  edir-  118

487



növ  və  ya  71%.  Örtülü  şəraitdə  (ağac  koğuşunda,  torpaqda 

qazılmış 

yuvalarda 

və  antropogen  tikintilərin  örtülü 

yerlərində)  yuvalayanlar  növün  sayma  görə  ikinci  yeri 

tuturlar-  26  növ  və  ya  15,7  faiz.  Aralıq  mövqe  tutanlar,  yəni 

eyni populyasiyanın  açıq və örtülü şəraitdə yuvalayan fərdləri 

olan  növlər  daha  da  azdır  -   22  növ  və  ya  13,3  faiz.  Güman 

etmək  olar  ki,  örtülü  şəraitdə  yuvalayan  və  aralıq  mövqe 

tutanların  açıq  şəraitdə  yuvadayanlara  nisbətən  azlıq  təşkil 

etməsi  muxtar  respublikada  qayalıqların  və  yarğanların 

quşları  gizlədici  rolu  ilə  əlaqədardır.  Belə  şəraitdə  quşıın 

özünü  və  nəslini  gizlətməsi  asan  olur.  Ona  görə  də  örtülü 

şəraitdə  yuvalamağa  az  ehtiyac  qalır.  Quşların  özlərini 

qoruması  üçün  təhlükəni  uzaqdan  görüb  qaçmaları  onların 

açıq  şəraitdə  yuva  tikməyə  üstünlük  verməsi  səbəblərindən 

biri ola bilər (4).

Cədvəl 4.

Naxçıvanda nəsil verən quşların yuva şəraitinə görə bölgüsü

Yuva  şəraiti

Növün sayı

%-lə


Açıq 

şəraitdə


118

71,0


yuvalayanlar

26

15,7



Örtülü 

şəraitdə


22

13,3


yuvalayanlar

Aralıq  mövqe tutanlar

Cəmi:

166


100

Naxçıvanda 

nəsil 

verən 


quşların 

(166 


növ) 

sosiologiyası  da  onların  açıq  şəraitdə  yuvalamağa  üstünlük 

verməsini  təsdiq  edir.  Cüt-  cüt yaşayıb  nəsil  verən,  yəni  yuva 

sahəsi  olan  quşlar  çoxdur-  139  növ  və  ya  83,8  faiz.  Bu  dəlil 

Muxtar  respublikanın  ərazisində  qida  bazasının  kasıblığı  və 

nisbətən  bərabər  paylanması  ilə  əlaqədar  ola  bilər.  Təsadüfi 

deyil  ki,  koloniya  əmələ  gətirən  quşlar  (14  növ  və  8,4%)  az 

olub,  aralıq  mövqe  tutan  quşların  (13  növ və ya  7,8%)  sayına

488



bərabərdir.  Bu  da  təbii  ki,  ərazinin  iri  su  hövzələrindən 

uzaqda  yerləşməsi  ilə  bağlı  olub,  kolonial  şəkildə  yaşamağa 

üstünlük  verən  bəzi  növ  su-  bataqlıq  quşları  üçün  tələb 

olunan şəraitin məhdudluğunu göstərir (2).

Cədvəl  5.

Naxçıvanda nəsil verən quşların (166 növ) sosiologiyası

Sosioloji qruplar

Növün sayı

%-lə

Yuva


sahəsi

139


83,8

olanlar


Koloniya

əmələ


gətirənlər

14

oc



Aralıq


mövqe

13

7,8



tutanlar

Cəmi:



166

100


Quşların  qida  xarakterinə  görə  bölgüsü  yenə  də 

Naxçıvanının  təbii  şəraiti  ilə  səciyyələnir.  Fitofaq  növlər 

azdır-  15  növ  və  ya  6,9%.  Ona  görə  ki,  qış  aylarında  qar 

örtüyii,  hətta  qalın  şeh  düşüb  donması  nəticəsində  xırda 

toxumların  üzəri  örtülür  və  quşların  onu  görməsi  çətinləşir. 

Bu  səbəbdən  muxtar  respublikada  zoofaq  və  qarışıq  qida  ilə 

yenilənənlər çoxluq  təşkil  edir.  Həmçinin  səciyyavi  bitkiyeyən 

quşlar  da  körpə  balalarını  həşərat  ilə  bəsləyirlər.  Burumla 

əlaqədar  olaraq  quşların  evrifaq  qrupu  keyfiyyət  baxımından 

zəngindir (85  növ və ya 39,4 %) (3).

Cədvəl  6.

Naxçıvanda quşların qida xarakterinə görə qrupları

Qida tərkibi

Növün sayı

%-lə

Fitofaqlar



16

7,0


Zoofaqlar

116


53,6

*  


Evrifaqlaı*

85

39,4


Cəmi:

217


100

489



Ə d ə b i y y a t :

1.  Azərbaycan faunası.  IV cild, quşlar.  Elm nəşriyyatı.  Bakı,  1977, 

314 s.

2.  H.M.Novruzov, 



A. M.Mehdiyev. 

Arazboyu 

düzənlikdə 

yayılmış  quşların  mühafizə  problemi.  XI  elini  konfransın 

materialları. Naxçıvan,  1990, s. 220-222

3.  H.M.Novruzov.  Naxçıvan  MR-də  ornitoloji  tədqiqatların qısa 

tarixi.  Bakı,2000, s. 68-70

4.  T.H.Talıbov,  H.M.Novruzov.  Ammopcrdix  qriseogularis 

Azərbaycan  respublikası  üçün  yeni  növdür.  Azərbaycan  EA 

məruzələri,  VI  cild.  № 4-6.  Elm  nəşriyyatı,  Bakı,  2000,  s.  205- 

208

5.  Novruzov  H.M.  Naxçıvanda  ağbığ  silvinin  (silvia  ınustasea) 



çoxalma  biologiyası.  Naxçıvan  Muxtar  Respublikasının  flora 

və faunasının tədqiqi. Naxçıvan, 2002, s.  112-114



S A H İ B  H A C I Y E V

A M  E A   N a x ç ıv a n   Bölm əsi

%

Bioresurslar institutu

SƏDƏRƏK DÜZÜNÜN TORPAQ ÖRTÜYÜ STRUKTUR 

TƏRKİBİNİN  ÖYRƏNİLMƏSİ VƏ ONLARDAN

SƏMƏRƏLİ İSTİFADƏ YOLLARI

Muxtar  Respublikanın  relyef  şəraiti  ilə  əlaqədar 

olaraq yararlı torpaq sahələrinin azlığı,  torpaqlardan kortəbii 

surətdə  düzgün  istifadə  olunmaması,  şorlaşma,  şorakətləşmə, 

eroziya,  bataqlıqlaşma  və  sair  səbəblərdən  əkin  dövriy­

yəsindən  çıxaraq  yararsız  hala  düşmüşdür.  Məhz,  buna  görə 

də təbii və kənd  təsərrüfatı bitkiləri  altında olan  torpaqlardan 

səmərəli  istifadə etmək üçün ərazidə  tədqiqatların  aparılması 

çox aktual və zəruri məsələdir.

Apardığımız  tədqiqatlar  Muxtar  Respublikanın  ən 

ucqar  qərb  hissəsində  yerləşən  və  mühüm  təsərrüfat 

əhəmiyyəti  olan  Sədərək  rayonunun  mərkəz  və  cənub 

hissəsinin  geniş  bir  sahəsini  əhatə  edən  eyni  adlı  düzdə

490



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə