Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə164/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   160   161   162   163   164   165   166   167   ...   205

elmək,  eroziyaya  uğramış  torpaqların  münbitliyini  bərpa 

edərək  artırmaq  və  «yararsız»  sahələrin  kənd  təsərrüfatı 

dövriyyəsinə qaytarılmasını  təmin etməkdən  ibarətdir.  Ərazi­

nin  təşkilində  relyefin  quruluşu  və  torpaq  şəraitini  nəzərə 

alaraq  təsərrüfat  sahələrinin,  onların  sərhədlərinin  müəy­

yənləşdirilməsi,  torpaq-qoruyucu  növbəli  əkin  sisteminin, 

çoxillik  əkmələrin  tətbiqi, 

meşə  zolaqlarının 

və  yolların 

düzgün  yerləşdirilməsi  çox  böyük əhəmiyyət kəsb edir.

Eroziyaya  qarşı  mübarizə  tədbirlərinin  lahiyələş- 

dirilməsi,  ərazinin 

düzgün  təşkili 

və  kənd  təsərrüfatı 

bitkilərinin,  elmi  əsaslarla  yerləşdirilməsi  məqsədilə  ərazidə 

iri  miqyaslı  torpaq-eroziya  tədqiqatı  aparılmalıdır.  Tədqiq 

olunan  sahələr  uçün  eroziya  amilləri  xəritəsi  və  eroziyaya 

qarşı mübarizə tədbirləri xəritəsi tərtib edilməlidir.(  1  )

1990-cı  illərdə  M uxtar  Respublikanın  dağ  və  dağətəyi 

rayonlarında  bir  sıra  təsərrüfatlar  üçün  göstərilən  xəritələr 

ET  Eroziya  və  Suvarma  İnstitutu 

tərəfindən  göstərilən 

xəritələr hazırlanmışdır.  Müəyyən edilmişdir ki, maililiyi  5 ° -  

yə  qədər  olan  yamaclarda,  yuyulmamış  və  zəif  yuyulmuş 

sahələrdə  torpaqqoruyucu 

növbəli  əkin  sistemi  tətbiq 

edilməli  və  burada  əsas  yer  cərgəarası  becərilən  bitkilərə 

verilməlidir.  Bu  növbəli  əkinlərin  20  % -ni  çoxillik  ot  bitkiləri 

ləşkil  etməlidir.  Son  30  ildə  ET  Eroziya  və  Suvarma

e

institutunda  aparılan  tədqiqatların  nəticəsi  göstərdi  ki, 



maililiyi 5-10°  olan yamaclarda növbəli  əkin  sistemində dənli 

bitkilərə  üstünlük  verilməli  və cərgəarası  becərilən  bitkilərin 

tutduğu  sahə  20-25  %-dən  artıq  olmamalıdır.  Torpaq­

qoruyucu  növbəli  əkinlərdə  çoxillik  ot  bitkilərinin  əkin 

sahəsi  25-30%  təşkil etməlidir.

Maililiyi  10-15°  olan yamaclarda  cərgəarası  becərilən 

bitkilərin əkilməsini  tam  dayandırmalı,  növbəli əkin  sistemin­

də çoxillik  ot  bitkilərinin  əkin  sahəsi  60%-ə  çatdırılmalıdır. 

Şiddətli  dərəcədə  eroziyaya  uğramış  sahələrdə  isə  dənli 

bitkilərin  əkini  tamamilə  dayandırılmalıdır.  Belə  sahələrdə 

ancaq  çoxillik  ot  bitkiləri  əkilməlidir.  Bu  tədbir  torpağı  həm 

eroziyadan  yaxşı  qoruyur  və  həm  də,  iqtisadi  cəhətdən  çox

497



faydalıdır. Maililiyi 

15°-dən 


çox 

olan 


sahələrdə  tarla 

bitkilərinin  əkilməsini  dayandırmalı,  onlardan  təbii  biçənək 

kimi istifadə etmək məqsədə daha  uyğundur( 2 ).

Yamaclarda  eroziyaya 

qarşı  aqrotexniki  mübarizə 

tədbirləri  zamanı  şumlama  və  becərilmə  işləri  yamacın  eninə 

istiqamətində  aparılmalı,  su  saxlayan  şırımlar 

və  bufer 

zolaqları  düzəldilməli,  zolaqları  dərindən  yumşaltmalı  və  s. 

Bu  tədbirlər torpağın fiziki-mexaniki  xassələrini yaxşılaşdırır, 

səthi 

axının  qarşısını  alır  və  torpaqda  rütubət  ehtiyyatı 



yaradır.  Belə  ki,  8-10°meyilli  yamaclarda  şıımlama  yamacın 

eni  istiqamətində  aparıldıqda  şumda  yuyulan  torpağın 

miqdarı 2,5  dəfə  azalır,  rutubət 3-4 % , məhsuldarlıq  isə  18,0- 

21,0 % artır.

Qeyd  etmək  lazımdır  ki,  meyilli  yamaclarda  yalnız 

şumu  yamacın  eni  istiqamətində  apardıqda  belə  eroziya 

prosesinin  qarşısını  tamamilə  almaq  mümkün  olmur.Belə 

yamaclarda  eroziyaya  qarşı  əlavə  mübarizə  tədbirlərinin 

aparılması  zəruridir.  Bu  tədbirlərdən  biri  də  herik  və 

dondurma  şum  edilərkən  yamacın  eni  istiqamətində  əlavə 

olaraq  su  saxlayan  şırımların  açılmasıdır.  Şırımlar  səthi  su 

axımının  və  yuyulmanın  qarşısını  alır,  torpaqda  rutubət 

chtiyyatını 

artırır,  kənd  təsərrüfatı  bitkilərinin  məhsul­

darlığının artmasına səbəb olur.

Müəyyən  edilmişdir  ki,  eroziya  prosesinin  qarşısının 

alınmasında  torpağın  zolaqlarla  dərindən  yumşaldılmasının 

böyük  təsərrüfat  əhəmiyyəti  vardır.Bu  tədbir  75-80  %  səthi 

axınım  qarşısını  alır,  çöküntü  torpağa  yaxşı  hopur 

və 


beləliklə torpağın fiziki-mexaniki  xasəsi  xeyli yaxşılaşır.

Torpaqqoruyucu 

aqrotexniki 

tədbirlər 

içərisində 

yamaclarda  yarıqların  açılması  böyük  əhəmiyyət  kəsb  edir. 

Yarıqaçma  şum  ,  otlaq,  örüş,  biçənək  və  s.  sahələrdə  tətbiq 

edilmiş  və yaxşı nəticələr əldə edilmişdir.

Çoxillik  ot  bitkiləri  sahəsində  yarıqlar  payızda  torpaq 

kipləşən  zaman,  payızlıq  taxıl  əkin  sahələrində  isə  səpindən 

əvvəl  və  yaxud  torpaq  donan  zaman  aparılmalıdır.  Yarı- 

qaçıma  torpağın  su  axımını  azaldaraq,  onun  yuyulmasının

498



qarşısını  alır,  torpaqda  nəmliyin  miqdarını  artırır  və  beləliklə 

kənd təsərrüfatı  bitkilərinin  məhsuldarlığını  xeyli yüksəldir.

X.M.  Mustafayev  və  B.K.  Şəkurinin  (1991)  verdiyi 

məlumatlara  görə,  yay  və  qış  otlaq  sahələrində  eroziya  pro­

sesi  daha  geniş  yayılmışdır.  Belə  ki,  yay  otlaqlarının  80  %- 

dən çox  hissəsi  ,  Ceyrançöl  qış  otlaqlarının  isə  60  %  -ə  qədəri 

eroziyaya  məruz  qalmışdır.  Ona  görə  də  otlaq  və  örüşlərdə 

heyvandarlığın  yüksək  yemə  təlabatını  ödəmək  ,  keyfiyyətli 

yem  əldə  etmək  məqsədilə 

ot  örtüyünün  pozulub 

dağılmaqdan  mühafizəsini  təmin etmək lazımdır.

Mal-  qaranın  otarma  vaxtına,  normasına  düzgün 

riayət  edilməsi 

bitki  örtüyü 

seyrəlmiş  və  tələf  olmuş 

sahələrdə  səthi  və  əsaslı  yaxşılaşdırma  işlərininin  aparılması 

təklif olunur.Respublikada  meşələrin 90% -i dağlıq ərazilərdə 

yerləşir.  Onların su  tənzimedici  və torpaqqoruyucu  rolu əvəz 

olunmazdır.  Meşələrində 

su  axımının 

əmələ  gəlməsinə 

imkan  vermir  və  su  rejimini  nizamlayır.  Bundan  başqa 

meşələrin  böyük kurortoloji,  səhiyə  əhəmiyyəti  vardır.  Lakin 

meşənin  qırılması  və  ya  orada  mal-qaranın  otarılması  bəzi 

sahələrdə  meşə  torpaqlarının  pisləşməsinə  səbəb  olmuşdur. 

Məhz  bu  səbəbdən  də  tədqiq  etdiyimiz  ərazidə  meşələrin 

təxminən  20-30%-i  eroziyaya  uğramışdır.  Meşə  altından 

çıxmış  torpaqların  isə  80%  -  dən  çoxu  eroziyaya  məruz 

qalmışdır.Buna  görə  də  meşələrin  mühafizəsinə  xususi  fikir 

verilməli,  təbii  bərpanın  yaxşı  getməsinə  şərait  yaradılmalı 

və  açıq  ,  meşəsiz  sahələrdə  yeni  meşəliklərin  salınması  kimi 

tədbirlər həyata keçirilməlidir.

Muxtar  Respublika  ərazisində  yarğan  eroziyası  da 

geniş  yayılmışdır.  Yarğan  eroziyasının  nəticəsində  əkin  , 

örüş  və  s.  sahələr  parçalanaraq  yararsız  hala  düşmüşdür  . 

Odurki,  yarğan  eroziyasına  qarşı  mübarizə  tədbirləri 

aparmaq mühüm təsərrüfat əhəmiyyətli  məsələlərdəndir.

Muxtar  Respublikanın  dağ  və  dağətəyi  rayonlarında 

çoxlu  sönmüş  ,  yəni  inkişafdan  qalmış  qobulara  rast  gəlinir. 

Bu  qobuların 

yamaclarında  çoxillik 

ot  bitkilərinin 

toxumunu  səpməklə  biçənək sahələri yaratmaq  mümkündür

499



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə